Azərbaycan İdeyası

Ağdaş polisi əməliyyat keçirib, 5 nəfər saxlanılıb

Tarix:31-01-2023, 11:17
Baxış Sayı:183

Ağdaş polisi əməliyyat keçirib, 5 nəfər saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.

Keçirilən digər əməliyyat nəticəsində isə usta kimi işlədiyi evdən müxtəlif məişət əşyaları və evdəki qapıları oğurlayan Zaur Abidov tutulub. Araşdırma zamanı saxlanılan şəxsin evdə heç kimin olmamasını fürsət bilərək oğurluq etdiyi və həmin əşyaları ayrı-ayrı şəxslərə dəyərindən ucuz qiymətə satdığı məlum olub.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2 nəfər rayon sakini - əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı