Azərbaycan İdeyası

Hematoloq Gülnaz Bədəlova: “Anemiya xəstələri COVID-19-a qarşı daha həssasdırlar”

Tarix:8-01-2021, 13:45
Baxış Sayı:71


Xroniki olaraq aşağı səviyyədə olan hemoqlobin bir çox fəsadlarla yanaşı immunitetin zəifləməsi ilə nəticələnir. Bu isə xəstələrin koronavirus da daxil olmaqla müxtəlif viruslara həssas olmasına gətirib çıxarır.
Media.az-ın məlumatına görə, bu barədə Milli Hematologiya Transfuziologiya İnstitutunun Onkohematologiya şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, hematoloq Gülnaz Bədəlova xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə insanlar xəstəliyi ağır keçirir.
Qeyd edək ki, anemiya dünyada ən çox görülən qan xəstəliyidir. Bu, normal maddələr mübadiləsi üçün orqan və toxumalara lazım olan oksigeni daşıyan qandakı hemoqlobin səviyyəsinin azalması ilə müşayiət olunan patoloji vəziyyətdir.
Ə.Bədəlovanın sözlərinə görə, anemiyanın özü dəhşətli bir xəstəlik deyil.
“Ancaq insanlar adətən vəziyyətləri kritik olanda həkimə müraciət edirlər. Bu vaxt xəstəlik o qədər ağırlaşmış vəziyyətdə olur ki, bütün orqanlar - beyin, ağciyər, ürək, sinir sistemi, əzələ-hərəkət sistemi zərər görməyə başlayır. Məsələ burasındadır ki, bütün orqanlarımız qan tədarükü sayəsində işləyir. Buna görə xəstəliklərin qarşısının alınması ilə yanaşı vaxtında, erkən diaqnoz qoymaq lazımdır”.
Hematoloq qan azlığından profilaktik tədbirlər kimi vaxtında düzgün qidalanmağı, rasiona ət, meyvə və tərəvəz daxil etməyi, hər gün təmiz havada gəzməyi, yaxşı yuxu rejimini və telefondan istifadə müddətini məhdudlaşdırmağı məsləhət görüb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı