Azərbaycan İdeyası

Reket jurnalistin həbsdən azad edilməsi üçün Rusiyada mitinq keçirildi - RƏZALƏT.

Tarix:4-04-2017, 10:42
Baxış Sayı:793

..
  Reket jurnalistin həbsdən azad edilməsi üçün Rusiyada mitinq keçirildi - RƏZALƏT.

Ötən ilin dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları şantaj etməklə məşğul olan qrup üzvləri saxlanılıb. Bu barədə jurnalistlərə açıqlama verən DTX rəisi, general-polkovnik Mədət Quliyev reket “jurnalist”lərə qarşı keçirilən əməliyyatlardan danışıb. Son dərəcə sensasion açıqlamalar verən xidmət rəisi M.Quliyev həmin jurnalistlərin qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarını qeyd etmişdi: “Bu, qalmaqallı məsələdir. Müəyyən vəzifəli adamlar, onların övladları ilə bağlı qeyri-qanuni videoçəkilişlər aparıblar və bununla əlaqədar pul tələb ediblər. Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Bunlara hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, həmin günlərdə DTX “Bizim dövr” qəzetinin (həmçinin eyni adlı saytın) redaktoru Surxay Əliyevi və onun müavini Hikmət Nəcəflini, eləcə də “Gündəlik Bakı” qəzetinin (həmçinin eyni adlı saytın) baş redaktoru Habil Vəliyevi həbs edilmişdir... DTX-in açıqlamasına görə həmin şəxslər gizli videoçəkilişlər aparmaqla və digər qeyri-qanuni yollarla şantajla məşğul olub, hədə-qorxu yoluyla şantaj olunan şəxslərdən pul qoparıblar.
Sankt-Peterburqda Habil Vəliyevin azad olunması tələbi ilə mitinqdə Azərbaycan hakimiyyətinin əleyhinə siyasi çağırışlar səslənib...
Artıq dördüncü aydır DTX təcridxanasında saxlanılan "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin sahibi olduğu qəzet bağlanıb, saytın yayımı dayandırılıb... Lakin Pravdainfo.org-a məlum olub ki, bu yaxınlarda Rusiyanın Sankt-Peterburq şəhərində Rusiyanın 6 ictimai hərəkatının, həmçinin "Qolos Narodov" İctimai Hərakatın, Regional İctimai Hərakatın, Rusiyanın Çeçen Diasporu Nümayəndəliyinin və s. təşkilatların rəhbərlərinin iştirakı ilə genişləndirilmiş mitinq keçirilib... Mitinqin xanım aparıcısı Habil Vəliyevin həbsini Azərbaycanda söz azadlığının kobud surətdə pozulması, jurnalistlərin hüquqlarının ciddi şəkildə pozulması kimi təqdim edir və Azərbaycan Prezidentindən Habil Vəliyevin dərhal azad edilməsini tələb edirlər... Habil Vəliyevi Azərbaycanın söz və mətbuat azadlığının xilaskarı kimi təqdim edən aparıcı xanım bildirir ki, guya Habil Vəliyevin həbsi Laçın rayonunun sabiq İH başçısı R.Cəbrayılovun şikayəti əsasında baş tutub. Digər çıxışçılar da Habil Vəliyevin həbsini qəti pisləyir, Azərbaycan hakimiyyətini sərt tənqid edir, siyasi tələblərlə çıxış edirlər, həmçinin Zəngilan-Qubadlı dairəsindən millət vəkili seçilmiş İmamverdi İsmayılovu sərt tənqid edirlər... Mitinqdə çıxış edən digər liderlər ardıcıl olaraq Azərbaycan əlehinə sərt siyasi çıxışlar edir, təkrarən Habil Vəliyevin dərhal həbsdən azad olunmasını tələb edirlər.
Xatırladırıq ki, "Qolos Narodov" İctimai Hərakatın rəhbəri olan Adalat Qəmbərovun təşkilatçılığı ilə baş tutan mitinqdə o, Habil Vəliyevin azadlığını tələb edən fərdi video-müraciət də edərək Azərbaycan Prezidentindən H.Vəliyevin dərhal buraxılmasını tələb edir, Rusiya Prezidenti V.Putinin bu məsələdə təsir göstərməsi xahiş edilir. O, video müraciətində həm də bu yaxınlarda barəsində 2 il hökm çıxarılmış blogger Mehman Hüseynovun da həbsindən danışır...

Korrupsiya və Qanun saytı Pravdainfo.org-a istinadən hər iki video müraciətlərin videosunu təqdim edir:


OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür