Azərbaycan İdeyası

Nigerin devrilmiş prezidenti: “Bölgə Rusiyanın təsiri altına düşə bilər”

Tarix:4-08-2023, 09:57
Baxış Sayı:401

Nigerin devrilmiş prezidenti: “Bölgə Rusiyanın təsiri altına düşə bilər”
Nigerin hərbi qiyam nəticəsində vəzifəsindən kənarlaşdırılmış Prezidenti Məhəmməd Bazum ABŞ-yə və dünya ictimaiyyətinə müraciət edib.

O, dünyanın aparıcı ölkələrindən Nigerdə konstitusiya quruluşunun bərpasına kömək etmələrini istəyib.

Məhəmməd Bazum yaydığı bəyanatda bildirib ki, ölkəsində yoxsulluq və terrorizmə qalib gəlməyin yolu demokratiya, plüralizm və qanunun aliliyinə hörmətdən keçir.
“Bu çevriliş cəhdi nigerlilər üçün faciədir, lakin onun “uğuru” bizim sərhədlərimizdən çox-çox uzaqlarda fəlakətli nəticələrə səbəb olacaq. Hərbi çevriliş təşkilatçılarının və onların regiondakı müttəfiqlərinin çağırışlarını nəzərə alsaq, deyə bilərik ki, bütün mərkəzi Sahel bölgəsi “Vaqner” özəl hərbi birləşməsinin vasitəsilə Rusiyanın təsiri altına düşə bilər”, - deyə M.Bazum vurğulayıb.

Mənbə: The Washington Post

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı