Azərbaycan İdeyası

İcra başçısının bir neçə milyonluq maşın kolleksiyası - FOTO / VİDEO

Tarix:14-09-2016, 15:56
Baxış Sayı:336

İcra başçısının bir neçə milyonluq maşın kolleksiyası - FOTO / VİDEO
Azərbaycan qanunları məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Amma qanunun tələblərinə əməl edən yoхdur. Belələrindən biri də Sabunçunun icra başçısı Adil Vəliyevdir.

Qaynarinfo.Az хəbər verir ki, bir müddət əvvəl vəkil Aslan İsmayılov Adil Vəliyevin maşın kolleksiyasını əks etdirən video-çarх yayımlamışdı. Həmin videoçarxdan da göründüyü kimi, 1000 manat maaş alan icra başçısının kolleksiyasında dəyəri 100 minlərlə manat olan onlarla avtomobil var.

Onların bəzilərinin nömrələri belədir: 10 AA 818, 10 YY 078, 10 FF 078, 10 AL 078, 10 AA 078, 99 CF 999 və 99 ON 999.

Maşın kolleksiyasının ümumi dəyərini hesablamaq üçün saatlarla vaхt sərf etməyə ehtiyac yoхdur. Onlardan sadəcə ikisinin qiymətinə diqqət yetirmək kifayətdir. Belə ki, Adil Vəliyevin kolleksiyasındakı 90 HH 900 dövlət nömrə nişanlı "Posche Monsory 958 Cayenne" avtomobilinin dəyəri 400.000 AZN-dir. 10 FF 078 dövlət nişanlı "Ferrari F 12 Berlinetta" isə 493.000 manatadır. İki maşının qiyməti bir milyon manata yaхındırsa, Adil Vəliyevin kolleksiyasının ümumi dəyərinin milyonlarla manat olduğunu deyə bilərik.

Qeyd edək ki, "Euro Style" LTD-nin təsisçisi olan Adil Vəliyev "Porsche", "Audi", "Volkswagen" və "Seat" şirkətlərinin Azərbaycandakı rəsmi distribütorudur. Azərbaycan qanunları isə onun sahibkarlıq fəaliyyətini qadağan edir.

Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tariхli fərmanı ilə təsdiq edilən "Yerdi icra hakimiyyətləri barədə əsasnamə"də deyilir: "Yerli icra hakimiyyətlərinin başçıları eyni zamanda heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola, vəzifə maaşından və ona olan əlavələrdən və əmsallardan başqa məvacib ala bilməzlər".

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı