Azərbaycan İdeyası

Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub - FOTO

Tarix:1-08-2016, 11:40
Baxış Sayı:318

Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub - FOTO
Lənkəranda biri qadın olmaqla 3 jurnalist dələduzluq faktlarına görə tutulub. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Toğrul Hüseynov verib.

Onun sözlərinə görə, rayonun Parakənd qəsəbə sakini Şahvələd Məmmədov, Kərgəlan kənd sakini Arzu Abdullayeva, Şağlakücə kənd sakini Hökümə Rəhimova və digərləri polis şöbəsinə ərizə ilə müraciət edərək tanımadıqları biri qadın olmaqla 3 nəfərin “AZSAMAND” markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobilində onların yaşadıqları ünvana gələrək özlərini Bakı şəhərindən gəlmiş polis əməkdaşları kimi təqdim edib baxıcılıq fəaliyyəti ilə məşğul olduqları üçün onlarla getməli olacaqlarını bildiriblər. Getmək istəmədikləri halda isə işlərinin qaydasına qoyulması üçün onların müxtəlif məbləğdə pulunu və qızıl-zinət əşyalarını ələ keçirərək aradan çıxıblar.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “AZSAMAND” markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobili aşkar edilərək saxlanılıb.

İlkin araşdırmalardan nəticəsində məlum olub ki, avtomobili etibarnamə ilə idarə edən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Fariz Fazil oğlu Yəhyayev üstündə olan vəsiqələrlə özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Kəlbəcər şəhərində qeydiyyatda olan, hazırda Xırdalan şəhərində müvəqqəti məskunlaşmış 1975-ci il təvəllüdlü İpək Yunus qızı Məmmədova özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru və Hacıqabul şəhər sakini, 1993-cü il təvəllüdlü İlkin Habil oğlu Məmmədov özünü “Xəbərfakt” İnformasiya Portalının xüsusi müxbiri kimi təqdim edərək, Lənkəranın müxtəlif yaşayış məntəqələrini gəzib baxıcılıqla məşğul olan şəxslər barədə sakinlərdən məlumatlar topladıqdan sonra həmin fəaliyyətlə məşğul olanların evlərinə gedərək, onları ifşa edəcəkləri ilə hədələməklə ələ keçirdikləri müxtəlif məbləğlərdə pul və qızılı götürüb aradan çıxıblar.

F.Yəhyayev, İ.Məmmədova və İ.Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub - FOTO
Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub - FOTO
Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub - FOTO

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib