Azərbaycan İdeyası

Rauf Arifoğlu seçildiyi dairənin nəticələrinin ləğvini istəyir: “Möhtəşəm qələbəmi həzm edə bilmirlər”

Tarix:13-02-2020, 15:17
Baxış Sayı:102


35 saylı Xətai Üçüncü Seçki Dairəsinin lider namizədi Rauf Arifoğlu həmin dairədə seçkilərin nəticələrinin ləğv edilməsini istəyir.
Korrupsiya-q.azın xəbərinə görə, R.Arifoğlu “Facebook” hesabında bildirib ki, rəqibləri, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradır.
“Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində apardığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar”, – deyə R.Arifoğlu qeyd edib.
Onun sözlərinə görə, təmiz qələbə qazanıb.
“Amma bunu həzm edə bilmirlər. Araz Əlizadəni quzu kimi qəbul etmişdilər, mənim möhtəşəm qələbəmi həzm edə bilmirlər. Çünki bu, gerçəkdir və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir. 5000 səs fərqi ilə özündənrazı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün antiislahat, sabotaj dəstəsi ona dəstəkdirmi? Haydı, mən də razıyam!
Bir daha yarışaq! İddia etmirsiniz ki, Mərkəzi Seçki Komissiyası (MSK) nəticələri ləğv edəcək? Etsin! Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan. Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan! Amma biləsiniz. Heç nə dəyişməyəcək. Yenə udacağam! Beş dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə”.
Qeyd edək ki, MSK Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələri üzrə lider namizədlərin adlarını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı