Azərbaycan İdeyası

Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı

Tarix:18-06-2026, 13:00
Baxış Sayı:5

Hakan Fidan Rusiyada Ermənistanla münasibətlər barədə danışdı
"Lazımi şərtlər yarandıqda Ermənistanla normallaşma prosesinə hazırıq".

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri zamanı Türkiyə mətbuatına açıqlamasında Ermənistanla münasibətlərin normallaşma prosesi ilə bağlı şərh verərkən bildirib.

Hakan Fidan gündəmdəki məsələlərə dair jurnalistlərin suallarını cavablandırıb.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iradəsi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla, bir çox əhəmiyyətli addımların atıldığını qeyd edib. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyan hökumətinin də çox vacib addımlar atdığını əlavə edib.

Hakan Fidanın sözlərinə görə, yeni dövrdə hansı işlərin görülməsinin zəruri olduğu aydındır.

"Həmin şərtlər yarandıqda normallaşma prosesinə hazırıq", - deyə nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?