Azərbaycan İdeyası

Şirvanda unudulan qanunlar və prezident - 2-ci qrup əlilə icra başçısı QAN AĞLADIR (VİDEOMÜRACİƏT)

Tarix:6-02-2020, 12:20
Baxış Sayı:89




Böyük maraqla kadr islahatlarının gedişatın izləyən sadə vətəndaşlar,güman edirdilər ki,yeni təyin olunan məmurlar xalqın problemlərinin həllində onlara yaxından köməklik göstərəcəklər. Amma necə deyərlər sən saydığını say gör fələk olan məmur nə sayır.
Şirvan şəhər sakini Qulibekov Ziyafət Yaşar oğlununda şikayəti fələk olub mələk cildində görünən məmurlardandır. Şikayətçi, uzun illər boyu Şirvan şəhərinə başçılıq edən Mərdan Camalovun zülmündən canını qurtardığını zənn edən Z.Qulibekov böyük ümidlə yeni təyin olunmuş icra başçısı İ.Abbasovun qəbuluna gedərək ailə vəziyyətinin ağır durumda olduğunu bildirib.
Qolunun biri pratez olan 2-ci qrup əlil Z.Qulibekov başçıdan onu müvafiq işlə təmin etməsini xahiş edib. İcra başçısı İlqar Abbasov şəhər təsərrüfat üzrə müavini Azər Abdiyevin üstünə göndərir.. A.Abdiyev isə köhnə iş üslubuyla vətəndaşın əlaqə nömrəsini götürüb yola salır. Hər vətəndaşa olduğu kimi,2- ci qrup əlil Z.Qulibekova da yalançı vəd verərək bildirib ki, get sizinlə əlaqə saxlayacağıq.
Verilən vədin üzərindən uzun müddət keçdiyini görən vətəndaş bu qənaətə gəlib ki,yeni təyin olunan başçı keçmiş başçıdan heç də geri qalmır. Necə deyərlər "yağışdan çıxdıq yağmura düşdük" indi isə yerli dövlət qrumlarından ümüdi üzülmüş əlil vətəndaş,son ümüd yeri olaraq "DogruXeber.az" informasiya agentliyi vasitəsi ilə öz səsini ölkə başçısına çatdırmaq istəyib. Ağır durumda olan 2-ci qrup əlil Z.Qulibekov 3 azyaşlı uşaq atasıdır. Ailədə ümumi gəlir yeri yalnız təqaütdən aldığı 200 manat puldur və onunda 70 manatını Bankdan götürdüyü kredit borcuna ödəyir. Yerdə qalan 130 manatla necə dolanacağını bilmiyən vətəndaş qolunun birinin olmamasına baxmayaraq ailəsini dolandırmaq üçün hansısa bir münasib işlə məşgul olmaq qənayətinə gəlir.
Dəyərli oxucular, diqqətinizə bir məlumatı çatdıraq ki, uzun müddət Suraxanı rayonununu çapıb-talayan İlqar Abbasov,rayona rəhbərlik etdiyi dövürdə rayon sakinlərinin böyük narazılıqlarına səbəb yaradıb. Bu haqda “Google”də qısa araşdırma aparsanız hər şey sizlərə gün kimi aydın olacaqdır. Bəs görəsən bu cür yarıtmaz məmurlar nə üçün vəzifələrindən azad edilmirlər? Düşünürük ki,ölkə başçısı cənab İlham Əliyev bu cür məmurlara bir daha şans verir ki, buraxdıqları səfləri düzəltsinlər. Görünür,Şirvan şəhərinə yeni təyin olunmuş İ.Abbasov köhnə iş prinsiplərini davam etdirməkdə israrlıdır.
Hər birimizə məlumdur ki,ölkə Prezidenti hər müşavirəsində məmurlara xüsusi vurğulayır ki,xalqa xidmət edin,onlara qayğı göstərin və xalqla yaxın ünsiyyətdə olun. Amma görünən mənzərə onu deməyə əsas verir ki,Şirvan şəhər icra başçısı hörmətli İ.Abbasov ölkə başçısı tərəfindən verilən göstərişləri eşitməməzlikdən və görməməzlikdən gəlir. Əgər belə olmasaydı,acınacaqlı durumda olan 3 azyaşlı uşaq atası, 2-ci qrup əlil Z.Qulibekovun müraciətinə dırnaqarası baxmazdı.
P.S. Redaksiya olaraq vətəndaşın müraciəti haqda qarşı tərəfin mövqeyini öyrənmək üçün Şirvan şəhər icra hakimiyyətinin bir neçə əlaqə nömrələri ilə əlaqə saxladıq. Təbii ki,icra hakimiyyətinin rəsmi saytlarında qoyduqları telefonlar sadəcə görüntü olaraq qeyd olunub."dogruxeber"

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?