Azərbaycan İdeyası

Bu texniki səhvdir, yoxsa, saxtakarlıq texnikasıdır?!

Tarix:17-10-2024, 11:55
Baxış Sayı:103

Bu texniki səhvdir, yoxsa, saxtakarlıq texnikasıdır?!

Qobustan Rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Malik Məlikovun Cabbarov İlqar Ağa oğlunun 41.618 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsi məqsədi ilə əmək haqqının hər ay 40%-nin tutularaq “YELO BANK” ASC-nin xeyrinə ödənilməli,həmin məbləğin 7%-i, yəni, 2913 ABŞ dollar məbləğində icra ödənişi isə borclunun əmək haqqının hər ay 10%-nə yönəldilərək Qobustan Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməsi barədə Cabbarov İlqarın iş yerinə Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə ünvanladığı tələbnamə sən demə səhv imiş?!
İcrası Qobustan Rayon İcra və Probasiya Şöbəsinə aidiyyatı olmayan, Bakı Apellyasiya Məhkəməsinin 03.03.2022-ci il tarixli,2(103)-27/2022 saylı qətnaməsi icrasına Ali Məhkəmənin MK-nın 15.02.2023-cü il tarixli,2(102)- 50/2023 saylı qərarla xitam verilən Sumqayıt Apellyasiya Məhkəməsinin 17.07.2017-ci il tarixli,2(105)-217/2017 saylı qətnaməsini vəzifə səlahiyyətlərini aşmaqla icra edərək vətəndaş Cabbarov İlqar Ağa oğlu hər ay əmək haqqının 40%-ni “Yelo Bank” ASC-nin hesabına ödədtdirməklə onun əmlakının 41.613ABŞ dolları məbləğində bank tərəfindən mənimsənilməsinə şərait yaratmaqla Azərbaycan Respublikası CM-nin 308; 309 və 313-cü maddələrində nəzərdə tutulmuş xüsusi ağır cinayət əməlləri törətməyə cənab Malik Məlikovu kim və nə təhrik etmişdir?!
Sumqayıt Apellyasiya Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(105)-27/2017 saylı qətnaməsini “texniki səhvə” yol verərək, icra etdikdən sonra cənab Malik Məlikov icra etdiyi həmin məhkəmə qətnaməsini, ona əlavə edilmiş sənədləri nə məqsədlə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərir?!
Sumqayıt Apellyasiya Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(105)-27/2017 saylı qətnaməsinin nəticə hissəsi həddində “NİKOİL BANK” İKB - “YELO BANK” ASC-də borcun təminatı kimi girov qoyulan Qasımova Zərnigara məxsus evin hərraca çıxarılıb satılması və satışdan əldə edilən vəsait hesabına Cabbarov İlqar Ağa oğlunun borcunun ödənilməsi, satışdan artıq qalan vəsaitin Qasımova Zərnigara qaytarılması barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən iki dəfə - 01.06.2018 və 13.07.2018-ci il tarixlərində həyata keçirilən tədbirlərinin nəticəsindən narazı qalan bank təkrar hərracın keçirilməsi tələbi ilə əlaqədar həmin icra şöbəsinə və hərracın təşçkilatçısı “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-yə qarşı iddia tələbi üzrə şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 28.09.2021-ci il tarixli qərarıyla rədd edilmişdir. Sonra evi girovda olan Qasımova Zərnigar Məmməd qızı Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin icraatına xitam verilməsi, nəticədə bankda girovda olan evinin girovdan çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş və həmin qətnamədən narazı qalan “YELO BANK” ASC-nin verdiyi kassasiya şikayəti də Ali Məhkəmənin MK-nın 15.02.2023-cü il tarixli, 2(102)-50/2023 saylı qərarıyla rədd edilmişdir. “NİKOİL İKB”ASC - “YELO BANK”ASC-də borcun təminatı olan evin hərraca çıxarılıb satılması, əldə edilən vəsait hesabına borcun ödənilməsi tələbi Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarı ilə rədd edildikdən və Sumqayıt Apellyasiya Məhkəməsinin həmin mübahisə predmeti üzrə qəbul edilmiş qətnaməsinin icrasına xitam verildikdən sonra “YELO BANK” ASC iddia tələbinə hüquqi yolla nail ola bilmədikdə, cinayətkar yola əl ataraq kredit müqaviləsi üzrə, guya, 5.000(beş min) ABŞ dolları borc verdiyini iddia etdiyi Cabbarov İlqar Ağa oğlu tərəfindən həmin vəsaiti ödətdirmək məqsədi ilə icraatına xitam verilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 17.07.2017-ci il tarixli qətnaməsinin qət hissəsinin həddindən kənara çıxaraq, həmin qətnamədə borclu qismində qeyd edilən Cabbarov İlqar Ağa oğlundan 50.000(əlli min) ABŞ dollardan 41.613ABŞ dolları məbləğində vəsaitin tutumunu onun əmək haqqına yönəldilməsi tələbi ilə icrasını aidiyyatı üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə deyil, məktubla Qobustan Rayon İcra və Probasiya Şöbəsinə göndərir!!! Həmin şöbənin rəisi Malik Məlikov “YELO BANK” ASC ilə cinayət əlaqəsinə girərək, Azərbaycan Respublikası CM-nin 308-ci (vəzifədən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməklə 24.10.2023-cü il tarixli, 148134/2018-325 saylı tələbnamədə sonradan texniki səhv hesab etdiyi Qobustan Rayon Məhkəməsinin 2(026) - 42/2020 saylı məhkəmə qətnaməsi əsasında 14.02.2020-ci il tarixli icra sənədinin sürətini Cabbarov İlqar Ağa oğlunun iş yerinə - Təlim Tədris Mərkəzinə göndərərək onun əmək haqqının 40%-nin tutularaq “YELO BANK” ASC-nin hesabına ödənilməsini tələb edir! Artıq bir ildir ki, səhv tələbnamə əsasında Cabbarov İlqarın əmək haqqının 40%-i, yəni, 170 manat “YELO BANK” ASC-nin hesabına tutulması davam etdirilir!!!
Aparılan jurnalist araşdırması zamanı müəyyən olundu ki, rəis cənab Malik Məlikovun borclu Cabbarov İlqarın iş yerinə - Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin rəhbərliyindən icrasını tələb etdiyi Qobustan Rayon Məhkəməsinin 2(026) - 42/2020 saylı mülki işin Cabbarov İlqar Ağa oğluna heç bir aidiyyatı yoxdur və bu səbəbdən də həmin saylı, 14.02.2020-ci il tarixli icrası tələb edilən icra sənədinin də Cabbarov İlqara qətiyyən aidiyyatı yoxdur!!!
Əgər, şöbə rəisi cənab Malik Məlikovun 04.09.2024-cü il tarixli, 104/2024 saylı cavabında Qobustan Rayon Məhkəməsinin 2(026) - 42/2020 saylı qətnaməsi üzrə Qobustan Rayon İcra və Probasiya Şöbəsinin icraatına heç bir icra sənədi daxil olmayıbsa və həmin icra sənədi üzrə Cabbarov İlqar Ağa oğlunun əmək haqqına heç bir yönəltmə olmamışdırsa və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105) - 17/2017 saylı, 10.01.2018-ci il trarixli icra sənədi onun iş yerinə 04.10.2024-cü il tarixində göndərilibsə, belə olan halda, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin oktyabr ayınadək Cabbarov İlqar Ağa oğlunun əmək haqqından hər ay 170 AZN olmaqla, ümumilikdə 2040 AZN maliyyə vəsaiti hansı əsasla tutulub?!
Bakı Apellyasiya Məhkəməsinin 03.03.2022-ci il tarixli, 2(103)-27/2022 saylı, Ali Məhkəmənin yuxarıda qeyd edilən 28.09.2021-ci il tarixli, 2(102)-4741 saylı, 15.02.2023-cü il tarixli, 2(102)-50/2023 saylı qətnamə və qərarları əlavə edilir!

Hüquqşünas: Güloğlan Hüseynov

Tarix:03.10.2024.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA