Azərbaycan İdeyası

Övladlarını tanımayan ata:“Həbsxanada özümü evdəki kimi hiss edirəm” – VİDEO

Tarix:19-02-2020, 14:25
Baxış Sayı:90


“Rezonans” proqramında bu dəfə 1982-ci il 20 fevral doğumlu Yaşar Pirməmmədov öz həyat hekayəsini danışıb.
Korrupsiya-q.az xəbər verir ki,Yaşar Pirməmmədov 9 il 6ay həbs cəzasına məhkum edilib.
“3 övladım var. Rusiyanın Moskva şəhərində həbs edilmişəm. İşləmək üçün getmişdim, elə oldu ki, iş alınmadı, getdim soyğunçuluq etdim. 5 nəfər idik, söhbət düşdü ki, gedək belə bir iş törədək, mən də getdim. Qanunsuz kazino var idi, biz də düşündük ki, oranı soysaq bizə cəza verilməz, amma belə olmadı. Silahla daxil olduq içəri, hamısını yerə uzandırıb pulları yığıb apardıq.
Bir müddət Rusiyada həbsxanada qaldım. Orada vəziyyət çox çətin idi. Donuz əti verirdilər, heç kim yemirdi o əti. Divarlardan su axırdı, xəstəlik baş alıb gedirdi. Burada isə vəziyyət yaxşıdır, özümü evimdə kimi hiss edirəm.
Övladlarım gələndə yanıma onları tanımıram artıq. İlk dəfə qızım məni tanıdı. Onlar mənə baxır, mən onlara. Onlar məni tanımır, mən də onları. Maşallah böyüyüblər, böyük övladımın 13 yaşı, balacanın isə 10 yaşı var.
Neçə ildir uşaqlarım atasız qalıb, bu divarlar arasında illərdir peşmançılıq çəkirəm. Amma bundan asılı olmayaraq cəzamızı çəkməliyik.
Azərbaycana ekstradisiya olunana qədər 7 dənə həbsxana gördük. Hərəsində 1 həftə, 10 gün qalırdıq. 7 nəfərlik kameraya 15-20 nəfər salırdılar, işgəncə əzab verirdilər”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı