Azərbaycan İdeyası

PENSIYA...

Tarix:24-12-2019, 10:24
Baxış Sayı:699

Vətəndaşlarımızı narahat edən pensiyalarla bağlı suallar olur. Bu hekayəni özüm qulaq asdığım verilişdən sonra yazmaq qərarına gəldim.

DSMF - nin iki əməkdaşı hər gün Milli radiomuzda canlı olaraq vətəndaşların pensiya ilə bağlı suallarını cavablandırırlar və buna görə də şəxsən öz təşəkkürümü bildirirəm. Amma yarı doğru, yarı gerçək qalanını isə zarafat olan bir 80 yaşında qadının zəngini və verilən cavaba baxın əziz dostlarım.
- Əlo, əlo, salambəleykim ay bala.
- Əleykum salam, adınızı deyin zəhmət olmasa və sualınızı verin.
- Adım Bibixanımdı həştad yaşım var ay bala, 200 manat pensiya alıram, mənim pensiayam artacaqmı ay başınıza dönüm ?.
- Neçə uşağınız var Bibixanım xanım ?
- 11 uşağım, 41 nəvəm 17 nəticəm, 2 kötücəm var ay bala, bıları neynürsüz ki ?.
- Çox sağ olun, xəttdə qalın, indi DSMF - nin əməkdaşları sualınızı cavablandıracaqlar.
DSMF - nin əməkdaşı filan müəllim :
- Əvvəlcə təşəkkür edirəm sualınıza görə, sonra da pensiya hesabatı zamanı, pensiyanın baza hissəsinin onun sığorta kapitalına nisbətinin monetar dəyərinin və bu baza hissəsindəki kapital yığımının miqdarı nəzərə alınaraq əmək stajınıza uyğun olaraq, əmək və yaşa görə pensiya haqqında qanun 15 - ci maddəsinin 3 - cü bəndinə uyğun olaraq pensiya huquqnuzun və 2006 - ci ildən bəri yığılan sığorta kapitalının miqdarı nəzərə alınmaqla təyin olunur ( ay Allah başım cırıldı e ).
Bibixanım arvad :
- Ay bala, başua dönərəm, deerdim ki pensiyam artacaq yoxsa yox e.
DSMF - nin əməkdaşı :
- Pensiya artmı pensiyalar indeksasiya olunduqdan və valyutamızın inflasiyasını nəzərə alıb adekvat tədbirlər görüb, büdcə imkanlarımızı nəzərə alıb pensiyaların artırılmasını prioritet olaraq nəzə almaq olar.
Bibixanım arvad :
- Bala, onda mən sonra zəng eliyrəm, öyrənib deyərsiniz pensiyam artacaq ya yox.

Korrupsiya və Qanun qəzetini əməkdaşı
Həsən Həsənli

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır