Azərbaycan İdeyası

ABŞ Zəngəzura yerləşir: İran niyə dilini udub? - General

Tarix:16-08-2024, 08:49
Baxış Sayı:114



ABŞ bir daha çıxmamaq şərtilə ilə Qafqaza yerləşir. Bunu da Ermənistan vasitəsilə həyata keçirir. Eyni addımları Rumıniya və Yunanıstanda da atıblar.

Bu sözləri ABŞ-ın Zəngəzurda gizli hərbi baza qurması ilə bağlı yayılan məlumatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib.

General bildirib ki, bunun arxasında bir sıra strateji məqsədlər dayanır:

“Birincisi, İranı nəzarət altında saxlamaq, ikincisi, Türkiyəni şərqdən mühasirəyə almaq, üçüncüsü, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını əngəlləmək, münaqişə vəziyyətindən öz məqsədləri üçün istifadə etmək, sonuncusu isə Rusiyanı Gürcüstana doğru genişlənəcək şəkildə cənubdan mühasirəyə almaqdır. Bütün bunlar fonunda ABŞ-ın qapalı və açıq şəkildə Ermənistanı təlimlər, silah yardımı vasitəsilə dəstəkləyərək, bölgədə ədalətli sülh istəmədiyini açıq şəkildə deyə bilərik”.

Karauz İranın səssizliyinin ağlasığmaz davranış olduğunu vurğulayıb:

“İran heç vaxt güclü rəqib qarşısında səsini çıxara bilməyib. İranın dini lideri Xamenei Pezeşkianın andiçmə mərasimində Paşinyanı qəbul edib, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın milli təhlükəsizlik maraqlarına zərbə olması, sərhədlərin toxunulmazlığı və “qədim” dostluq, qardaşlıq barədə nağıllar danışdı. Amma Zəngəzurda ABŞ hərbi bazasının qurulmasının əsas hədəfinin İran olduğunu bilə-bilə bu haqda Ermənistana bir kəlmə belə etiraz bildirmədi, sanki dilini udub. Təsəvvür edin, ən böyük düşmən elan etdikləri ABŞ-ın belə orda olmağına razıdırlar, amma türkün Zəngəzurda olmasını milli təhlükəsizlik maraqlarına təhdid hesab edirlər. İran Suriya və İraqda olduğu kimi, məntiqə sığmayacaq addımlar atır”.

General qeyd edib ki, nəticə etibarilə ABŞ-ın Zəngəzura yerləşməsi hərbi üstünlüyü Ermənistanın xeyrinə dəyişə bilməz:

“Siyasi nəticələrinə isə Azərbaycan dövləti cavab vermək iqtidarına, gücünə sahibdir”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?