Azərbaycan İdeyası

Əliyeva Bənövşə Mahmud qızı tərəfindən K A S A S S İ Y A Ş İ K A Y Ə T İ

Tarix:2-05-2024, 13:25
Baxış Sayı:110

Əliyeva Bənövşə Mahmud qızı tərəfindən K A S A S S İ Y A          Ş İ K A Y Ə T İ
“FİNOKO BOKT” ASC-nin direktoru cənab Turan Mübariz oğlu İsmayılovun Sumqayıt Şəhər Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir qrup hakimləriylə cinayət əlaqəsinə girərək, Sumqayıt şəhər sakini Əliyeva Bənövşə Mahmud qızına məxsus evini mənimsəməsi cinayət faktlarını gizlətmək məqsədiylə...
...Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri – Hüseynov Pərviz Aktiv oğlunun və Məmmədova Şərafət Asif qızının Azərbaycan dövləti adından 04.02.2024-cü il və 28.03.2024-cü il tarixlərində qəbul etdikləri qərardad sərgüzəştləri...
Ali Məhkəmənin İnzibati Kollegiyasına
Bakı Apellyasiya Məhkəməsinin 28.03.2024-cü il tarixli, 2 1(103)1377/2024 saylı qərardadından iş üzrə iddiaçı Əliyeva Bənövşə Mahmud qızı tərəfindən
K A S A S S İ Y A Ş İ K A Y Ə T İ
Mənim - iş üzrə iddiaçı Əliyeva Bənövşə Mahmud qızının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5321/2023 saylı, 27.02.2023-cü il tarixli qərardadından verdiyim apellyasiya şikayətim əsasında Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 14.02.2024-cü il tarixli, 2-1(103)-1337/2024 saylı, Azərbaycan dövləti adından çıxarılan saxta, ədalətsiz qərardaddan Ali Məhkəmənin İnzibati Kollegiyasına Kassasiya Şikayəti göndərmək üçün mənim dövlət hesabına vəkillə təmin edilmək üçün 06.03.2023-cü il tarixli Bakı Apellyaisya Məhkəməsinə ünvanladığım ərizəm əsasında həmin məhkəmənin İnzibati Kollegiyasının saxtakar, hiyləgər və korrupsioner hakimləri Hüseynov Pərviz Aktiv oğlu,Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızı növbəti dəfə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məsuliyyət hisslərini itirərək MPM-in 67.2-ci maddəsinin tələbinə uyğun dövlət hesabına vəkillə təmin olunmağım barədə, öz şəxsi maddi maraqlarının tələblərini əldə rəhbər tutub, ərizəmin təmin edilməməsi barədə 28.03.2024-cü il tarixli növbəti dəfə xəcalət də çəkmədən saxta, ədalətsiz qrardad qəbul etməklə mənim Azərbaycan Respublikasının 12; 13; 24; 26; 29; 60 və 71-ci maddələrində nəzərdə tutulan konstitutsion hüquqlarımı qəsdən və kobud şəkildə pozmuşlar.
Bu qənaətimi aşağıdakı faktlarla əsaslandırıram:
1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının vəkillə təmin olunmadığım barədə ərizəm əsasında qərardad qəbul edən adlarını qeyd etdiyim hakimləri həmin qərardadda Bakı İnzibati Məhkəməsinin iddia ərizəm əsasında hakim cənab Orxan Həsənov tərəfindən 27.02.2023-cü il tarixli, 2-1(112)-5321/2023 saylı qərardad qəbul edildiyini göstərsələr də, lakin həmin qərardadın tərəflərə verilməsini tənzimləyən MPM-in 266.1-ci maddəsinin tələbinə uyğun beş gün ərzində rəsmi qaydada tərəflərə təqdim edilməsi hakimlərdən tələb edildiyi halda, həmin qərardadın - Əliyeva Bənövşə Mahmud qızına, yalnız onun yazılı müraciətindən sonra 18.12.2023-cü il tarixdə təqdim edilməklə MPM-in həmin maddəsinin tələbinə uyğun beş gün ərzində deyil, hakim Orxan Həsənov tərəfindən həmin maddənin tələbi qəsdən pozularaq, iş üzrə qərardad qəbul ediləndən 10 ay 9 gündən sonra təqdim edilməsi faktına münasibət bildirməmələri, eləcə də, Əliyeva Bənövşə tərəfindən İPM-nin 85.1-ci maddəsinin tələbinə uyğun olaraq şikayət verilməsi müddətinin on gün deyil, on bir gün ərzində, yəni, qanunun tələbində nəzərdə tutulan müddətin bir gün ötürdüyü halda, qəbul etdikləri qərardadda şikayət verilməsi müddətinin iki gün kimi qeyd etmələri faktı həmin hakimlərin Bakı İnzibati Məhkəməsinin 27.02.2023-cü il tarixli qərardadından 29.12.2023-cü il tarixdə verdiyim apellyasiya şikayətim əsasında yalnız həmin faktı əldə rəhbər tutub, 14.02.2024-cü il tarixli, 2-1(103)-1377/2024 saylı qərardad qəbul etməklə işin nəticəsi ilə maraqlı və iş üzrə iddiaçı - Əliyeva Bənövşə Mahmud qızına qarşı qərəzli olduqlarını təsdiqləmişlər! Bundan başqa, dövlət hesabına vəkillə təmin olunmağım barədə ərizəm əsasında isə 28.03.2024-cü il tarixində iş üzrə keçirilən məhkəmə iclasında prosesə sədrlik edən Hüseynov Pərviz Aktiv oğlu Əliyeva Bənövşə Mahmud qızının nümayəndəsi Əliyev Mais Məmməd oğlundan müvəkkili olduğu Əliyeva Bənövşə Mahmud qızının işləyib-işləməməsini, pensiya alıb-almamasını soruşduqda Əliyeva Bənövşə Mahmud qızının işləmədiyi və pensiya almadığı da onun diqqətinə çatdırılmışdır. Əgər, hakim Hüseynov Pərviz onun tərəfindən verdiyi suallara cavabların həqiqiliyinə şübhəsi yarandığı halda, istər Hüseynov Pərviz, istərsə də iş araşdıran kollegiyanın digər üzvləri - Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızı Azərbaycan Respublikası Konstitusiyasının 12; 13; 29; 33; 60; 71 və 125. VII - məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir - tələblərinə hörmətlə yanaşıb, iddiaçı Əliyeva Bənövşə Mahmud qızının işləməməsi, hər hansı təqaüd alıb-almamasını dəqiqləşdirmək, işi obyektiv araşdırmaq məqsədilə həmin inzibati işin icraatını 5-10 gün müddətinə təxirə salıb müvafiq sənədlərin kollegiya üzvlərinə təqdim edilməsi üçün İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq - ...natamam, faktiki məlumatların tamamlanmasında, eləcə də, işin hallarının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların, sübutların təqdim olunmasında proses iştirakçılarına yardım etmək kimi - vəzifə borclarına vicdanla yanaşıb, işin obyektiv, düzgün həlli üçün müvvafiq sənədlərin təqdim edilməsi məqsədiylə hakimlər iddiaçının nümayəndəsi Əliyev Maisə şərait yaratmağa, köməklik göstərməyə borclu olduqları halda, iş üzrə həmin sənədləri tələb etmədən Əliyeva Bənövşə Mahmud qızının vəkillə təmin edilməsi haqqında ərizəsini təmin etməkdən imtina edilməsi barədə 28.03.2024-cü il tarixli, 2-1(103)-1377/2024 saylı qərardada qəbul etməklə, bir daha işin nəticəsi ilə maraqlı olduqlarını və bu səbəbdən də Konstitusiyanın yuxarıda qeyd edilən maddələrinin, eləcə də, İPM-nin 13 və 68-ci maddələrinin tələblərini qəsdən və kobud şəkildə pozmaqla iş üzrə iddiaçı - Əliyeva Bənövşə Mahmud qızının vəkillə təmin edilməsindən imtina barədə işin icraatını aparan adlarını qeyd etdiyim saxtakar, riyakar hakimlər 28.03.2024-ci il tarixli, 2-1(103)-1377/2024 saylı ədalətsiz, qeyri hüquqi, cinayət tərkibli qərardad qəbul etmişlər!!!
İş üzrə keçirilən məhkəmə iclasında Əliyeva Bənövşə Mahmud qızının digər nümayəndəsi Hüseynov Güloğlan Pəli oğlu iclasa sədrlik edən cənab Pərviz Hüseynovun işi araşdıran hakimlərdən biri - Məmmədova Şərafət Asif qızının Bakı Apellyasiya Məhkəməsinin digər hakimləri - Həsənov Vüqar Təvəkkül oğlu və Cəfərov Namiq Şamil oğlu ilə cinayət əlaqəsinə girərək, 26.02.2019-cu il tarixində Quliyeva Xuraman Əhliman qızının 9 il 8 aydan sonra (!!!) Yasamal Rayon Məhkəməsinin saxtakar, rüşvətxor hakimi Məmmədova Südabə Əlislam qızının dələduz, cinayətkar Dənyalov Elsaldarla cinayət əlaqəsinə girərək iş üzrə cavabdeh tərəfin - Quliyeva Xuraman Əhliman qızının məlumatı, iştirakı olmadan, ondan xəbərsiz, onun mülkiyyətində olan evinin hərraca çıxarılıb satılması barədə qəbul etdiyi 03.04.2009-cu il tarixli, 2(004)-1485/2009 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini icraata götürüb, apellyasiya şikayəti vermək üçün MPM-in 360-cı madddəsində bir ay müddət nəzərdə tutulduğu halda, həmin müddət, Quliyeva Xuraman tərəfindən 9 il 8 ay ötürdüyü halda, nə iclasa sədrlik edən Həsənov Vüqar Təvəkkül oğlu, nə də işin obyektiv, hərtərəfli araşdırılmasına ona köməklik edən və hazırki inzibati işdə köməkçi hakim kimi iştirak edən Məmmədova Şərafət Asif qızı Quliyeva Xuraman Əhliman qızından onun tərəfindən ötürülən 9 il 8 ayı bərpa etmək barədə ərizə tələb etmədən, eləcə də, hansı səbəbdən, nə məqsədlə Yasamal Rayon Məhkəməsinin 03.04.2009-cu il tarixli qətnamsinin ondan gizlədilməsinə münasibət bildirib, hüquqi qiymət vermədən 26.02.2019-cu il tarixli, 2(103)-2327/2019 saylı saxta, ədalətsiz qətnamə qəbul etməklə Quliyeva Xuraman Əhliman qızına qarşı xüsusi ağır cinayət törətməsi faktını diqqətinə çatdırdıqda Pərviz Hüseynov həmin fakta münasibət bildirərək, demişdir: “Ola bilsin ki, Quliyeva Xuraman mübahisələndirdiyi qətnaməni əldə etmək üçün məhkəməyə ərizə ilə müraciət edib, əldə edilmiş və apellyasiya şikayəti vermək üçün müddət də həmin qətnamə ona verildiyi gündən hesablanmışdır”. Cənab Pərviz Hüseynovun məhkəmə qətnamsinin əldə edilməsi məqsədi ilə Quliyeva Xuraman Əhliman qızının Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etməsi versiyası da həqiqət deyil. Belə ki, Yasamal Rayon Məhkəməsinin 03.04.2009-cu il tarixli qətnamsinin mövcudluğu dələduz cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlu tərəfindən onun ilkin iddia ərizəsi əsasında həmin tarixli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar 9 il 7 aydan sonra onun Yasamal Rayon Məhkəməsinə Quliyeva Xuraman Əhliman qızının və onun ailə üzvlərinin mübahisələndirildiyi Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, ev-28 saylı mənzildə yaşamaq hüquqlarına xitam verilməsi barədə ünvanladığı növbəti iddia ərizəsi ilə keçirilən 03.12.2018-ci il tarixli məhkəmə iclasında iştirak edərkən Quliyeva Xuraman Əhliman qızına məlum olmuş və işin materialları ilə tanış olarkən, onun mülkiyyətində, istifadəsində olan mənzilin hərraca çıxarılıb satılması faktının da 5 il 5 ay 19 gündən sonra da ondan gizli oğurluq yolla mənimsənilməsi faktı məlum olduqda həmin faktlara münasibət bildirdikdə 03.04.2009-cu il tarixli, 1485/2009 saylı qətnaməni əldə etmişdir! Həmin qətnaməni qəbul edən xəyanətkar, saxtakar hakim Məmmədova Südabə Əlislam qızının dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girərək cavabdeh Quliyeva Xuraman Əhliman qızının mülkiyyətində olan evinin hərraca çıxarılıb satılması barədə saxta, ədalətsiz qətnamə qəbul etməklə törətdiyi xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın hakimləri - Həsənov Vüqar Təvəkkül oğlu, Cəfərov Namiq Şamil oğlu və Məmmədova Şərafət Asif qızı iş üzrə cavabdeh Quliyeva Xuraman Əhliman qızı tərəfindən Yasamal Rayon Məhkəməsinin 03.04.2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün MPM-də nəzərdə tutulan müddətin ötürülüb-ötürülməməsinə aydınlıq gətirmədən onun apellyasiya şikayətinin rədd edilməsi barədə iki-üç dəqiqə davam edən “məhkəmə tədqiqindən” sonra ədalətsiz, saxta qətnamə qəbul etməklə Quliyeva Xuraman Əhliman qızına qarşı xüsusi ağır cinayət əməlləri törətmişlər! Bu cinayət faktıyla əlaqədar Quliyeva Xuraman Əhliman qızı tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinə ünvanladığı cinayət tərkibli iş materialları 26.02.2024 tarixli, 3-39-24/2-Kol-1733-23/2024 saylı məktubla “Korrupsiya və Qanun” qəzetində 14 dəfə dərc olunan məqalələr və həmin məqalələrdə adları göstərilən, xüsusi ağır cinayət törətmiş hakimlərin, eləcə də Məmmədova Şərafət Asif qızının əməllərinə hüquqi qiymət verilməsi üçün Ali Məhkəmənin sədri cənab İnam Kərimova göndərilmiş və hazırda Ali Məhkəmənin MK-ın icraatındadır.
Hesab edirik ki, Bakı İnz¬bati Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri - Hüseynov Pərviz Aktiv oğlu, Hüseynov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızı iş üzrə iddiaçı Əliyeva Bənövşə Mahmud qızının apellyasiya şikayətini mahiyyətcə obyektiv, hərtərəfli, tam araşdırmamaq məqsədiylə, onun Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1201D ünvanındakı evinin iş üzrə cavabdeh “FINOKO BOKT”ASC-in direktoru cənab İsmayılov Turan Mübariz oğlunun Sumqayıt Şəhər Məhkəməsinin, Sumqayıt Apellyasiya və Ali Məhkəmənin adları, soyadları apellyasiya şikayətinə əlavə edilmiş 191 səhifəlik cinayət tərkibli iş materiallarında göstərilən hakimlərin Əliyeva Bənövşə Mahmud qızına qarşı törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədi ilə Bakı İnziabti Məhkəməsinin 2-1(112)-5321/23023 saylı qərardadından Əliyeva Bənövşənin verdiyi apellyasiya şikayətini onun tərəfindən ötürülən bir günü bəhanə, guya İPM-in tələblərinə sözsüz və birmənalı əməl etmək niyyətində olduqlarını təsdiqləməyə görüntü yaratmaq məqsədiylə, həmin hakimlərin özlərinin təklifi ilə məhkəmə iclası zamanı ötürülən həmin bir günün bərpası barədə ərizənin təmin edilməməsi haqqında 14.02.2024-cü ildə, 28.03.2024-cü ildə isə Əliyeva Bənövşə Mahmud qızının vəkillə təmin edilmək barədə ərizəsinin təmin edilməməsi barədə 2-1(103)-1377/2024 saylı saxta, ədalətsiz qərardadlar qəbul etmişlər!!! Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin tarixli, saylı qərardadaları qəbul edən saxtakar, rüşvətxor hakimləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, iş üzrə iddiaçı Əliyeva Bənövşə Mahmud qızına qarşı Azərbaycan Respublikası CM-nin 295; 307; 308 və 313-cü maddələrində nəzərdə tutulmuş xüsusi ağır cinayət əməlləri törətmişlər!!! Əlavə olaraq bildirirəm ki, mən - Əliyeva Bənövşə Mahmud qızı 09.04.2024-cü il tarixindən Sumqayıt şəhəri üzrə məşğulluq mərkəzində işsiz kimi qeydiyyatdayam.
Yuxarıda qeyd etdyim cinayət tərkibli faktları nəzərə alıb, İnzibati Prosesssual Məcəlləsinin 90-94-cü maddələrinin tələblərini əldə rəhbər tutub Ali Məhkəmənin İnzibati Kollegiyasından
X A H İ Ş E D İ R Ə M:
1. Bakı Appelyasiya məhkəməsinin 14.02.2024-cü il tarixli 2-1(103)-1377/2024 saylı və 28.03.2024-cü il tarixli, 2-1(103)-1377/2024 saylı qərardadlara qanunsuz hüquqi qiymət verilərək ləğv edilsin. 29.12.2023-cü il tarixli apellyasiya şikayətim əsasında ədalətli, hüquqi qərar qəbul edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
2. Bakı Appelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.02.2024-cü və 29.03.2024-cü tarixlərdə 2-1(103)-13.77/2024 saylı qərardadlar qəbul edən hakimlər Hüseynov Pərviz Aktiv oğlu,Yusifov Cahangir Afər oğlu, Məmmədova Şərafət Asif qızı barəsində MPM-in 421.2.1 və 421.2.2-ci maddələrinin tələbinə uyğun olaraq onların səlahiyyətlərinə xitam verilməsi məqsədiylə barələrində xüsusi qərardad qəbul edilsin və Məhkəmə Hüquq Şurasına göndərilsin.
İş üzrə İddiaçı: Əliyeva Bənövşə
Tarix: 15.04.2024

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK