Azərbaycan İdeyası

Zəfər seçkiləri Ağsu rayonunda yüksək seçici fəallığı ilə müşayiət olunub+FOTO.

Tarix:7-03-2024, 15:52
Baxış Sayı:178




7 fevralda keçiriləm növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti oldu. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə etdi. Bu seçkilər Zəfər seçkisi kimi tarixə düşdü və Azərbaycanın dövlətçilik tarixində, xalqımızın siyasi həyatında olduqca mühüm bir seçki kimi yadda qalacaq.
Mütəşəkkil hazırlıq ölkəmizin modern inkişaf etmiş əyalətlərindən olan Ağsu rayonunda da aydın müşahidə olunurdu. 90 saylı Ağsu seçki dairəsi bütövlükdə rayonun inzibati ərazisini əhatə edir. Seçki dairəsi üzrə 62 seçki məntəqəsi fəaliyyət göstərirdi. Ümumən 52 162 nəfər seçici var. 90 saylı Ağsu dairə seçki komissiyasının (DSK) sədri Azad Dursunəliyevin və komissiya üzvlərinin səriştəli işi sayəsində seçki məntəqələrinin hər biri lazımi inventarlarla təchiz olunmuşdu. Məntəqə seçki komissiyalarının üzvləri ilə treninqlər keçirilmişdi. Treninqlərdə seçki öncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri maarifləndirilmişdilər. 3 560 nəfər ilk dəfə səs verəcək seçici qeydə alınmışdı ki, onların 102 nəfəri 18 yaşı təzə tamam olanlardır. 100 yaşdan yuxarı seçicilərin sayı isə 2 nəfər təşkil edirdi. DSK üzrə bu fevralın 1-nə qədər 550 nəfər qeydiyyatdan çıxma vərəqi almışdı. Seçiçi siyahıları ilə bağlı tam dəqiqləşdirmələr aparılmışdı. Seçicilər elektron şəkildə öz adlarını seçici siyahısında müəyyənləşdirə bilirdilər.90 saylı DSK üzrə 3 və 4 saylı seçki məntəqəsi 3 saylı orta məktəbdə yerləşir. 3 saylı seçki məntəqəsinin sədri məktəbin direktoru Leyla Rüstəmzadə, komissiya üzvlərindən katiblər Elşad Ağayev, Şəhla Nəsirova səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair kimi qaydalara yaxşı riayət etdilər. Məntəqədə siyahı üzrə 1360 seçici var. 10 nəfər 18 yaşı yenicə tamam olmuş seçici ilk dəfə səs verib. Onlardan ünsiyyətdə olduğumuz Roza Qasımova seçkinin tam şəffaflıq şəraitində keçirildiyini, heç kəsin prosesə müdaxilə etmədiyini bildirdi.
4 saylı seçki məntəqəsində də seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdı. Məntəqə seçki kabinələri, təşviqat məlumatları, seçici siyahısı lövhələri, seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunmuş, lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təchiz edilmişdi. Məntəqə sədri Rəhilə Musayeva, katiblər Qasımova Səfurə, İsmayılova İradə, Kərimli Sevda öz vəzifələrinin öhdəsindən layiqlə gəlmişdilər. Məntəqə siyahısı üzrə 1365 seçici var. 18 yaşlı seçicilərdən ilk dəfə səs verən Aysel Hüseynzadə səsvermə hüququnun yaranmasını və seçki gününü böyük səbirsizliklə və həvəslə gözlədiyini, heç bir vətəndaşın bu vaxta kimi hansısa bir etirazının və narazılığının şahidi olmadığını bildirdi.
(?) saylı seçki məntəqəsi 1 saylı tam orta məktəbin binasında yerləşir. Burada da seçicilərin seçkidə rahat iştirak etmələri üçün normal şərait yaradıldığının şahidi olduq. Məntəqənin sədri Fəxrəddin Atakişiyev, katiblərdən məktəbin direktoru Sənan Nemətov, Rəna Əzimova və məntəqə seçki komissiyasının digər üzvləri səsverməyə hazırlıq, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılmışdılar Öyrəndik ki, siyahı üzrə 1319 seçici var. Seçicilərə biuldirişlərin paylanılması seçkilərə üç gün qalmış başa çatdırılıb. Onların arasında qazilər, şəhid ailələri üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, ilk dəfə səsvernmə hüququ qazanan 18 yaşlı gənclər xüsusi fəallıqları ilə seçilirdilər. Seçki prosesi heç bir kənar müdaxilə olmadan keçirildi və seçki məntəqələrinin ətrafında heç bir polis əməkdaşına və ya hər hansı bir kampaniyaya rast gəlinmədi. Seçki məntəqələrində quraşdırılan veb-kameralar vasitəsilə aparılan müşahidələr də səsvermə prosesinin rəvan və təhlükəsiz şəraitdə baş tutduğunu göstərdi. Səsvermə günü seçki məntəqəsi daxilində və yaxınlığında seçicilər tərəfindən törədilən və ya başqa bir hadisə müşahidə edilmədi, seçici fəallığının əhəmiyyətli dərəcədə olması xüsusi diqqət çəkdi və səsvermə, səslərin hesablanması prosedurlarının şəffaflığı, səsvermənin nəticələrinin ağsuluların iradəsini ifadə etdiyinin təsdiqi oldu.

