Azərbaycan İdeyası

Medvedevin yüksək vəzifə verdiyi azərbaycanlı kimdir? - DOSYE

Tarix:31-01-2017, 15:11
Baxış Sayı:527


 Medvedevin yüksək vəzifə verdiyi azərbaycanlı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Rusiyanın baş naziri Dmitri Medvedev 38 yaşlı azərbaycanlı Azər Talıbovu iqtisadi inkişaf nazirinin müavini təyin edib.
Azər Talıbov bu təyinata qədər Rusiya Mərkəzi Bank sədrinin katibliyinin rəhbəri vəzifəsini tutub. Həmyerlimiz yeni vəzifəsində İqor Revanı əvəz edəcək.
Korrupsiya və Qanun saytı xəbər verir ki, 1979-cu ildə Moskva şəhərində doğulan Azər Talıbov 2002-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutda magistr dərəcəsi alıb. 2002-ci ildən 2008-ci ilədək İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2008-ci ildən 2012-ci ilədək iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2012-ci ilin iyununda Rusiya prezidentinin köməkçisi aparatının rəhbəri vəzifəsinə təyin olunub. O, bu vəzifədə 2013-cü ilin iyul ayına qədər çalışıb. Ondan sonra isə Rusiya Mərkəzi Bankının sədrinin katibliyinin rəhbəri təyin olunub.
Soydaşımız Rusiya prezidenti tərəfindən "II dərəcəli Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı