Azərbaycan İdeyası

“Moskva Paşinyanı qoruyacaq” – Müxalifətin Köçəryanın ətrafında birləşməsi nə vəd edir?

Tarix:5-02-2021, 15:29
Baxış Sayı:52



"Ermənistanda düşünürlər ki, ölkəni labüd məğlubiyyətdən, dövlət olaraq müstəqilliyi itirmək təhlükəsindən Rusiya xilas edib. Ona görə də müxalifət Rusiya tərəfdən ciddi dəstəyi olan qüvvələrlə, konkret Köçəryanla işbirliyinə getmək istəyir”.
Bunu Sfera.az-a açıqlamasında erməni müxalifətinin Ermənistanda keçiriləcək seçkilərdə keçmiş prezident Robert Köçəryan ətrafında birləşəcəyi barədə informasiyalara münasibət bildirərkən politoloq Elşən Mirzəoğlu deyib.
Politoloqun fikrincə, müxalifətin bu mövqeyinə Rusiyanın bölgədə güclənməsi amili təsir etsə də proses bütünlüklə Kremlin ssenarisi deyil:
"Aydındır ki, "Qarabağ klanı”nın hakimiyyətə gəlməsi Bakı ilə İrəvan arasında əldə edilən razılaşmanın pozulması, ən yaxşı halda əlavə problemlərin yaranması deməkdir. İndiki şəraitdə Rusiyanın özü də bunda maraqlı deyil. Ona görə də Köçəryanın yenidən hakimiyyətə qayıtmaq istəyi və erməni müxalifətinin bir hissəsinin ona dəstək nümayiş etdirməsi Moskvanın planı deyil”.
Əksinə, həmsöhbətimiz hesab edir ki, Moskva Köçəryanın hakimiyyətə gəlməsinə imkan verməyəcək: "İndiki geosiyasi reallıqlar şəraitində Moskva Paşinyanın iqtidarda qalmasında daha çox maraqlıdır, nəinki onun dəyişdirilməsində. Çünki Rusiyanın vasitəçiliyilə Azərbaycan qarşısında öhdəliyə məhz Paşinyan iqtidarı cavabdehdir”.
Ekspert eyni zamanda xatırladır ki, müxalifətin müəyyən kəsimi ona dəstək versə belə Köçəryanın nüfuzu hədəfinə çatmağa yetərli olmaya bilər: "Onun kim olduğu Ermənistandakı sağlam qüvvələrə bəllidir. Qarabağa gəlməsi, Rusiyaya və ya ABŞ-a getmək istəməsi ona ciddi dividentlər gətirməyib. Ona görə də Köçəryanın şanslarını ciddi qəbul etmirəm”.
Politoloqun fikrincə, Ermənistanın növbəti Prezidenti Levon Ter-Petrosyan olacaq: "Onu da qeyd edim ki, erməni ekspertləri ölkədə növbəti Prezident qismində sabiq prezident Levon Ter-Petrosyanı görürlər. Paşinyan da bunda maraqlı ola bilər”.

Sfera.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı