Azərbaycan İdeyası

“ASAN xidmət” Dubayda təqdim olundu

Tarix:9-02-2016, 10:46
Baxış Sayı:399

“ASAN xidmət” Dubayda təqdim olundu



Fevralın 8-dən 10-dək Dubay şəhərində Ümumdünya İdarəetmə Zirvə Toplantısı keçirilir.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
"Korrupsiya və Qanun" saytı xəbər verir ki, bu barədə “ASAN xidmət” dən AzVision.az-a bildirilib.
Sayca 4-cü olan Zirvə Toplantısına dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, eyni zamanda biznes və elm dairələrinin mindən çox nümayəndələri qatılıb.
Tədbirin ilk günü “Davamlı inkişaf məqsədləri fəaliyyətdə” mövzusunda təşkil olunmuş paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib.
Agentliyin sədri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlət idarəetməsinin və onun əsas istiqamətlərindən olan dövlət xidmətlərinin göstərilməsinin vacib əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verən agentliyin sədri bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu fəaliyyəti və Azərbaycanda elektron hökumət sahəsində görülən digər tədbirlər barədə geniş təqdimat edib.
O, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğunu vurğulayıb.
Paneldə Dünya Bankının İnkişaf məsələləri üzrə birinci vitse-prezidenti cənab Mahmud Mohyeldin, Birləşmiş Millətlər Fondunun Prezidenti xanım Kəti Kalvin, Estoniya Hökumət Aparatının məsləhətçisi xanım Eili Lepik çıxış ediblər.
Geniş müzakirələrlə və suallarla davam edən tədbirə yerli və xarici ölkə nümayəndələri, BMT və Dünya Bankının həmçinin mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.
Eyni zamanda Azərbaycanın Dubaydakı Baş konsulu Pərviz İsmayılzadə də tədbirdə iştirak edib. Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Zirvə görüşü növbəti gün də öz işini davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib