Azərbaycan İdeyası

Bakıda bu qəzalı məktəblə bağlı araşdırma aparılır - RƏSMİ + VİDEO

Tarix:4-03-2020, 13:05
Baxış Sayı:121


Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən, qəzalı vəziyyətdə olan 320 nömrəli tam orta məktəblə bağlı araşdırma aparılır.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, 320 nömrəli tam orta məktəbə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib.
Həmçinin qeyd olunub ki, məktəb binasının vəziyyəti ilə bağlı mütəxəssislərin verəcəyi rəyə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq qərar qəbul ediləcək.
Xatırladaq ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəb binası üçmərtəbəlidir. 844 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb binası 48 sinif otağından ibarətdir. Qəzalı vəziyyətdə olan məktəbdə bu gün 1556 şagird təhsil alır. Məktəbdə təhsil alan uşaqların valideynləri iddia edirlər ki, məktəb binasının divarlarında çatlar var.


OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?