Azərbaycan İdeyası

"MEQASTORE" MARKETİNDƏ DAHA BİR QİDA ZƏHƏRLƏNMƏSİ

Tarix:14-02-2020, 16:12
Baxış Sayı:532



Əziz sayt oxucuları! Bu gün redaksiyamıza Sabunçu rayon Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov 4 ünvanda yaşayan Mamedova Aidə Rəşid qızı tərəfindən qida zəhərlənməsilə bağlı şikayət ərizəsi qəbul olunub.
Şikayətçi bildirir ki, 2019-cu il dekabrın 28-də bayram bazarlığı ilə məqsədi ilə qonşuluqda yerləşən “Meqastor” marketinə üz tutmuşdur. Şikayətçi xanımın sözlərinə görə, o, hər zaman evə bazarlığı həmin marketdən edirmiş. Dəfələrlə də aldlğı qidaların yararsız və köhnə olması ilə rastlaşıb. Marketdən aldığı yağın köhnə olduğunu görüb və şikayətini bildirməyə gedən zaman vitrində olan bütün yağların keyfiyyətsiz olduğunu aşlkarlayıb. Nəvəsinə aldığı peçenyenin də içindən qurd çıxıb.
Dəfələrlə xanım fikrini market müdiriyyətinə bildirib, müəyyən yerlərə şikayət edəcəyini deyib, hətta xanıma “yalvarışlarla” müraciət ediblər ki, hec bir yerə şikayət etməsin: “Biz bir daha həmin şirkətlərlə iş birliyi etməyəcəyik, bir də bu hal olmayacaq, hay-küy salıb müştərilərimizi qaçırtmayın” deyiblər. Hətta xanımın özünü də günahlandırmağa cəhd ediblər: “Siz nəsə çox problemli xanımsınız”.
Xanım bu qidaların yararsız çıxmağına baxmayaraq, qonşu marketdir deyuə şikayət etmək fikrindən yayınıb yenidən QRANDSTOR”-a üz tutur və həmin marketdən 3 kq sosiska alır. Sosiskalar bir-birinə bitişmiş formada olur: “Bişirib süfrəyə qoyan zaman gördüm ki, onlar bir-birinə yapışaraq kleylənmiş haldadır. Nəvəm həmin sosiskanın birini yedi. Uşağın halı dəyişdi. Və tez bir zamanda evdə qarşısını aldıq. Onun kifli omağı kənardan görünürdü”. Xanım şikayətində bildirir ki, sosiskaların həmin halını çəkib telefonda saxlayıb. Əziz oxucular, saytımızı izləsəniz, yaxın günlərdə bu fotoları sizlərə təqdim edəcəyik. Xanım bu vəziyyətlə bağlı marketə yaxınlaşaraq, öz fikrini bildirib. Yalandan, “ay ola bilsin şokalad dəyib”, və yaxud da “biz özümüz də həmin sosiskadan yemişik” kimi bəhanələrlə vəziyyətdən çıxmaq istəyərkən heç bir nəticə əldə etməyərək, xanıma siz malı gətirənlə əlaqə saxlamağı tövsiyə ediblər. Xanım bildirib ki, “mən sənin mağazanın daimi müştərisiyəm, dəfələrlə sizdən müəyyən yeyinti məhsulları almışam, hər dəfəsində də belə hallarla rastlaşğmışam, ifadələrinizlə bildirmisiz ki, bir daha təkrarlanmayacaq buna baxmayaraq, belə hallar tez-tez təkrarlanır...
Hörmətli redaksiya, mən bildirəndə ki, şikayət edəcəm, mənə qarşılığında deyiblər ki, get hara şikayət edirsən et.
Dəfələrlə qida təhlükəsizliyindən ailələr ziyan çəkir. Hətta bu ölümlə nəticələnmişdir.
Bizim sözümüz Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentinin Rəisi Qoşqar Təhməzliyədir.
Hörmətli rəis. Bizim və övladlarımızın yediyi qidaların təhlükəsizliyi niyə qorunmur? Biz bildiyimizə görə ən azından üç gün qabaqcadan vaxtı bitmiş qidalar geri qaytarılmalıdır. Amma, görürük ki, bu heç də zənn etdiyimiz kimi deyil”.

Korrupsiya-q.az


Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı