Azərbaycan İdeyası

SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı

Tarix:6-11-2024, 10:25
Baxış Sayı:106



Ekspert deyir ki, qəbul edilən standartlara əməl edilsə, dönərin qiymətində kəskin artım qaçılmazdır; bu qərara əməl etməyənlər...

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir.

Bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qəbul olunmuş qərarda əksini tapıb.

Qərara əsasən:

- ictimai-iaşə müəssisələrinin çiy dönərin hazırlanması bölməsinin bütün avadanlıq və inventarları “çiy ət” nişanı ilə markalanmalı və onlardan müəssisənin digər bölmələrində istifadə olunmasına yol verilməməlidir;

- çiy dönərin emalı başa çatdıqdan sonra, yaxud çiy dönərin hazırlanmasında 3 saatdan artıq fasilə yarandıqda ətlə təmasda olan bütün avadanlıq (sökülməli hissələr mütləq sökülməklə) ikigözlü vannalarda aşağıdakı ardıcıllıqla yuyulub təmizlənməlidir:

- ət qalıqlarından mexaniki təmizlənməli;

- fırça, soda və ya digər yuyucu maddələrdən istifadə edilməklə 400 C-dən aşağı olmayan temperaturlu su ilə yuyulmalı;

- 650 C-dən aşağı olmayan temperaturlu suda yaxalanmalı;

- istifadəsinə yol verilən dezinfeksiyaedici maddə ilə dezinfeksiya edilməklə təmiz su ilə yaxalanmalı;

- stellajlarda, yaxud barmaqlıqlı rəflərdə saxlanmaqla qurudulmalı;

- istifadədən əvvəl mütləq təmiz suda təkrar yaxalanmalıdır;

- çiy ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi bölmələri fərqli ət partiyalarının qarışdırılmasına və emal prosesinin fərqli mərhələlərində olan xammal və yarımfabrikatların təmasına imkan verməyən, bir-birindən ayrı bölmələrdə həyata keçirilməlidir.

Bu qərara əməl edən olacaqmı, dönərxanalar birdəfəlik bağlana bilərmi?

Qeyd edək ki, dünyada dönərin hazırlanmasına müxtəlif yollarla nəzarət mexanizmi var. Bir qayda olaraq, əksər ölkələrdə sanitariya və gigiyena qaydalarına uyğunluq əsas götürülür. Dönər hazırlayan müəssisələr sanitariya və gigiyena standartlarına riayət etməlidirlər. Bu, işçilərin sanitariya qaydalarına uyğun geyinməsi, mətbəx və avadanlıqların təmizliyi, eləcə də ərzaq məhsullarının düzgün saxlanması və hazırlanması ilə bağlıdır. İstehsal prosesində dönərin hazırlanması prosesində istifadə olunan ət və digər inqrediyentlərin keyfiyyətinə nəzarət edilir. İstehsal zamanı ətlərin düzgün marinat edilməsi, bişirilməsi və kəsilməsi tələb olunur. Müvafiq lisenziyalar - dönər istehsal edən müəssisələr, yerli və milli qanunvericiliyə uyğun olaraq müvafiq lisenziyalar almalıdırlar. Bu, istehsalın keyfiyyətini təmin edir. Müştəri rəyi və istifadəçi tədqiqatları - müştəri rəyinə və tədqiqatlara əsaslanaraq dönər istehsalçıları məhsulun keyfiyyətini artırmağa çalışırlar. Müştəri məmnuniyyətinin monitorinqi, keyfiyyətin artırılmasına kömək edir. Dövlət orqanları və müstəqil təşkilatlar tərəfindən dövri təftişlər həyata keçirilir ki, bu təftişlər zamanı istehsal prosesinin qaydalara uyğunluğu yoxlanılır. Bu qaydalar və standartlar dönərin keyfiyyətini və təhlükəsizliyini təmin etməyə kömək edir.

Onu da nəzərə çatdıraq ki, dünyada daha çox dönər istehlak olunan dörd ölkənin təcrübəsinə baxdıqda görürük ki, dönərxanalara bir deyil, bir neçə qurum cavabdehlik daşıyır. Misal üçün, Türkiyədə dönərxanalar Türk Standartları İnstitutu (TSE), Qida və Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindədir. Bu qurumlar qida istehsalında standartların müəyyən edilməsi, sanitariya qaydalarına riayət edilməsinin nəzarətini həyata keçirir. Almaniyada isə Alman Qida və İstehlakçı Məsələləri Nazirliyi və yerli sanitariya idarələri dönərxanalara nəzarəti edərək qida təhlükəsizliyi qanunlarının tətbiqini, dönər istehsalının monitorinqini həyata keçirirlər. Yunanıstanda da Yunan Qida Təşkilatı, yerli sağlamlıq idarələri ölkədə qida təhlükəsizliyi standartlarının tətbiqi, müəssisələrin nəzarətinə diqqət edir. İranda İran Qida və İlaç İdarəsi dönərxanalara nəzarət edir və qida istehsalında keyfiyyətin təmin edilməsi, sanitariya standartlarına riayət edilməsini yoxlayır.

Cəzalandırma mexanzimləri də müxtəlifdir. Bəzi ölkələrdə qida təhlükəsizliyi qanunlarını pozan müəssisələrə maliyyə cəzaları tətbiq edilir. Bu cəzalar, pozuntunun ciddiliyinə görə dəyişir.

Bəzilərində qanunları pozan dönərxanaların fəaliyyət lisenziyaları ləğv edilə bilər. Bu, müəssisənin fəaliyyətini dayandırmaq üçün ciddi bir tədbirdir. Sanitariya standartlarına uyğun gəlməyən müəssisələr, müvəqqəti olaraq bağlana bilər. Bu, müəssisənin qaydalara uyğunlaşmasına imkan verir. Qida təhlükəsizliyi qanunlarının pozulması hallarında hüquqi iddialar irəli sürülə bilər. Bu, istehlakçıların hüquqlarını müdafiə etmək məqsədini güdür. Ümumilikdə bu mexanizmlər, dönərin hazırlanmasında keyfiyyət və təhlükəsizliyi təmin etməyə yönəldilib. Müxtəlif ölkələrdə fərqli yanaşmalar olsa da, məqsəd eynidir: istehlakçıların sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək.

SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı "korrupsiya-q".az saytına fikirlərini bildirib. Onun sözlərinə görə, dönərxanalar birdəfəlik bağlanmayacaq: “Bəziləri bağlana bilər. Amma dönər biznesi bitməyəcək. Standartlara uyğun gəlməyən, işin standartlar çərçivəsində qura bilməyən dönərxanalar təbii ki bağlanacaq. Ola bilər ki, hansısa məhəllə kənarında fəaliyyət göstərən dönərxanalar standartlara cavab verməsin, onlar tamamilə bağlansın. Bu, real ehtimaldır. Amma ümumiyyətlə, dönər biznesi çökəcək, ləğv olunacaq demək doğru olmaz. Ümumi şəkildə, bu qaydalar dönərin qiymətini qaldıracaq. O bir mənalıdır ki, dönərçilər əvvəl məhsulunu ucuz sata bilirdilərsə, indi bu standartlara cavab verə bilmək, müəyyənləşmiş yerlərdən əti lazımi qaydada almaq, həm bazarı təmərküzləşdirir, yəni hər yerdən ala bilməyəcəklər. Həm də standardlara cavab verməyənlər zaman-zaman cəzalandırılacaq. Bundan sonra işini düzgün qurmayan dönərxanalar çox rahat şəkildə müəyyənləşdiriləcək. Çünki bunlar təchizatçıları müəyyənləşdirə bilirlər. Təchizatı olmayanları rahat şəkildə müəyyənləşdirib, yoxlayıb, cəzalandıra bilərlər. Amma hansı təchizatçılara verirlər, bunu da bilmirik. Əslində rəqabət də boğulur. Bununla belə, qida sənayesində tənzimləmələr olmalıdır. Tənzimləmənin olmamasının problemləri daha çoxdur. Amma hansı dönərçi bu standardlara cavab verəcəksə, o da fəaliyyət göstərəcək. Bu da xərclərin və qiymətlərin bir qədər artmasına gətirib çıxaracaq”.

OXŞAR XƏBƏRLƏR
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Nikahlarla bağlı YENİLİK
Nikahlarla bağlı YENİLİK