Azərbaycan İdeyası

Azərbaycanda ilk dəfə onlayn keçirilən Qədr gecəsindən FOTOREPORTAJ

Tarix:13-05-2020, 16:21
Baxış Sayı:68



Ötən gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsi olub.
Oxu.Az-ın əməkdaşı mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edən ilk Qədr gecəsində paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinə baş çəkib.
İslam dininə görə, “Quran” Ramazan gecələrinin birində yer üzünə nazil edilib. Hər il bu gecədə insanlar məscidlərə gedərək, səhərə qədər ibadət edir. Gecə gün batandan səhər sübh azanına qədər davam edən “əhya” (diriliş, dirçəliş) gecələrində axundlar fasilələrlə xütbə oxuyur.
İslam inanclarına görə, bu gecədə mələklər Allahın izni ilə yerə enər və hər kəs üçün təyin edilən müqəddərat onlara təqdim edilər.
Hər il keçirilən Qədr gecələrindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il insanların məscidlərə toplaşmasına icazə verilməyib. Məscidlərin dini icmaları karantin rejimini nəzərə alaraq, səhərə qədər əhya saxlayan şəxslər üçün onlayn proqram hazırlayıb.
Xatırladaq ki, növbəti Qədr gecələri mayın 14-dən 15-nə, 16-dən 17-nə keçən gecələrə təsadüf edəcək.
Qədr gecəsindən olan görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?