Azərbaycan İdeyası

Ürəyinin üç damarı dəyişdirilib, əlillik statusu verilmir

Tarix:17-10-2024, 17:04
Baxış Sayı:101

Ürəyinin üç damarı dəyişdirilib, əlillik statusu verilmir

İmişli rayonunun Rəsullu kənd sakini Əzizov Mufdadə Oktay oğlu ölkə Prezidentinə, Baş nazirə, Ombudsmana və başqa bir sıra aidiyyati orqanların yüksək vəzifəli şəxslərə ünvanladığı şikayət ərizəsinin bir surətini “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ünvanlayıb.
Vətəndaş Əzizov yazır ki, ürək nahiyəsində yaranan ciddi narahatlıqlar səbəbindən 21.05.2023-cü il tarixdə cərrahi əməliyyata məruz qalıb:
“3 damarım AKŞ əməliyyatı ilə dəyişdirilib. Sağlamlığımın 60 faizini itirmiş, yalnız dərman vasitələrini qəbul etməklə yaşayıram. Aldığım təqaüdün yarısını dərmana sərf edirəm, çünki Mərkəzi Rayon Xəstəxanasında bildirirlər ki, sənə əlillik dərəcəsi təyin olunursa, dərmanı pulsuz ala bilərsən. İmişli RMX-dan göndərilən “forma 088” tibbi göndərişə qəsdən imtina cavabı verilmiş, məni fiziki cəhətdən TSEK sədri qanunsuz varlanmasına görə məhv etmişdir.
Mən AR Baş Prokurorluğunda oldum və onlar heç bir tədbir görmədi. TSEK gülünc imtina cavabı, yəni “əlavə müalicəyə ehtiyac olması” kimi, natamam, yalan reaksiya verilmiş, bu da korrupsiya əməlidir.
TSEK-nin korrupsiya əməllərinin təsdiq və sübut olunmasını rəsmi sənədlərlə, yəni, NK Qərarı ilə (13.05.2022 №187) tam ifşa olunmuşdur.
Belə ki, həmin Qərara (Əsasnaməyə) əsasən bu xəstəliklər, yəni ürək əməliyyatından sonrakı vəziyyət – XBT 10 kodu üzrə i10-15 və i20-25 kodları ilə əlillik dərəcəsi verilməsi aydın qeyd edilmişdir.
NK-nın qərarlarının tətbiqi və icrası həm də TSEK üçün məcburidir.
Bu sənədlər həm “Zəfəran” Hospitalı, həm də İmişli MRX həkimləri tərəfindən (i21.1 və i10) də təsdiq olunmuşdur.
Digər tərəfdən ürəyimdə olan bütün fəsadlar, (ürək ritminin 33 faiz döyünməsi və s.) laborator analizlər, EXO kardioqramma və şəkillərlə TSEK-in korrupsiya cinayətləri törətməsinə əsas verir.
Onların imtina verməsinə əsas səbəb ondan ibarətdir ki, mənim kimi sadə insanların onlarla maddi sövdələşmələr edən şəxslərə rüşvət verərək məsələni həll etməkdir.
Bu, təkzibolunmaz faktlardır.
Çünki elektron onların əlində korrupsiya alətidir. Bu neqativ hərəkətləri ilə onlar qeyri-şəffaf orqan kimi Baş nazirin Qərarını da qeyri-ciddi, rəhbərini isə qeyri-ciddi şəxs sayırlar.
Əlbəttə ki, Prezidentin tələblərindən onlar qanunsuz varlanmalarını üstün tuturlar. Bu rəsmi sübutlar, sənədlərlə təsdiq olunur.
Həmçinin mən tədaüd aldığımdan əlillik dərəcəsi dərman almaq üçün tələb olunur. Ancaq TSEK sədri və üzvləri cinayət yolunu seçmiş, insanları məhv etməklə məşğuldular.
Mən sadə vətəndaş 25 il İmişli Lokomotiv Deposunda çalışmış və onlardan (ƏƏSMN, onun TSEK sədri) fərqli olaraq, qanunlarla Prezidentə inanıram”.
Müraciətinin son abzasında M.Əzizov dövlətimizin başçısından xahiş edir:
Möhtərəm Prezident! AR Konstitusiyasının, Qanunlarının, Nk-nın Qərarının tələb və göstərişlərinizin əksinə olaraq, ƏƏSMN yanında TSEK sədrinin korrupsiya və hüquqazidd əməlləri, hərəkətləri faktlarla sübut, sənədlərlə təsdiq edildiyindən, onun vəzifəsindən azad olunması barədə Sərəncam verməyinizi, fəaliyyətinin təcrübəli peşəkar mütəxəssislər tərəfindən yoxlanılması, vətəndaşların dövlətə inamının daha da artırılması üçün, BN Ə.Əsədova ƏƏSMN-ə, SN, TMA və KNM-nin sədrinə tapşırıq KQMBİ-nin rəisinə tövsiyə verilməsi barədə PA-nın şöbə müdirinə göstəriş verməyinizi rica edirəm”.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."