Azərbaycan İdeyası

Yüksək postu itirən məmurlar - Onlar aşağı vəzifəni özlərinə sığışdırmırlar

Tarix:3-06-2020, 17:19
Baxış Sayı:80



Kreslo, vəzifə, yüksək kürsü - kiminə görə ucalmaq istədiyi ən yüksək məqam, kiminə görə əbədi məkan... Elə bizim bəzi məmurlar üçün də… Əgər belə olmasaydı, tutduqları yüksək postlardan kənarlaşdırılandan sonra təklif edilən daha aşağı vəzifələrdən imtina etməz, kreslo dərdindən xəstəxanalara düşməzdilər.
Kimsə işdə yol verdiyi nöqsanlara görə...
Korrupsiya-q.az - ın xəbərinə görə, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bu barədə Modern.az-a danışarkən bildirib ki, Azərbaycanda idarəetmə mədəniyyəti yoxdur:
“İcra başçısı, nazir, komitə rəhbəri və s. ilk növbədə siyasi vəzifələrdir. Bir quruma rəhbərlik etmiş şəxsin vəzifədən azad ediləndən sonra həmin yerdə aşağı vəzifədə çalışması sırf psixoloji baxımdan onun üçün problemlər yarada bilər.
Ümumiyyətlə, bizdə idarəetmə mədəniyyəti yoxdur. Böyük əksəriyyət düşünür ki, vaxtilə bu və digər işin görülməsilə bağlı göstəriş verirdisə, indi o tapşırıqları özü yerinə yetirə bilməz, yəni kiminsə buyuruğunda çalışa bilməz.
Amma mən hər zaman onun tərəfdarıyam ki, müəyyən təcrübəyə sahib olan insanların potensialından istifadə olunsun. Təbii ki, söhbət pozitiv təcrübədən gedir. Əgər kimsə işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilibsə, ümumiyyətlə, onun həmin qurumda qalıb işləməsi özü qanunaziddir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı