Azərbaycan İdeyası

BNA-dan qiymət artımına yol verilməməsi barədə xəbərdarlıq

Tarix:8-01-2021, 12:17
Baxış Sayı:53


Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Görüşdə dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən işlər və nəzərdə tutulan məsələlər müzakirə olunub.
BNA-nın İdarə Heyətinin (İH) sədri Vüsal Kərimli xatırladıb ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 %-i yenilənib.
O, dizel yanacağının qiymət artımı ilə bağlı məsələlərə toxunaraq bildirib ki, bununla əlaqədar daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub. Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən sahibkarlarla görüş keçirilib.
Görüşdə dizel yanacağının qiymətinin tənzimlənməsi, son 5 ildə sərnişindaşıma sahəsində görülən işlər və nəzərdə tutulan məsələlər müzakirə olunub.
BNA-nın İdarə Heyətinin (İH) sədri Vüsal Kərimli xatırladıb ki, vətəndaşlara rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsi daim dövlətin diqqətindədir. Dövlət başçısının tapşırığına uyğun olaraq son 5 ildə vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər görülüb. Müasir və komfortlu avtobuslar gətirilməklə avtobus parkının 40 %-i yenilənib.
O, dizel yanacağının qiymət artımı ilə bağlı məsələlərə toxunaraq bildirib ki, bununla əlaqədar daşıyıcılara müəyyən dəstək tədbirləri nəzərdə tutulub. Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə birgə müvafiq təhlillər aparılır. Dəstək tədbirlərinin göstərilməsi bir daha dövlətin həm sahibkarlıq subyektlərinin, həm də gündəlik ictimai nəqliyyatdan istifadə edən əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinin qorunmasına verdiyi önəmi göstərir. Daşıyıcılara sui-istifadə və əsassız qiymət artımına yol verilməməsinə dair xəbərdarlıq olunub.
Görüşdə problemlər və qarşıda duran vəzifələrə də toxunulub. Qeyd olunub ki, düzgün və şəffaf idarəetmə şəraitinin yaradılmasına baxmayaraq daşıyıcılar avtobus parkının yenilənməsində fəal deyillər. Lakin vətəndaşların rahatlığı və təhlükəsizliyinin vacibliyi nəzərə alınaraq bu il qəsəbələr üzrə avtobus parkı mütləq qaydada yeniləməlidir. Bu tələbə əməl etməyən daşıyıcılar isə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Bəzi daşıyıcılar müəyyən qüvvələrin dəstəyilə avtobusların yenilənməsi, eləcə də "BakıKarta" keçid prosesini gecikdirmək məqsədilə süni narazlıqlar və problemlər yaradırlar. Bildirilib ki, bu kimi cəhdlər uğursuzdur və bunu edənlərə qarşı ciddi tədbirlər görüləcək.
İH-nin sədri gündəlik olaraq avtobusların qarajlardan çıxışına nəzarətin gücləndirilməsi, resyqabağı texniki və tibbi müayinə ilə bağlı monitorinqlərin aparılmasına dair tapşırıqlar verib.
Görüşdə pandemiya dövründə sərnişindaşımaların təşkilinə dair məsələlər də müzakirə olunub. Bildirilib ki, əhalinin xüsusi ilə həyat əhəmiyyətli sahələrdə çalışanların ictimai nəqliyyat tələbatını qarşılamaq üçün müntəzəm və ekspres xətlər üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin olunub. Davamlı əks-epidemik tədbirlər sayəsində sürücülər, dispetçerlər və qarajlarda çalışan texniki personal arasında kütləvi yoluxma halları müşahidə olunmayıb.Sonxeber.az

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Bakıda kişi telefona çox baxan arvadını döydü
Bakıda kişi telefona çox baxan arvadını döydü
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN