Azərbaycan İdeyası

Gələn həftə karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA

Tarix:8-01-2021, 12:05
Baxış Sayı:52


Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı azalmaqda davam edir. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının günbəgün azalması gələn həftədən yumşalmalara gedilməsi ilə bağlı ehtimalları ortaya çıxarır. Gələn həftədən Azərbaycanda karantin rejiminin yumşalması ilə bağlı qərar qəbul edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, əvvəlki dövrlə müqayisədə ciddi rəqəm fərqi var. Gündəlik yoluxmaların sayı 4000-ni keçib. Amma sərt karantin rejimindən sonra xeyli azalma var. Əgər azalma bu dinamika ilə davam edərsə, Operativ Qərargah sərt karantin rejimində yumşalmalara gedilməsi ilə bağlı məsələyə baxa bilər. Əlbəttə burada gündəlik yoluxma, sağalma və ölüm halları ciddi analiz edilməlidir. Təhlil ediləndən sonra əgər epidemoloji vəziyyət yumşalmaya imkan verərsə bununla bağlı qərar qəbul ediləcək. Hər bir vətəndaş sərt karantin rejiminə əməl etməlidir. Gündəlik yoluxanların sayında azalmaya görə arxayın olmaq olmaz. Bu gün hələ də dünyada bu virus öz təhlükəsini qorumaqdadır. Ona görə də qoyulan qaydalara əməl edərək, Operativ Qərargahın mövcud vəziyyətlə bağlı qərarını gözləyək. Gələn həftə veriləcək qərar gündəlik yoluxanların sayından asılı olacaq".

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama