Azərbaycan İdeyası

Ekspert yeni mövsümdə qanunsuz ovçuluq barədə: “Bir çöl kəkliyi belə müəssisədə 100 manata ola bilər”

Tarix:23-09-2020, 15:14
Baxış Sayı:64


Azərbaycanda ov mövsümü ənənəvi olaraq 1 sentyabrda açılıb və fevral ayına qədər davam edəcək. Hər il qaydaların sərtləşdirilməsinə və yüksək cərimələrə baxmayaraq, ölkədə qanunsuz ov inkişaf edir.
Bu barədə Media.Az-a Təbiəti Mühafizə Cəmiyyəti sədrinin birinci müavini Bakir Nəcəfov danışıb.
Eyni zamanda, onun fikrincə, brakonyerləri vəhşi aləmə zərər vermədən, qanunsuz ovla məşğul olanlardan ayırmaq lazımdır.
“Azərbaycanda növlərin populyasiyası üçün təhlükə yaradan məhz brakonyerlərdir. Onların qanunsuz fəaliyyətləri ovlanması qadağan olunmuş heyvanların və quşların sonradan satış məqsədilə ovlanmasına yönəldilib ki, bu da maddi fayda gətirir.
Bu, böyük biznesdir. Bu mənada, vətəndaşların maddi vəziyyətinin pisləşməsinə səbəb olan karantin rejiminin tətbiqi ilə vəziyyət sadəcə pisləşib.
Brakonyerlərin əksəriyyətini, demək olar ki, cinayət yerində tutmaq mümkün deyil. Onlar əraziyə gözəl uyğunlaşırlar, nəsə baş verən zaman gizlənmək üçün bütün dəlmə-deşikləri bilirlər. Brakonyerlərin məsuliyyətdən yayınmaq üçün yaxşı əlaqələri var.
Dağ keçilərini, maralları, ceyranları, ayıları, yabanı kəklikləri bir məqsədlə - yabanı heyvan ətindən yemək hazırlamaq üzrə ixtisaslaşan qanunsuz restoranlara daha yüksək qiymətə satmaq üçün ovlayırlar. Belə bir müəssisədə bir yabanı kəklik 100 manata ola bilər. Brakonyerlər, həmçinin, dəriləri “qara bazarda” sataraq da pul qazanırlar”, - B.Nəcəfov qeyd edib.
Onun sözlərinə görə, bölgələrdəki yerli əhali qanunsuz ovla məşğuldur, lakin buna brakonyerlik demək çətindir:
“Yerli sakinlər təbiətə çox diqqətli yanaşırlar. Bəli, onlar əsrlərdir ov edirlər, amma bu, böyük miqyasda və kommersiya məqsədləri üçün deyil. Onlar öz ailələrini dolandırmaq üçün, əsasən, quşları ovlayırlar. Bəli, qanunsuzdur, ancaq ölkəmizin ekosisteminə zərər vurmur”.
B.Nəcəfov Azərbaycan ərazisində qanunsuz ovla məşğul olan daha bir kateqoriyanı ayırıb:
“Ərəblər Sabirabad və İmişli rayonlarında şahin ovu ilə məşğul olmağı sevirlər. Demək olar ki, hər kəs lisenziyasızdır, öz əlaqələri var. Bizdə buna göz yumurlar. Bunu böyük bir problem kimi görmürəm, çünki onlar üçün bu, biznes deyil, vaxt keçirməkdir.
Onlar belə istirahət edir, dərhal quşları bişirib yeyirlər, az miqdarda ovlayırlar. Bu mövsüm hələlik yoxdurlar. Çox güman ki, bu, karantinlə əlaqədardır”, - deyə B.Nəcəfov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama