Azərbaycan İdeyası

Pay torpağı verilərkən 11 nəfərlik ailənin üzvlərinin yarısını nəzərə almayıblar

Tarix:2-05-2024, 13:03
Baxış Sayı:116

Pay torpağı verilərkən 11 nəfərlik ailənin üzvlərinin yarısını nəzərə almayıblar

Lerik rayonunun Soru kəndində yaşayan Mürşüdov Ağalar Həzi oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, torpaq islahatları zamanı özünün və ailə üzvlərinin ədalətsizliyə məruz qaldıqlarını və uzun illərdir hüquqlarını bərpa etmək məqsədlərini həyata keçirməkdə bürokratik maneələrlə qarşılaşdıqlarını bildirmişdir.
Şikayətçi yazır:
“1999-cu ildə ölkədə torpaq islahatları həyata keçirilən vaxt Lerik rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 47 saylı qərarına əsasən bizim – yəni, Mürşüdov Ağalar Həzi oğlu, Mürşüdov Altay Ağalar oğlu, Mürşüdov Yalçın Ağalar oğlu, Mürşüdov Rasim Ağalar oğlu, Mürşüdov Arif Ağalar oğlunun mülkiyyətinə 1,41 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə bizə torpağın mülkiyyətə verilməsinə dair JN-0060 KOD 80313058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunaraq təqdim edilmişdir.
Lakin həmin aktda digər ailə üzvlərim olan Mürşüdov Əmircan Ağalar oğlu, Mürşüdova Maypara Ağalar qızı, Mürşüdov Müşfiq Ağalar oğlu, Mürşüdova Alov Ağalar qızının adları qeyd edilməmiş və onlara da verilməli olan torpaq sahələri verilməmişdir. Sadalanan şəxslərin bir ailənin üzvləri olması barədə Lerik rayon Nügədi kənd deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 22 yanvar 1987-ci il tarixli 1/28 saylı ailə tərkibi haqqında arayışdan da görünür. Lakin islahat zamanı Mürşüdov Əmircan Ağalar oğlu, Mürşüdova Maypara Ağalar qızı, Mürşüdov Müşfiq Ağalar oğlu, Mürşüdov Alov Ağalar oğluna torpaq sahəsi ayrılmamışdır.
Yuxarıda qeyd edilən Dövlət Aktına əsasən torpaq üzərində mülkiyyət hüququnun tanınması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuş və idarə tərəfindən 11.02.2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış” verilmişdir. Hazırda həmin torpaq sahəsinin yerində müayinə edilərək təqdim edilməsi və həmin torpaq sahəsi mənə və ailə üzvlərim olan digər şəxslərə naturada yeri müəyyən edilməklə təqdim edilməlidir.
Bundan başqa, adları dövlət aktında qeyd edilməmiş ailə üzvlərim olan övladlarım Mürşüdov Əmircan Ağalar oğlu, Mürşüdova Maypara Ağalar qızı, Mürşüdov Müşfiq Ağalar oğlu, Mürşüdova Alov Ağalar qızının adına torpaq islahatı aparılan zaman torpaq sahəsinin verilib-verilməməsi barədə də məlumatın verilməsi, əgər verilmişdirsə, həmin torpağa dair hüquqmüəyyənedici sənədlərin mülkiyyətçilərə verilməklə, torpaq sahələrinin koordinatlarının da yerində müayinəsi zəruridir”.
Ağalar Mürşüdov Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvalnladığı 23.04.2024-cü il tarixli, surətini redaksiyamıza göndərdiyi ərizəsində xahiş edir:
1.Lerik rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 47 saylı qərarına əsasən bizim – yəni, Mürşüdov Ağalar Həzi oğlu, Mürşüdov Altay Ağalar oğlu, Mürşüdov Yalçın Ağalar oğlu, Mürşüdov Rasim Ağalar oğlu, Mürşüdov Arif Ağalar oğlunun mülkiyyət hüquqlarına dair Dövlət Aktına ədsasən verilmiş 1,41 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün torpaq sahəsinin yerində müayinəsi aparılmaqla torpaq sahəsinin naturada mülkiyyətçilərə təqdim edilməsi, əgər həmiun torpaq sahəsinin hər hansı bir şəxs tərəfindən zəbt olunması müəyyən olunacaqsa, həmin şəxslər barədə məlumat verilsin;
2.Digər ailə üzvləri olan adları JN-0060 KOD 80313058 saylı torpağın mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilməmiş şəxslərə aqrar islahatı zamanı hər hansı torpaq sahəsinin verilib-verilməməsi, əgər verilmişdirsə, həmin torpaq sahəsinin də hüquqmüəyyənedici sənədlərinin mülkiyyətçilərə təqdim edilməklə torpaq sahəsinin yerində müayinəsinin aparılması və naturada həmin torpaq sahəsinin koordinatları müəyyən edilməklə təqdim edilsin.
10 saylı Ərazi İdarəsi isə sonuncu dəfə 25 sentyabr 2023-cü il tarixdə Ağalar Mürşüdova cavab yazmışdır ki, sənədə düşməyən digər ailə üzvlərinin adına ayrıca Dövlət Aktı verilməsi barədə hər hansı məlumat aşkarlanmayıb, “çıxarış”da göstərilən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi üçünsə, kifayət qədər böyük məbləğdə xidmət haqqı ödəməlidir.
Maraqlıdır ki, ötən illər ərzində torpaq payları uğrunda apardığı haqq mübarizəsində aidiyyəti qurumlar (məsələn, keçmiş DTXÇK) Ağalar Mürşüdovun ailə üzvlərinin sayını 4 (özü ilə birlikdə 5) nəfər göstərən Lerik Rayon İcra Hakimiyyəti Başçısının Əliabad inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20 fevral 2007-ci il tarixli 136 saylı arayışını mötəbər hesab ediblər, ancaq 16 may 2005-ci il tarixdə arayış verərək, Mürşüdovun ailə üzvlərinin sayını 11 nəfər göstərən Soru kənd bələdiyyəsini isə səlahiyyətsiz qurum kimi nəzərə almayıblar. Ərazi icra nümayəndəliyi 01 oktyabr 2007-ci il tarixdə 375 saylı arayışı ilə Mürşüdovlar ailəsinin 11 üzvü olduğunu təsdiqləsə də, bunu görən olmayıb. Digər tərəfdən isə, bir sıra qurumlar (məsələn, Lerik RİH) Ağalar Mürşüdovun üstünə böhtan atıblar ki, guya o, təklif olunan torpaq sahəsinin yaşadığı kəndə uzaq olmasını əsas götürərək kəndə bitişik sahədə torpaq sahəsinin verilməsini iddia etmiş, bu isə mövcud torpaq qanunvericiliyinin tələbləri baxımından imkan xaricində olmuşdur (çünki guya istədiyi torpaq bələdiyyə mülkiyyətindədir).
Təəssüf ki, Ağalar Mürşüdovun torpaq mübahisəsi ilə bağlı müraciətinə baxan Lerik rayon məhkəməsi də 04 sentyabr 2008-ci il tarixdə onun iddiasını ləğv etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsi isə 28 noyabr 2011-ci il tarixli sərəncamında göstərib ki, guya Ağalar Mürşüdov məhkəmədə iştirak etməmişdir. Halbuki, Ağalar Mürşüdov bunun əksini, yəni, bütün məhkəmə proseslərində iştirak etdiyini iddia edir.
Ağalar Mürşüdov 2005-ci il sentyabrın 8-10-da Prezident İlham Əliyev cənub bölgəsinə səfər edən zaman ölkə başçısı ilə görüşməyə müvəffəq olmuş, kollektiv ərizəni əlbəəl vermişdir. Prezidentin göstərişi ilə ərizə Lerik RİH-nə göndərilsə də, əhəmiyyət verilməmişdir.

Mövzuya qayıdacağıq.

Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA