Azərbaycan İdeyası

Kremlin “danışan dili” Qarabağ düsturunu açdı –Şimaldan təhlükəli notlar

Tarix:7-02-2017, 15:11
Baxış Sayı:309

 Kremlin “danışan dili” Qarabağ düsturunu açdı –Şimaldan təhlükəli notlar
ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiyada SSRİ-nin bərpası tərəfdarlarını və təbliğatçılarını da xeyli ruhlandırıb. Artıq kifayət qədər aydın görünən tendensiya belədir ki, SSRİ xiffəti çəkən rus siyasətçilər Trampın postsovet məkanına diqqəti azaldacağına ümid edib sovet məkanını daha rahat bərpa edə biləcəklər.
Həmin siyasətçilərin və sovet təbliğatçılarının ön sırasında isə Rusiyada Liberal-Demokrat Partiyasının sədri, ötən şənbə yenidən bu partiyanın lideri seçilmiş Vladimir Jirinovski gəlir. Qurultaydan sonra o, növbəti dəfə “parlayıb” və necə “parlayıb”. Belə ki, Kremlin “danışan dil”lərindən sayılan Jirinovski Kremlin mövqeyini təbliğ edən “Tsarqrad TV” kanalına (kanalın rəhbəri Kremlin başqa bir “danışan dili” və qatı SSRİ tərəfdarı Aleksandr Duqindir) müsahibəsində, faktiki, postsovet ölkələrini hədələyib, SSRİ-nin bərpasının uzaq perspektivin işi olmadığının müjdəsini verib.
Onun fikrincə, Rusiyanın keçmiş SSRİ-nin sərhədlərini “dinc yolla” bərpa etməsinin qarşısında heç bir maneə olmayacaq. “Çünki həmin keçmiş sovet respublikalarının əhalisinin özü bunu istəyir. Onlar görsələr ki, ABŞ əlini çəkir, qarışmır, Rusiyaya birləşmək üçün özləri xahiş edəcəklər. Çünki əhali bunu istəyir, onlar SSRİ vaxtında daha yaxşı yaşayıblar. İndi isə pis yaşayırlar, varlılar yaxşı yaşayır, kasıblar isə indiki sistemi istəmir. Mən Qafqazda olmuşam, Qazaxıstanda yaşamışam, bilirəm ki, heç bir etiraz-filan olmayacaq. Xüsusən də SSRİ-nin ləğv edilməsi qanunsuz olub, Belovejsk sazişinin heç bir hüquqi qüvvəsi yoxdur”, - deyə qalmaqallı siyasətçi qeyd edib.
LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. O, keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” iddia edib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər.  Kremlin “danışan dili” Qarabağ düsturunu açdı –Şimaldan təhlükəli notlar

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı