Azərbaycan İdeyası

İsmayıllıda şəhid atasının yubileyi keçirildi - FOTOLAR

Tarix:26-01-2021, 10:15
Baxış Sayı:68


Yanvar ayının 25-də İsmayıllı Rayon İcra Hakimiyyətində şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 70 illik yubleyi qeyd olunub.
Rayonİcra Hakimiyyətinin başçısı və kollektivi şəhid atası A.Əhmədovu yubiley münasibətilə təbrik edib, ona can sağlığı, həmişə nəvə-nəticələrinin əhatəsində olmağı arzulayıblar. A.Əhmədova uzun illər rayon icra hakimiyyətində və dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə RIH başçısının Fəxri Fərmanı və qiymətli hədiyyəsi təqdim edilib.
Əhmədovlar ailəsi nümunəvi ailələrdən sayılır. 2020-ci ilin sentyabr ayında düşmən torpağımıza təcavüz edəndə ailənin üzvü, rayonun qabaqcıl müəllimlərindən olan Famil Əhmədzadə laqeyd qalmayıb və döyüşlərdə iştirak edib. Müharibədə qəhrəmanlıq göstərən F.Əhmədzadə Suqovuşan kəndi ətrafında gedən qanlı döyüşlərdə şəhid olub. Ailənin digər üzvü isə hərbiçidir, mayor rütbəsi ilə Azərbaycan ordusunda xidmət edir.
Ağaəhməd müəllim şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edib. Bildirib ki, şəhid adının uca tutulması onu qürurlandırır.
Qeyd edək ki, Ağaəhməd Əhmədov ömrünün 40 ilini dövlət qulluğuna həsr edib.

İsmayıllıda şəhid atasının yubileyi keçirildi - FOTOLAR

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı