Azərbaycan İdeyası

Baş prokurorluq təhsil dələduzlarının işini mediadan gizli araşdırır.

Tarix:18-07-2024, 17:23
Baxış Sayı:113


Sadiq oxucularımız xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin 1 dekabr 2023-cü il tarixli 10 (102)-ci nəşrində 9-cu səhifədə dərc olunmuş “Ukrayna universitetləri və “sapı özümüzdən olan” təhsil dələduzları” sərlövhəli məqalə dərc olunmuşdu.
Həmin məqalədə ehtiva olunan məsələni xatırladırıq: Cəlilabad rayonunun Şorbaçı kənd sakini, 2000-ci il təvəllüdlü Mirzəyev Həbib Lətif oğlu 21.11.2023-cü il tarixdə “Korrupsiya və Qanun” qəzetinə yazılı müraciət edərək, etibarından sui-istifadə edildiyini və dələduzluq əməli ilə üzləşərək pulunun mənimsənildiyini bildirmişdi.
Yazırdı ki, Cəlilabad şəhəri Z.Əliyeva adına 2 saylı tam orta məktəbi bitirib. Atası Lətif Mirzəyev Ziya adlı tanışına onun ali təhsilə yiyələnməyini istədiyini deyib. Ziya isə öz növbəsində onlara bu məsələdə köməklik göstərə biləcəyini deyib. Sonra Həbib atasının tanışı Ziyaya qoşularaq Kiyev şəhərinə gedib və orada tanımadığı Azər Əliyev ad-soyadlı şəxslə görüşüblər. Azər Əliyev özünü Ukraynanın MAUP (Межрегиональная академия управления персоналом - Personalın idarəedilməsinin Regionlararası Akademiyası) İnstitutunun müəllimi kimi təqdim edib və onlarla Həbibin ali məktəbə qəbul olunması mövzusunda söhbət edib.
“Azər bəy heç bir problem olmadığını dedi. Mən iqtisadiyyat fakültəsini istədiyimi bildirdikdə, dedi ki, həmin fakültəyə daxil olacaqsan. Sənədlərimi Azər bəyə təqdim etdim və o, sonra bildirdi ki, ölkin ödəniş üçün 1350 (bir min üç yüz əlli) USD lazımdır. Mən həmin lazım olan məbləğdə pulu iki gün müddət ərzində ödədim. 2017-ci ildən 2021-ci ilədək 1850 (bir min səkkiz yüz əlli) USD ödəmişəm. Mən bu ödənişləri Azər bəyə özüm şəxsən təqdim edirdim. Sonuncu dəfə 500 (beş yüz) USD pulu isə poçt vasitəsilə Azər bəyin adına göndərmişəm”.
Həbib Mirzəyev indi nə diploma yiyələnib, nə də Azər Əliyevdən pullarını geri ala bilir. Odur ki, məsələnin mediada işıqlandırılmasını xahiş edir. Bu yolla pulunu mınimsəyən şəxsin ifşa edilərək məsuliyyətə cəlb olunacağına ümid edir”.
Yada salaq ki, Həbib Mirzəyevin müraciəti ilə bağlı Azər Əliyevin telefonuna zəng edib münasibət bildirməsini istəmişdik. Söz vermişdi ki, rektorluqla danışıq aparıb ən qısa vaxtda diplomun verilməsini təmin edəcək. Həmçinin bildirmişdi ki, diplom hazırlanadək Həbib Mirzəyevin adına sözügedən ali təhsil müəssisəsində təhsil aldığını təsdiqləyən arayışı göndərəcək. Lakin sonra vədinə əməl eləmədi. Növbəti telefon danışığımızda isə bir daha onu nartahat etməməyimizi tövsiyə elədi.
Daha sonra isə Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə 04.12.2023-cü il tarixli 1059 saylı məktubumuzla müraciət edib Mirzəyev Həbib Lətif oğlunun şikayətinin obyektiv araşdırılmasını, barəsində şikayət olunan Azər Əliyevin və onun cinayət ortaqlarının əhatə dairəsinin müəyyənləşdirilməsi və əməllərinə hüquqi qiymət verilməsinin təmin olunmasını xahiş etdik. Tərəfimizdən iş üzrə lazım ola biləcək digər məlumatları təqdim etməyə hazır oilduğumuzu bildirdik.
Çifayda, bu məsələ ilə bağlı baş prokurorluğun hansı işi gördüyü barədə bizə heç bir məlumat verilməyib. Görünür, ya heç bir iş görülmür, ya da görülürsə də, ictimaiyyətdən, mətbuatdan gizli görülməsi məqsədəuyğun hesab edilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı