Azərbaycan İdeyası

Seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq - VİDEO

Tarix:5-01-2021, 16:40
Baxış Sayı:77


Yanvarın əvvəllərindən etibarən Azərbaycan üzrə vahid seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq. Siyahının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılacaq. Bu ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına 21 milyon 291 min 868 manat ayrılıb. Bu vəsaitin 5 milyon 251 min 155 manatı 2021-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsi xərclənəcək.
Proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulan müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçiriləcək. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.
Dairə seçki komissiyaları isə seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verəcək. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən gec mayın sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunan vahid seçici siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