Bico və Keçdiməz kəndləri eyni inzibati ərazi vahidi olduqları üçün bu kəndlərin seçki hüquqlu sakinlərinə xidmət edən 55 saylı seçki məntəqəsi Bico kənd orta məktəbində yerləşir. Apardığım müşahidələr zamanı bu məntəqədə də seçicilərin qələbəlik halında səsverməyə gəldiyinin şahidi oldum. Məntəqənin sədri Ərəstun Qasımov, katiblərdən Keçdiməz kənd məktəbinin direktoru Maarif Səmədov, Mehriban Eminova, Bico kənd orta məktəbinin direktoru Ağaqədir Mahmudov seçicilərin öz seçki hüquqlarından azad, sərbəst şəkildə istifadə etmələri üçün lazımi şərait yaratmışdılar. Məlum oldu ki, siyahı üzrə 1354 seçici var. Kənd ağsaqqalları, şəhid ailələri üzvləri, qazilər, müharibə veteranları, ilk dəfə seçki hüququndan istifadə edən 18 yaşlı gənclər çox həvəsli görünürdülər. Məntəqədə həkim qrupu da fəaliyyət göstərirdi. Kənd tibb məntəqəsinin həkimi Vaqif Nəsirov şəxsən özü xidmət edirdi. “Dəmir yumruq – Alfa” Cəmiyyətinin Ağsu rayon Şöbəsinin mətbuat katibi Abdulla Balaşov “becan.az” saytının baş redaktoru Seymur Əhmədov komissiya üzvü kimi iştirak edirdilər. Onların hər ikisi kənd sakinidir və həmin məntəqədə səs verdilər.

52-53-54 saylı seçki məntəqələri rayonun Cəyəli kəndində yerləşir. 52 və 54 saylı məntəqələr Cəyəli kənd orta məktəbində, 53 saylı məntəqə isə kənd bələdiyyəsinin binasında yerləşir. 52 saylı seçki məntəsinin sədri Müslüm Səlimov və katiblərdən Kəbir İsayev məlumat verdilər ki, siyahı üzrə 1225 seçici var.
54 saylı seçki məntəqəsinin sədri Cəsarət Kərimov və katiblərdən Fəxrəddin Musayev bildirdilər ki, siyahı üzrə 502 seçici var. Seçki günü səsverməyə gələ bilməyən 5 nəfər sağlamlıq imkanı məhdud seçicinin evinə daşınan bülleten qutusu aparılıb və səs vermələri təmin edilib.

53 saylı məntəqə sədri Əmiraslan Qəmbərov, katiblərdən Rasim Mirzəyev məlumat verdilər ki, siyahı üzrə 1270 seçici var. Yenicə 18 yaşına çatmış 15 nəfər gənc ilk dəfə səs veriblər. Bələdiyyə sədri Fariz Xəlil də şəxsən özü prosesə nəzarət edirdi. Həyətdə mühafizə dəstəsi ictimai asayışi qoruyurdu.

24 saylı seçki məntəqəsi Ağsu rayonunun Ərəbuşağı kənd orta məktəbində yerləşir. Məntəqə sədri Hafiz Abışovun, katiblərdən Pənah Qədirovun, Məzahir İbrahimovun söylədiklərinə görə, siyahı üzrə 1148 seçici vardır. Bu məntəqədə də şəhid ailələri üzvləri, qazilər, Vətən müharibəsinin qalib döyüşçüləri, seçki hüququndan ilk dəfə istiufadə edən 18 yaşlı gənclər Zəfər seçkilərində ən layiqli namizədə səs verməkdən məmnunluq duyduqlarını bildirirdilər.
13 saylı seçki məntəqəsi Qaraməmmədli kənd orta məktəbində yerləşir. Məntəqə sədri Əli Qurbanovun, katiblərdən Telman Qasımovun, İsmayıl Mirzəzadənin verdikləri informasiyaya görə, siyahı üzrə 349 seçki hüquqlu sakini olan Qaraməmmədli kiçik kənd olmasına baxmayaraq, seçki günü səhər tezdən hamı həvəslə məntəqəyə gəlib, səsvermədə iştirak edib. Məktəbin direktoru Ruhiyyə İmanquliyeva şəxsən özü məntəqəyə nəzarət edirdi. Kənd camaatı direktorun xidmətindən razılıq edirdilər. Bildirirlər ki, o, savadlı direktor olmaqla yanaşı, kollektiv arasında və rayon ictimaiyyətində böyük hörmət qazanıb.
7 fevral Prezident seçkiləri Azərbaycan vətəndaşlarının ölkənin gələcəyinə necə böyük həssaslıqla yanaşdıqlarının növbəti təzahürünə çevrildi. Seçkilərdə diqqəti çəkən ən mühüm məqamlardan biri məhz seçicilərin yüksək fəallığı idi. Paytaxtda və regionlarda, işğaldan azad olunmuş ərazilərdə yaradılan seçki məntəqələrində böyük izdiham yaşanıb. Səhər tezdən axın-axın seçki məntəqələrinə gələn seçicilər ərazi bütövlüyünü və suverenliyini təmin edən qalib Azərbaycanda ilk dəfə keçirilən Zəfər seçkisinin iştirakçısı olmaqdan sonsuz sevinc və qürur hissi keçiriblər. 7 fevral seçkilərində seçicilərin fəallığının kifayət qədər yüksək olması həm Mərkəzi Seçki Komissiyasının (MSK) vaxtaşırı verdiyi məlumatlarda, həm də exit-poll nəticələrində, eləcə də yerli və beynəlxalq müşahidəçilərin rəylərində öz əksini tapıb.


Mahizər Qəribova [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb