Azərbaycan İdeyası

Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

Tarix:24-10-2024, 16:29
Baxış Sayı:16

Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Xəyyam Mirzə oğlu Babayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham edilərək barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

15:24

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan polkovnik-leytenant X.Babayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.

Məlumata görə saxlanılma səbəbi Goranboy rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdəki fəaliyyəti ilə əlaqədardır.

Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026