Azərbaycan İdeyası

Xəzər Kürdən aldığı suyu “geri qaytarır” - VİDEO

Tarix:6-07-2020, 17:18
Baxış Sayı:189


Gündəmi zəbt edən koronavirus bir çox vacib problemləri kölgədə qoyub. Bu gün verəcəyi zərər heç də pandemiyadan geri qalmayan başqa bir problemlə də üz-üzəyik.
Baku TV xəbər verir ki, söhbət qurumaqda olan Kür çayından gedir.
Kürətrafı rayonlarda yaşayan minlərlə insan istər məişətdə, istərsə də suvarmada suya olan tələbatını bu çay vasitəsilə ödəyir. Amma gündən-günə çayın suyu çəkilir. Bu isə olduqca ciddi problemdir.
Suyun olmamasının özü koronavirusdan da sarsıdıcı xəstəliklərin başlamasına səbəbdir. Belə olan halda çıxış yolu dünya təcrübəsində olduğu kimi, dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləmək və vətəndaşların istifadəsinə verməkdir. Təəssüf ki, ölkəmizdə bu üsuldan çox az istifadə olunur.
Əslində, yarana biləcək su qıtlığı probleminin həlli məqsədilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən zavod inşa edilib.
Bu zavodda dəniz suyundan sutkada 2 000 kubmetr şirin su istehsal olunur. Su tam istifadəyə yararlı şəraitdə təmizlənir və bunun sayəsində hektarlarla ərazidə yaşıllıq zolağı salınıb, məişətdə istifadə olunur.

Daha ətraflı təqdim olunan süjetdə:

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı