Azərbaycan İdeyası

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Tarix:1-02-2024, 17:15
Baxış Sayı:125

[i][i]Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

İmişli rayonu Aranlı qəsəbə sakini Yadigarov Bayraməli İxtiyar oğlu tərəfindən
XAHİŞNAMƏ

Möhtərəm Prezident!

Məlum edirəm ki, mən ahıl yaşlıyam, fəal vətəndaşlıq mövqeyinə malikəm. Yeni Azərbaycan Partiyasının üzvləri sırasına 1998-ci ildən qoşulsam da, siyasi orientasiyamı çoxdan müəyyənləşdirmişəm. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu daim dəstəkləmiş və bu gün Sizin tərəfinizdən uğurla davam etdirilən həmin kursun ölkəmizə, xalqımıza verdiyi faydanın şahidi olmuşam.
Mən və ailə üzvlərim yaxınlaşmaqda olan növbədənkənar prezident seçkilərində birmənalı olaraq Sizə səs verəcəyik. Bildirirəm ki, əvvəllər də cəmiyyətdə rast gəlinən haqsızlıqlara, ədalətsizliklərə, hüquqpozmalara qarşı barışmaz olduğumdan, YAP-ın siyasi rəqiblərinin də çirkin mübarizə üsullarına əl atdıqlarını görəndə laqeyd qala bilməmişəm. Məsələn, hələ 2003-cü il oktyabrın 7-də Prezident seçkiləri öncəsi kampaniyada Müsavat partiyasının sədri İsa Qənbərin vəkili olmuş Vüsal Qasımlının İmişlidə təxribat xarakterli çıxışına etiraz etdiyimə görə, aramızda insident yaranmış, haqlı mövqeyimizi müdafiə edən kənd sakinləri təxribatçıları qovmuşlar. Nəticədə döyülərək kəllə-beyin travması almış, uzun müddət müalicə olunmuşam. Hadisə barədə kənd icra nünayəndəsi mərhum Bahadur Əliyev, YAP İmişli rayon təşkilatının şöbə müdiri Nadir müəllim və dairə seçki komissiyasının üzvü İsmayıl Məmmədov o dönəm İmişli Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Vidadi Quliyevə məruzə etmiş, necə baş verdiyini demişlər. Vidadi Quliyev və YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev məni və həmkəndlim Hüseynov Cahangir Həsən oğlunu qəbul etmiş və hər ikisimizə təşəkkür bildirərək, mükafatlandırmışlar.
Cənab Prezident, mənim iki oğlum ali təhsillidirlər. Oğlum, 2-ci dərəcəli dövlət qulluqçusu Yedigarov Tural Bayraməli oğlu əsassız olaraq tutduğu vəzifədən azad edilib. Digər oğlum Yedigarov Toğrul Bayraməli oğlu da işsizdir. Odur ki, Sizdən xahiş edirəm, mənim və ailə üzvlərimin dövlətə və dövlətçiliyə sədaqətimizi dəyərləndirib, oğullarımın ixtisaslarına uyğun layiqli işlə təmin olunmalarına köməklik göstərəsiniz.
Qabaqcadan minnətdarlığımı bildirir, Sizə prezident seçkilərində yüz faizlik qələbə arzulayıram.

İmza: B.İ.Yadigarov

Tarix: 16.01.2024

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur