Azərbaycan İdeyası

İcra hakimiyyətləri ləğv olunur? -Hansısa başçı özünü Şah Abbas kimi aparırsa…

Tarix:24-06-2025, 10:30
Baxış Sayı:110



Xəbər verdiyimiz kimi, bu günlərdə Dövlət Təhlükəsizlk Xidmətinin keçirdiyi əməliyyatla Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.

Xatırladırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev Musa Şəkiliyevin vəzifədən azad olunması barədə Sərəncam imzalayıb. Onu da bildirək ki, M.Şəkiliyev Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.

Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.

Qərara əsasən Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M.Şəkiliyev Azərbayanda saxlanılan ilk icra başçısı deyil. Belə ki, müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın bəzi rayonlarında bu kimi əməliyyatlar həyata keçirilib. Bir neçə icra başçısı həbs edilib. Uzun müddət vəzifədə qalan, postundan şəxsi maraqları üçün istifadə edən, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya əməlləri ilə seçilən vəzifəli şəxslərin bundan sonra da cəzalandırılacağına şübhə yoxdur. Yəni ölkə başçısının etimadını doğrultmayan istənilən məmur həm vəzifəsindən uzaqlaşdırılacaq, həm də qanunsuz əməllərinə görə məhkəmə qarşısında cavab verəcək.

Hər belə məsələlər gündəmə gələndə Azərbaycanda icra hakimiyyətlərinin ləğv edilib, əvəzində xüsusi nümayəndəliyin yaradılmasına dair iddialar dolaşır. Bəs çıxış yolu nədir?

Bu sualımızı cavablandıran sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, ölkədə prinsipcə hansısa uğurlu idarəçilik formasına keçilməlidir:

“İcra başçıları da prezidentin nümayəndələridirlər. Onları da prezident təyin edir. Amma dövlətçilik baxımından onun müəyyən variantları var. Bütün versiyaları təhlil etmək lazımdır”.


Elmar Məmmədyarov: Prezident Administrasiyasının aidiyyəti şöbəsinin xüsusi işçiləri əllərini düymənin üstündə saxlamalıdırlar

Müsahibimiz xatırladıb ki, SSRİ-dən sonra Yeltsinin vaxtında qərar qəbul etdilər ki, Rusiya Federasiyasında qubernatorlar müstəqil olmalıdırlar:

“Onlar da müstəqil olarkən, hərəsi özünü şah elan etdi və müəyyən mənda Moskvanın idarəçliyinə tabe olmurdular. Sonradan Rusiya bu idarəçilik üsulunu dəyişdi və indi qubernatorlar tam şəkildə Moskvanın nəzarətindədirlər. Rusiya böyük ölkədir. Moskvada insanlar işə gələndə Vladivostokda yatmağa gedirlər”.

“Azərbaycan isə balaca ölkədir. Hansıa icra başçıları özlərini Şah Abbas kimi aparırlarsa, onlara nəzarət etmək lazımdır” deyən Elmar Məmmədyarov vurğulayıb ki, Prezident Administrasiyasının aidiyyəti şöbəsinin xüsusi işçiləri əllərini düymənin üstündə saxlamalıdırlar.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026