Azərbaycan İdeyası

Dinini dəyişən 11 azərbaycanlı Almaniyadan deportasiya edilib

Tarix:27-09-2019, 14:47
Baxış Sayı:126


Korrupsiya-q.az azeuronews.com -a istinadən xəbər verir ki, həmin şəxslər bu yolla kilsənin xüsusi qorunmasından yararlanacaqlarını və barələrində olan deportasiya ilə bağlı qərarların ləğv olunmasına nail olacaqlarını düşünürlər. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var və ölkəni tərk etmələri üçün bir və ya iki həftə vaxt verilib. 27 nəfərdən 11-i ( 9 nəfəri artıq Azərbaycana deportasiya edilib, 2 nəfəri isə Rusiya Federasiyasına göndərilib) geri qaytarılıb. Sayt bu məlumatı Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən aldığını bildirib.
Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması 2017-ci ildə hökümətin narazılığına səbəb olmuşdu. Almaniyanın Daxili İşlər Naziri 2017-ci ilin mart ayında Alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb, narahatçılıq yaradan halları müzakirə etmişdi. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirmişdi.
Həmin görüşdən sonra kilsələrə münasibət tam dəyişib. 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub. 2017-ci ildə bu rəqəm stabil qalsa da, 2018-ci ildə aşağı düşüb.
Buna səbəb hüqüq mühafizə orqanlarının səlahiyyətlərinin genişlənməsi, onlara kilsələrə daxil olma və orada qanunsuz yaşayan sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnun genişlənməsi ilə bağlıdır.
Kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyətini əfqanlar, çeçenlər, iranlılar təşkil edir.
Hətta bu yaxınlarda bir protestant pastor Ulrich Gampert bir əfqanıstanlı sığınacaq axtaran şəxsə dəstək verdiyi üçün Sonthofen’in məhkəməsinə təqsirləndirilən şəxs kimi dəvət olunub. Məhkəmə zamanı müəyyən olunub ki, 2018-ci ilin yayından bəri, əfqanıstanlı kişi Oberallgäu’nda pastorla birlikdə kilsə ziyarətgahına gedib və dua edib və dini ayinləri icra edib.
Gənc oğlan Almaniyaya 2015-ci ilin yayında gəlib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) onun sığınacaq müraciətini rədd edib və onu 2018-ci ilin yazında Əfqanıstanın paytaxtı Kabula deportasiya etmək istəyib. O da kilsədən sığınacaq istəyib və pastor Ulrich Gampert müvafiq dövlət orqanlarına məlumat vermədən ona kilsə sığınacağı verib.
Əfqanıstan vətəndaşının Almaniyada icazəsiz qalmağına kömək etdiyinə görə, keşiş haqqında cinayət işi başlanılıb və çərşənbə günü Sonthofen məhkəməsi qarşısına çıxarılıb.
Kilsələrin sığınacaq verməsini qadağan edən bir normanın mövcud olmadığını dezən vəkil pastoru müdafiə edib. “Kilsədən sığınacaq almaq bir ənənədir” deyə vəkil bildirib.
Dövlət ittihamçısı bildirib ki, gənc, kilsə sığınacağına qəbul olunaraq deportasiyadan gizlənmək istəyib. Pastoris də bilərəkdən bu qanunsuzluğa şərait yaradılıb və bundan sonra deportasiya cəhdlərinin qarşısını alınıb.
23 yaşlı gəncin taleyinin necə olacağı bəlli deyil. Sığınacaq verilməsindən imtina ilə bağlı məhkəmə araşdırması davam edir. Bavariya Parlamentinin müvafiq komitəsi də deportasiyasını 2020-ci ilin əvvəlinə qədər altı ay müddətinə dayandırıb.
Göründüyü kimi artıq siyasət dəyişib və sığınacaq verən pastorların belə məsuliyyətə cəlb olunmasından çəkinmirlər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO