Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Erdoğana
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimova
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Cahit Bağcı`ya
Misir Ərəb Respublikasının səfiri cənab Hişam Mohamed Nağı Abdel Həmidi`yə
Sürəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab İsmayıl Xəlilova
Misir Respublikasının vətəndaşı, hazırda Xətai rayonu,Sabit Orucov küç, məh.1184 ünvanında yaşayan Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu,
Misir vətəndaşı anası Hanım Ahmed Osman qızı,
Türkiyə və Ukrayna vətəndaşı Kateryna Marghany tərəfindən
Ə R İ Z Ə
Hörmətli İlham Əliyev, Rəcəb Tayyib Erdoğan, Kamran Əliyev, İnam Kərimov, Hişam Mohamed Nağı Abdel Həmidi, Cahit Bağcı, İsmayıl Xəlilov cənabları!
Diqqətinizə çatdırıram ki, mənə - Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu və Sakin Ayhan Mustafa oğluna, eləcə də, Azərbaycan Respublikası vətəndaşları Nəbiyeva Leyla Məhəmməd qızına, Bəxtiyarova Aytəkin Çingiz qızına qarşı 25.08.2023-cü il tarixində başlanmış 232970131 nömrəli cinayət işi üzrə 29.01.2024-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1.2.2; 200.1.2.3 və 206.3.2-ci maddələri ilə barələrində ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Azərbaycan Respublikası Baş prokurorunun müavini cənab Elmar Camalov tərəfindən 02.02.2024-cü il tarixində təsdiqlənərək, məhkəmədə istintaq olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hakim cənab Fərid Namazovun icraatına verilmişdir. Həmin ittiham aktının 5-ci səhifəsində adlarını qeyd etdiyim Azərbaycan və Türkiyə vətəndaşlarından birini, məni - Moghany Teymuru da həmin dəstənin üzvlərindən biri kimi Türkiyə Respublikasında əldə edib, satış məqsədi ilə xeyli miqdarda dərman vasitələrinin Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə, “qaçaqmalçılıq yolu ilə ələ keçirmək barədə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girmiş”, guya, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 18.06.2023-cü il tarixinədək olan müddət ərzində İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən (?) birlikdə əldə etdikləri qanunla dövlət qeydiyyatı tələb olunan, lakin, dövlət qeydiyyatından keçməyən dərmanları adları, miqdarı və dəyərləri göstərilməklə Bakı şəhəri, Xəzər rayonu əraazisində Heydər Əliyev Beynəlxalq Hava Limanında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda ümumilikdə xeyli miqdarda 55368 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük yoxlanması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürüldüyü təsdiqlənir.
Müstəntiq Quliyev Arif tərəfindən mənə elan edilən həmin ittihamla qətiyyən razı olmadığımı və ittiham aktında qeyd edildiyi - qabaqcadan nə Sakin Ayhan Mustafa oğlu ilə, nə də Bakı Hava Limanında gömrük məntəqəsində olarkən ilk dəfə həmin vaxt tanıdığım Azərbaycan vətəndaşları Bəxtiyarova Aytəkin Çingiz qızını və Nəbiyeva Leyla Məhəmməd qızını tanımamışam və onlarla heç vaxt bu və digər formada münasibətim olmamışdır. Bu qənaətimi cinayət işinin içərisində olan, təqsirləndirilən şəxslərin - Bəxtiyarova Aytəkin Çingiz qızınn və Nəbiyeva Leyla Məhəmməd qızının istintaqa verdikləri ifadələri ilə, eləcə də, müstəntiq Arif bəyin Bəxtiyarova Aytəkin Çingiz qızına münasibətdə 14.12.2023-cü il tarixində İXM-nin 482-ci maddəsini tətbiq etməklə tərtib etdiyi 100.000-00129/23 saylı protokolu əsasında Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi 09.02.2024-cü il tarixli qərarı ilə də təsdiqlənir!!! Bu səbəbdən də Quliyev Arif Mahmud oğlunun cinayət işi üzrə tərtib etdiyi və Baş prokurorun müavini Elmar Camalovun 02.02.2024-cü il tarixdə təsdiqlədiyi ittiham aktında ittiham olunan vətəndaşlarla qabaqcadan əlbir olub, ümumi cinayətkar niyyətlə dövlət qeydiyyatından keçməyən dərman vasitələrini müstəntiq Quliyev Arifin qeyd etdiyi kimi - “Ümumi cinayətkar niyyətlə” əldə etməmişəm və bu da qeyri mümkündür! Belə ki, istintaqa verdiyim ifadəmdə göstərdim ki, mən Türkiyə Respublikasından İordaniya, Misir, ABŞ-a qazlı su, rəsmi olaraq dərman vasitələri, qida məhsullarının ixracı ilə məşğul oluram. 2023-cü ilin fevral ayından etibarən müxtəlif vaxtlarda 7-8 dəfə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlib-getmişəm. Bu gəlişlərimin məqsədi Bakıda və ətraf rayonlarda işgüzar insanlarla vicdanla, halal yolla iş görmək - ticarət əlaqələri yaratmaq olmuşdur. Sonuncu dəfə 16.06.2023-cü ildə əvvəllər tanıdığım, bu və digər malları əldə etmək məqsədi ilə mənə alıcı gətirən Ayhan Sakin mənə bildirdi ki, Azərbaycan Respublikasında ucuz ferma var, bir günlüyə təcili gedib, ora baxıb razılaşsaq, beh verərik. Mən də onun səmimiliyinə inanıb, ailəmlə Misirə getməyi təxirə saldım. 18.06.2023-cü il tarixində Ayhan Sakin özünə və mənə Bakıya təyyarə bileti aldı. Həmin gün İstanbuldan Bakıya gəlmək üçün Ayhanla razılaşıb, onunla İstanbulun “Ağsaray” deyilən ərazisində görüşüb, birlikdə hava limanına getdik. Həmin vaxt Ayhanın əlində bir ədəd selofan torba və bir ədəd bel çantası, mənim əlimdə isə şəxsi əşyalarımı yığdığım bir ədəd çanta var idi. Hava limanına gedən zaman Ayhan mənə müraciət edərək, əlində olan selofan torbadakı dərman vasitələrinin bir hissəsini götürməyi mənə təklif etdi və mən də onun təklifini qəbul edib, verdiyi dərman vasitələrinin bir hissəsini öz çantama yüklədim. Ayhan mənə bildirdi ki, dərmanların reseptləri var. Ayhanın çantasında dərman vasitələrindən savayı iki blok siqaretin də olduğunu gördüm. Ayhan həmin dərmanları Bakı şəhərində qazi tanışlarına apardığını bildirdi. Ayhan Sakin və mən Bakıda hava limanında “Yaşıl Kanal” buraxılış sistemi vasitəsi ilə gömrük nəzarət zonasını tərk edib, getmək istəyən zaman gömrük əməkdaşları məni və Ayhan Sakini saxlayıb, yoxlama otağına dəvət etmişlər. Yoxlama zamanı mənim çantamdan Ayhanın İstanbulda hava limanına gedərkən mənə verdiyi dərman vasitələrini siyahıya alıb, götürdülər. Həmin vaxt orada əvəllər tanımadığım Aytəkin adlı bir qadının da çantasından dərman vasitələri aşkar edildiyi səbəbindən, onu da təhqiqat orqanına gətirildiyini gördüm. Aytəkin Ayhan Sakinə yaxınlaşaraq - bu məsələni həll etməsini ona tapşırmış, bundan sonra o, Ayhandan uzaqlaşıb getdi. Mən Ayhandan Aytəkinin ona “bu məsələ sənindir, get özün həll et” - deməsinin səbəbini soruşduqda o, həmin Aytəkin adlı qadından aşkar edilərək götürülmüş dərman vasitələrinin də özünə məxsus olduğunu bildirdi. Həmin vaxt Ayhan məndən savayı hardansa, kimdənsə əldə etdiyi dərman vasitələrinin bir hissəsini Aytəkin adlı xanıma verdiyindən məlumatlı oldum.
İttiham aktı-səh-9
Sakin Ayhanın istintaqa verdiyi ifadəsindən:
...Həmin dərman vasitəsini Elşənin xahişinə əsasən qardaşının oğlu Furkan Sakin İstanbuldakı aptekdən alıb, onun çantasına qoymuş və o, həmin dərmanı Elşənin hansısa tanışının xərçəng xəstəliyindən əziyyət çəkən arvadı üçün gətirmişdir. Onunla eyni vaxtda “TK 332” saylı İstanbul - Bakı aviareysi ilə gələn Teymur Marghanydan özü ilə birlikdə dərman vasitələri gətirməsi barədə əvvəlcədən məlumatı olmayıbdır. Teymur Marghanyni götürülmüş dərmanların və siqaretlərin heç biri ona məxsus deyildir!!! Özünün Aytəkin Bəxtiyarova ilə heç bir əlaqəsi yoxdur. Aytəkini ilk dəfə 18.06.2023-cü il tarixdə Heydər Əliyev Beynəlxalq hava limanında gömrük yoxlanması zamanı görmüş, həmin vaxta qədər Aytəkinlə heç bir tanışlığı olmayıbdır! Eləcə də, Aytəkinin ökləyə gətirdiyi həmin malları kimdən, nə vaxt və hansı şərtlərlə əldə etməsi, onları hansı məqsədlə ölkə ərasinə gətirməsi və hansı səbəbdən həmin malları gömrük orqanlarına bəyan etməməsi barədə heç bir məlumatı yoxdur!!! Onun bildiyinə görə, Aytəkinlə Teymur bir-birilərini tanımırlar. Aytəkin Bəxtiyarovadan aşkar edilərək götürülmüş dərman vasitələri ona məxsus deyildir. Aytəkin Bəxtiyarova 18.06.2023-cü il tarixdə ona hansısa məsələni həll etməyi tapşırmamışdır (?!) O, Leyla Nəbiyevanı tanıyır. Leyla ilə təxminən 2023-cü ilin mart ayında Türkiyə Respublikasının İstanbul şəhərində otellərin birində tanış olmuş, həmin vaxtdan sevgili olaraq İstanbulda görüşmüşlər. Təxminən bu ilin may ayında Leyla ilə əlaqəni kəsmişdir (?!) Leylanın nə iş gördüyünü bilmir, Leyla ilə əlaqəsini kəsdiyi üçün telefon nömrəsini də öz telefonundan silmiş, hazırda sonuncunun telefon nömrəsini xatırlamır. Leyla ilə Teymur Marghanynın münasibətlərinin olub-olmaması barədə heç bir məlumatı yoxdur (?!)
İttiham aktı-səh 7
Şahid qismində dindirilən Abdullayev Elşənin ifadəsi:
...Teymurla əlaqəsi yoxdur. Aytəkin Bəxtiyarovanı, Leyla Nəbiyevanı və Bəsti İbrahimovanı isə ümumiyətlə tanımır və onlarla heç bir əlaqəsi yoxdur. Onun Rasim adlı tanışının hansısa dostunun arvadı xərçəng xəstəliyindən əziyyət çəkir. Həmin xəstənin müalicəsində “Valamor” dərman vasitəsindən istifadə edilir. Həmin Rasim adlı tanışı ona həmin dərmandan tapa bilmədiklərini, Türkiyədən həmin dərmandan 1 qutu almaqda onlara köməklik etməyini xahiş etdiyindən o, 2023-cü ilin iyun ayında Ayhan Sakinə zəng vurub, sonuncudan həmin xəstə üçün 1 qutu “Valamor” almasını xahiş etmişdir. Ayhan buna öz razılığını verdikdən sonra həmin xəstənin adamları 1 qutu “Valamorun ” dəyəri olan 1100 manat pulu ona göndərmiş, o da həmin pulu Bakı şəhərində Tbilisi prospektində yerləşən “döviz” dedikləri yerdən Türkiyə Respublikasına göndərmiş və bu barədə Ayhan Sakinə məlumat vermişdir. Bundan bir neçə gün sonra Ayhanla telefonda danışan zaman Ayhan ona bildirmişdir ki,həmin bir qutu “Valamoru” alıbdır və yaxın günlərdə Azərbaycan Respublikasına gələrkən həmin dərmanı da özü ilə gətirəcəkdir. Ayhan Sakin 18.06.2023-cü ildə ona zəng edərək, İstanbuldan Bakıya gələn zaman hava limanında 1 qutu “Valamor” və əlavə olaraq hansısa tanışı üçün gətirdiyi 5 qutu dərman vasitələrinə görə saxlanılaraq, həmin malların gömrük əməkdaşları tərəfindən götürüldüyünü, eləcə də, Teymur Marghany və Aytənin Bəxtiyarovadan da dərman vasitələri və qızılların aşkar edilərək götürüldüyünü bildirmişdir.
İttiham aktı-səh-20
2. Bəxtiyarova Aytəkin Çingiz qızı istintaqa verdiyi ifadəsində təsdiqləyir:
2019-cu ildən xərçəng xəstəsi olduğunu və xəstəliyi ilə əlaqədar iki dəfə əməliyyat olunduğunu, həmin xəstəliyi ilə əlaqədar mütəmadi olaraq müalicə aldığını, bu məqsədlə bu il - 2023-cü il ərzində 5 dəfə Gürcüstan və Türkiyə Respublikasında xəstəxalarda həkim müayinələrindən keçmiş, sonuncu dəfə 13.06.2023-cü il tarixdə həmin məqsədlə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş “Memorial” xəstəxanasında müayinələrdən keçmiş, həkim onu müayinə etdikdən sonra döş qəfəsində eyni ocaqların yarandığını bildirdi!!! O, bundan sonra təxminən 15.06.2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmək üçün aviabilet almaq istəsə də, bunu əldə edə bilmədiyini görüb 17.06.2023-cü il tarixdə avtobusa bilet almışdır. Lakin xəstəliyi ilə əlaqədar uzun yol gedə bilməyəcəyini başa düşüb, həmin avtobus reysi ilə getməmək qərarına gəldim. 16.06.2023-cü il tarixdə günorta saatlarında istifadəsində olan 055-266-41-43 nömrəsi ilə Leyla adlı tanışı ona zəng edərək, İstanbul şəhərində olduğunu, görüşüb birlikdə yemək yeməyi mənə təklif etdi. Mən də Leyla ilə İstanbulda “Ağsaray” deyilən ərazidə görüşüb, çörək yedik. Bu zaman o, İstanbuldan Bakıya aviabilet ala bilmədiyini Leylaya bildirmiş, Leyla isə onlayn qaydada ona 210 manata bilet almış və o, həmin biletin pulunu nağd şəkildə Leylaya vermişdir.
Növbəti gün, yəni, 17.06.2023-cü il tarixdə axşam saatlarında yola düşməmişdən qabaq, əvvəllər tanıdığım, istifadəsində 050-981-78-27 nömrəsi olan Bəsti adlı xanımla telefon əlaqəsi saxlayaraq, Bakıya getməyə hazırlaşdığımı bildirdim və bu zaman Bəsti onda bir qədər qızıllar olduğunu, onları Bakı şəhərində bir nəfərə çatdırmağın lazım olduğunu bildirmişdir. Mən Bəstinin də xahişinə əsasən sonuncudan 1 ədəd qolbaq və 1 ədəd üzüyü onun qaldığı mehmanxananın qarşısında təhvil alıb, əl çantama qoydum. Bəstidən ayrıldıqdan sonra, Leyla ona özünün onunla birlikdə Bakıya gedə bilməyəcəyini, iki nəfər şəxslərlə onu yola salacağını bildirmiş və onu “Ağsaray” deyilən ərazidə 3 otaqlı bir evə aparmışdır!!! Həmin evdə sonradan adının Ayhan olduğunu öyrəndiyi Türkiyə vətəndaşı onları qarşılamışdır. Bir qədər sonra həmin evə sonradan adının Teymur olduğunu öyrəndiyim bir nəfər də gəlmişdir (?) Həmin evdə olan zaman Leyla həmin şəxslərin də mənimlə birlikdə Bakı şəhərinə gedəcəyini, həmin şəxslərdən Ayhanın həkim olduğunu və onun həmin xəstələrə xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar apardığını, həmin dərmanlardan birinin sınmaması üçün ehtiyatlı daşınmalı olduğunu bildirərək, həmin dərmanın digər dərmanların yanına qoyulmaması, sınma ehtimalı olduğundan mənim çantamda aparmağımı xahiş etmiş, mən də Leylanın təklifinə etiraz etmədim. Mən həmin vaxt Nəbiyeva Leyla, Ayhan Sakinlə qeyd etdiyim evdə təxminən 1 saat vaxt keçirtdik, bu müddət ərzində mən, uşaq otağında uzanıb istirahət etmiş, Teymur salonda televizora baxmış, Ayhanla Leyla isə yataq otağında idilər. Onlar hava limanına getmək üçün evdən çıxan ərəfədə Leyla ona özünün 1 ədəd “İphone 14 pro” markalı mobil telefon, eləcə də, 1 ədəd qolbaq, iki ədəd üzük və bir cüt sırğanı Bakı şəhərinə aparmağı, Bakı şəhərində sonradan ona adını deyəcəyi şəxsə verəcəyimi xahiş etdi!!! Mən də həmin qızıl-zinət əşyalarını Leyladan təhvil aldım. Həmin vaxt Ayhan və Teymur (?!) Leyladan qeyd etdiyim malları təhvil aldığımı görməmişlər. Bakı hava limanında gömrük nəzarətindən keçərkən, üzərimdə olan qızlların bəzilərinə metal axtaran aparat reaksiya verdiyindən onları çıxarıb əl çantasına qoydum. Bundan sonra gömrük nəzarətinin “Yaşıl kanal” vasitəsi ilə keçərkən gömrük əməkdaşı məni saxlayaraq yoxlama otağına dəvət etmiş, orada mənə məxsus əl yükünü yoxlamışlar. Yoxlama zamanı çantamdan Ayhan Sakinin çantama qoyduğu dərmanlar aşkar olunmuşdur!!! Yoxlama zamanı həmçinin gömrük əməkdaşları Leyla və Bəstidən aldığı qızıl-zinət əşyalarını: - 1 ədəd telefonu, eləcə də, oğlum üçün aldığım 30 qutu siqaretləri aşkar etmişlər, qeyd edilən predmelərin hamısı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. O, Ayhan və Teymuru Leylanın vasitəsi ilə tanımış və həmin dərmanları onun çantasına Bakı şəhərinə gətirməyim üçün Leyla və Ayhan qoymuşlar. O, Leylanı təxminən 2023-cü ilin ortalarında başqa bir tanışımın vasitəsi ilə tanımışdır.
İttiham aktı-səh: 11-13
Nəbiyev Leyla Məhəmməd qızı istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Aytəkin Bəxtiyarovanı təxminən 2023-cü ilin mart ayından tanıyır. Aytəkinlə tanışlığı işlədiyi mağazaya müştəri olaraq gəlməsi ilə bağlı olmuşdur. O,16.06.2023-cü il tarixdə İstanbulda hazırda xatırlamadığı mehmanxanın restoranında oturub çay içərkən Aytəkin təsadüfən həmin yerə gəlmiş və görüşmüşlər!!! Həmin vaxt Aytəkin ona bildirmişdir ki, ALIŞ-VERİŞ etmək və gəzmək məqsədi ilə İstanbula gəlmişdir (?!) Növbəti gün, yəni, 17.06.2023-cü il tarixdə o, Aytəkinlə “Ağsaray” deyilən ərazidə görüşmüş, Aytəkin ona həmin gecə Bakı şəhərinə qayıdacağını bildirmişdir. O, isə hələ ki, Bakıya qayıtmayacağından (?) və oğurlanacaqlarından ehtiyat edərək, İstanbulda olarkən özü üçün aldığı 1 ədəd qolbağı, 1 cüt sırğa, 2 ədəd üzük və 1 ədəd “İPHONE 14” markalı mobil telefonu Bakıya gətirməsi üçün Aytəkinə vermişdir. Onları Aytəkinə verən zaman onları Bakıya apararkən gömrüyə bəyan etməsini bildirib, Aytəkindən bunun üçün üzərində pul olub - olmadığını soruşmuşdur!!! Aytəkin də ona üzərində pulun olduğunu bildirmiş və qolbaqla sırğanı üzərinə taxıb, digərlərini isə əl çantasına qoymuşdur!.. Daha sonra o, Aytəkinlə birlikdə Bəstidən ayrılmış və o, Aytəkini gətirib İstanbul hava limanına gedən avtobusla yola salmışdır!!! Həmin günün səhərisi, yəni, 18.06.2023-cü il tarixdə o, Aytəkinlə telefon əlaqəsi saxlayan zaman Aytəkin ona bildirmişdir ki, onu gömrükdə saxlamışlar və onun qızılları da daxil olmaqla, Aytəkindən DİGƏR MALLAR götürülmüşdür (?!) Aytəkin ona bunun hansı səbəbdən olduğunu izah edə bilməmişdir!!! O, Aytəkin Bəxtiyarovanın 18.06.2023-cü il tarixdə Bakı şəhərinə gəlməsi üçün ona təyyarəyə bileti almamışdır (?!) 07.06.2023-cü il tarixdə (?!) Bakıdan İstanbula gedən zaman İstanbul hava limanında yerləşən “DUTY FREE” mağazasında tanış olduğu Ayhan Sakin adlı Türkiyə vətəndaşına zəng edib Ayhandan Aytəkin üçün bilet almaqda onlara kömək etməsini xahiş etmişdir... Aytəkinə onunla birlikdə Bakı şəhərinə gedəcəyini də bildirməmişdir (?!) Aytəkin Bəxtiyarova Türkiyə vətəndaşları Marghany Teymur və Sakin Ayhanın ölkə ərazisinə gətirdikləri və onlardan aşkar edilərək götürülmüş MALLARI gömrük orqanına bəyan etməyəcəkləri barədə əvvəlcədən məlumatlı olmamışdır (?!)
...Aytəkinlə birlikdə Sakin Ayhanın yaşadığı evə getmişlər. Ayhan onları qarşılamış, bir qədər sonra isə QARA DƏRİLİ eynəkdən istifadə edən, sonradan adının Teymur olduğunu öyrəndiyi bir nəfər oraya gəlmiş, həmin vaxt Ayhan Teymurun kim olması barədə onlara məlumat verməmişdir (?!) Həmin evdə bir neçə saat oturmuşlar, bu müddət ərzində Ayhan və Teymur çantalarına NƏLƏRSƏ qoymuşlar, lakin o, həmin şəxslərin, həmin vaxt çantalarına NƏLƏRSƏ qoyulduğunu dəqiq bilməmişdir (?!) Həmin vaxt o, Teymurun da Bakıya gedəcəyini bilməmişdir (?!) Ayhanla Teymur çantalarına NƏLƏRSƏ qoyan zaman o, Aytəkinlə birlikdə mənzilin mətbəxində çay içib söhbət edirmişlər (?!)
...Həmin vaxt o, Teymurun da Bakıya gedəcəyini bilməmişdir (?!) Həmin şəxslərin Aytəkinin çantasına NƏLƏRSƏ yerləşdirməsini, eləcə də, Aytəkinin onlardan NƏLƏRSƏ qəbul edib öz çantasına qoymasının şəxsən şahidi olmamışdır (?!) Aytəkin heç vaxt ona bilet pulu verməmişdir (?!) O, Aytəkindən Bakıya hansısa dərman aparmasını xahiş etməmiş, eləcə də, Ayhanla birlikdə Aytəkinin çantasına heç bir dərman vasitəsi qoymamışdır (?!) Ayhan bir tanışı olaraq, onunla əlaqə saxladığını, aralarında telefon danışıqları ƏSASƏN məişət mövzularında olmuş, sonuncu 18.06.2023-cü il tarixli danışıqları isə Ayhan, Teymur və Aytəkinin İstanbuldan Bakıya necə qyıtmaları ilə bağlı omuşdur (?!) - İttiham aktı səh-13,14,15,16.
Cinayət işinin istintaqı zamanı Bəxtiyarova Aytəkin Çingiz qızı ilə Nəbiyeva Leyla Məhəmməd qızı üzləşdirilmiş və bu zaman Aytəkin Bəxtiyarova Leyla Nəbiyevanın üzünə demişdir ki, o, 16.06.2023-cü il tarixdə İstanbulda olan zaman Leyla ona zəng vurub özünün də İstanbulda olduğunu bildirmiş və görüşüb çay içməyi təklif eləmişdir. Həmin gün o, Leyla ilə birlikdə olan zaman Leylaya Bakıya getməyi üçün aviabilet tapa bilmədiyini bildirmişdir. Bu zaman Leyla ona 18.06.2023-cü il tarixinə onlayn qaydada aviabilet almış və özünün də onunla birlikdə Bakıya gedəcəyini bildirmişdir. 17.06.2023-cü il tarixdə o, Leyla ilə birlikdə Ayhan Sakinin yaşadığı evə gedən zaman Leyla ona bildirmişdir ki, artıq özü onunla birlikdə Bakıya gedə bilməyəcəkdir!!! Leyla onu Ayhan Sakinlə birlikdə Bakıya yola salacaqdır. Həmçinin, 17.06.2023-cü il tarixdə Ayhan Sakinin evində olan zaman Leyla ona Ayhanın həkim olduğunu, Bakı şəhərinə xəstələri üçün dərman apardığını bildirərək, Ayhanın 1 qutu dərmanını Bakı şəhərinə aparmağını xahiş etmişdir. Leyladan savayı Ayhan Sakin də eyni xahişlə ona müraciət etmişdir. O da həmin şəxslərin xahişlərinə razılıq vermişdir. Ayhanın evində olan zaman o, tualetə gedib-qayıdan zaman Leyla və Ayhan onun çantasına nələrsə qoyurmuşlar. O, həmin şəxslərdən bunun nə olduğunu soruşmuş. O, Ayhan Sakini ilk dəfə həmin evdə Leylaya görə tanımış, ondan əvvəl Ayhan ilə heç vaxt görüşməmiş və əlaqəsi olmamışdır. Leyla Nəbiyeva isə üzləşdirmə zamanı öz növbəsində bildirmişdir ki, Aytəkini 2023-cü ilin iyun ayının ortalarında qaldığı otelin restoranında çay içərkən təsdüfən görmüşdür (?!) O, Aytəkinə şəxsən bilet almamış və Aytəkin ona biletə görə 210 manat pul verməmiş, eləcə də o, Aytəkinə sonuncu ilə birlikdə Bakı şəhərinə gedəcəyi barədə heç nə bildirməmişdir. O, biletlə bağlı Ayhan Sakinə müraciət etmiş, Aytəkinin biletini Ayhan almış və həmin gün onların olduqları yerə gələrək Aytəkinə bilet aldığını bildirmişdir. O, nə 17.06.2023-cü il tarixdə Ayhan Sakinin evində olan zaman, nə də digər vaxtlarda Aytəkin Bəxtiyarovaya Ayhan Sakinin həkim olması, onun 1 qutu dərmanını Bakıya aparması barədə heç nə bildirməmiş, eləcə də, Ayhan Sakinlə birlikdə Aytəkinin çantasına heç bir dərman vasitəsi qoymamışdır (?!) - İttiham aktı-səh-29-30
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin birinci şöbəsinin müstəntiqi cənab Quliyev Arif Mahmud oğlu tərəfindən Azərbaycan vətəndaşları Bəxtiyarova Aytəkin Çingiz qızının, Nəbiyeva Leyla Məhəmməd qızının, Türkiyə Respulikası vətəndaşları Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu və Sakin Ayhan Mustafa oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1.2.2; 200-1.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirmələrinə dair 232970131 nömrəli cinayət işi üzrə ittiham aktını tərtib edərkən adları qeyd edilən, təqsirləndirilən şəxslərin istintaqa verdikləri aşkar ziddiyyətli ifadələri, eləcə də, həmin cinayət işi üzrə şahid qismində dindirilən İbrahimova Bəsti Eldar qızının və Abdullayev Elşən Rüfət oğlunun və təqsirləndirilən şəxslərin istintaqa verdikləri ifadələrini müqayisəli təhlili etmədən, verdikləri ifadələrində ziddiyyətli hallara hüquqi qiymət vermədən müstəntiq Quliyev Arif Mahmud oğlunun Türkiyə Respublikasının vətəndaşı Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə saxtakarlığı cinayət əməlləri törətməklə, onun cinayət işi üzrə təqsirləndirilən digər şəxslər Sakin Ayhan Mustafa oğlu, Bəxtiyarova Aytəkin Çingiz qızı və Nəbiyeva Leyla Məhəmməd qızı bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin satış məqsədiylə saxlanması və qabaqcadan əlbir olan bir qrup şəxslə xeyli miqdarda malların Azərbaycan Respublikası gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçməsi faktıyla əlaqədar Azərbaycan Respublikası CM-nin 200.1.2.2; 200.1.2.3; və 206.3.2-ci maddələrinin tələblərini heç bir əsas, sübut olmadan tətbiq edərək, barəsində qanunsuz ittiham aktı tərtib etməklə mənə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295; 308 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətmişdir! Belə ki, 232970131 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Bəxtiyarova Aytəkin Çingiz qızı istintaqa verdiyi ifadəsində təsdiqləyir ki, 13.06.2023-cü il tarixdində müalicə almaq məqsədi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və “Memorial” xəstəxanasında müayinədən keçmiş, həkim onu müayinə etdikdən sonra, döş qəfəsində yeni ocaqların yarandığını bildirmişdir!!! Bundan başqa, Bəxtiyarova Aytəkin Çingiz qızı təsdiqləyir ki, Marghany Teymur Elsayad Mohamed Ahmed oğlunu ilk dəfə İstanbuldan Bakıya qayıdarkən 17.06.2023-cü il tarixində Ayhan Sakinin evində olarkən tanımış və Bakı hava limanında Gömrük məntəqəsindən keçərkən onun çanrtasından aşkar edilən dərman vasitələrini onun çantasına Leyla və Ayhanın qoyduqlarını təsdiqləmişdir. Cinayət işinin istintaqını aparan müstəntiq cənab Arif Quliyev Bəxtiyarova Aytəkinin ifadəsində yuxarıda qeyd etdiyim faktlara - 13.06.2023-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərinə müalicə olunmaq məqsədiylə gəlməsi, xərçəng xəstəliyindən müalicə olunduğu faktlarını araşdırmadan, eləcə də, Marghany Teymur Elsayad Mohamed Ahmed oğlunu ilk dəfə 17.06.2023-cü ildə İstanbuldan Bakıya gələrkən Ayhan Sakinin evində olması və onun çantasına Leyla və və Ayhan tərəfindən dərman vasitələrinin qoyulmasında Teymurun iştirak etməməsi faktlarını obyektiv araşdırmadan, həmin faktların həqiqət olduğunu dəqiqləşdirib hüquqi qiymət vermədən istər Bəxtiyarova Aytəkini, istərsə də Marghany Teymur Elsayad Mohamed Ahmed oğlunu dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrinin “satış məqsədi ilə saxlanması və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” həmin malların gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayət faktı törətməkdə ittiham etməklə müstəntiq Quliyev Arif həm Bəxtiyarova Aytəkin Çingiz qızına, həm də Türkiyə vətəndaşı Marghany Teymur Elsayad Mohamed Ahmed oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295; 308 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər barəsində 232970131 nömrəli cinayət işi üzrə şahid qismində dindirilən şahidlər nə İbrahimova Bəsti Eldar qızı, nə də Abdullayev Elşən Rüfət oğlu Türkiyə Respublikasının vətəndaşı Marghany Teymur Elsayad Mohamed Ahmed oğlunun Bakı hava limanında Gömrük keçid məntəqəsindən keçərkən onun, Sakin Ayhan Mustafa oğlunun, eləcə də, Bəxtiyarova Aytəkinin çantasından çıxarılan dərman vasitələrinin əldə edilməsində Marghany Teymur Elsayad Mohamed Ahmed oğlunun bu və ya digər formada iştirak etdiyini təsdiqləmirlər. - (ittiham aktı-səh 18-19)
Bundan başqa, istintaq hərəkəti kimi cinayət işi üzrə təqsirləndirilən şəxslər Sakin Ayhan Mustafa oğlu ilə Nəbiyeva Leyla Məhəmməd qızı, eləcə də, Bəxtiyarova Aytəkin Çingiz qızı ilə Nəbiyeva Leyla Məhəmməd qızı arasında keçirilən üzləşmə zamanı onların heç biri Bəxtiyarova Aytəkinin və Marghany Teymur Elsayad Mohamed Ahmed oğlunun Bakı hava limanında gömrük məntəqəsindən keçərkən aşkar edilən dərman vasitələrinin əldə edilməsində sonuncunun bu və ya digər formada iştirak etdiyini təsdiqləmirlər. Bu fakt da cinayət işinin istintaqını aparan müstəntiq Arif Quliyevin heç bir sübut olmadan Marghany Teymur Elsayad Mohamed Ahmed oğluna qarşı “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1.2.2; 200.1.2.3 və 206.3.2-ci madələrində nəzərdə tutulan dərman vasitələtinin satış məqsədi ilə saxlanması və qabaqcadan əlbir olub bir qrup şəxslər tərəfindən xeyli miqdarda malların qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhəd məntəqəsdindən bəyan etməməklə cinayət əməlləri törətməkdə” onu əsassız ittiham etməklə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295; 308 və 313-cü maddələrində nəzərdə tutlmuş cinayət əməlləri törətdiyi bir daha təsdiqlənir.
İttiham aktı - səh-26. Hüseynov Hüseyn Fərman oğlunun istintaqa verdiyi ifadəsi də yuxarıda qeyd edilən faktların həqiqət olduğunu təsdiqləyir
Cinayət işi üzrə istintaqda ifadə verən, qabaqcadan törədilən xeyli miqdarda malların qaçaqmalçılıq yolu ilə törədilən cinayət faktının digər iştirakçılarından ayrılaraq 18.06.2023-cü il tadirrixində İstanbulda həmin vaxt Bakıya gəlməkdən imtina edən Bakı hava limanında gömrük keçid məntəqəsindən keçməyən, qeyri-müəyyən səbəbdən həmin gün cinayətkar dəstədən ayrılan - cinayətin həmiştirakçılarından biri - Nəbiyeva Leyla Məhəmməd qızı təqsirləndirilən şəxs qismində istintaqa verdiyi iki səhifə yarımlıq ifadəsində iş birliyində olduğu, törətdiyi cinayətin digər iştirakçılarının 18.06.2023-cü ildə İstanbul-Bakı reysi ilə Bakıya gələrkən Bakı hava limanında gömrük keçid məntəqəsindən keçərkən gömrük əməkdaşları tərəfindən onların çantalarından çıxarılan dərman vasitələri ilə bağlı bir söz də olsun deməmiş və ifadəsini yalnız həmin 18.06.2023-cü il tarixdə İstanbulun “Memorial” xıstəxanasında xərçəng xəstəliyi ilə əlaqədar müayinə olduqdan sonra, Bakıya qayıdan Bəxtiyarova Aytəkinə Bakıya adını açıqlamaq istəmədiyi şəxsə çatdırmaq üçün verdiyi qızıl-zinət əşyaları və telefonla əlaqədar lüzumsuz, cinayət işi üçün əhəmiyyət kəsb etməyən faktlarla əlaqədar işi obyektiv, hərtərəfli, tam araşdırmaq, vəzifə borcu olan müstəntiq Quliyev Arif Mahmud oğlu göründüyü kimi onunla həmin faktlarla əlaqədar, yalnız fikir mübadiləsi aparmaqla kifayətlənmiş!!! Cənab Quliyev Arif öz növbəsində qrup halında satış məqsədiylə qabaqcadan əlbir olan, qaçaqmalçılıq yolu ilə dərman vasitələri gətirməkdə ittiham etdiyi Nəbiyeva Leyla Məhəmməd qızının həmin dərman vasitələrinin cinayətkar yolla ölkəyə gətirilməsində onun hansı formada iştirak edib - etməməsinə aydınlıq gətirmək məqsədiylə ondan heç nə soruşmamaqla vəzifə borcunu Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun icra etməkdən qəsdən yayınmışdir!!! Bundan başqa, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 09.02.2024-cü il tarixli, 3(003)-55/2024 saylı qərarda hakim Ramilə Xəzri təsdiqləyir ki, Azərbaycan Respublikası vətəndaşı Bəxtiyarova Aytəkin Çingiz qızı barəsində istintaqı aparılmış 232970131 nömrəli cinayət işi üzrə 14.12.2023-cü il tarixdə qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərar ilə sonuncunun, yəni, Azərbaycan Respublikası vətəndaşı Bəxtiyarova Aytəkin Çingiz qızının əməlində İXM-nin 482.1 maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün TƏHQİQAT şöbəsinə verilmişdir!!! 232970131 nömrəli cinayət işindən ayrılmış sənədlərdən görünür ki, vətəndaş Bəxtiyarova Aytəkin Çingiz qızı 2023-cü ilin iyun ayında Türkiyə Respublikasının İstanbul şəhərində olduğu zaman orada əldə etdiyi az miqdarda, yəni, ümumilikdə dəyəri 11.284 (on bir min iki yüz səksən dörd) manat dəyərində 30 qutu siqaret, bir ədəd “İPHONE 14 PRO 128 GB” markalı mobil telefonu, həmçinin, çəkisi 93.65 qr. təşkil edən bir ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd üzüyü ona məxsus çantalarında, 1 cüt sırğanı və 1 ədəd üzüyü isə üzərinə taxmaqla 18.06.2023-cü il tarixdə Heydər Əliyev adına Beynəlxaq Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Sərnişin” şöbəsində gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Həmin məhkəmə qərarında vətəndaş Bəxtiyarova Aytəkin Çingiz qızının üzərindən götürülmüş az miqdarda - yəni, ümumilikdə 11287 manat dəyərində mallar, qızıl-zinət əşyaları ilə əlaqədar həmin fakt əsasında Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsi istintaq və təhqiqat idarəsinin rəisi cənab Zülfüqarov Ülvi Vaqif oğlu tərəfindən Türkiyə və Misir Respublikalarının vətəndaşı Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu, Sakin Ayhan Mustafa oğlu və iki Azərbaycan Respublikasının vətəndaşı Bəxtiyarova Aytəkin Çingiz qızı və Nəbiyeva leyla Məhəmməd qızı barəsində 25.08.2023-cü il tarixində cinayət işi başlanan vaxtdan 1 ay 21 gün əvvəl gömrük məntəqəsində götürülən eyni qızıl-zinət əşyaları ilə əlaqədar 3 dəfə - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.07.2023-cü il tarixli, daha sonra 04.07.2023 cü il tarixli 5(9070)/4986 saylı, 16-16/2-6/3536-9/4985 saylı və 19.07.2023-cü il taqrixli, 16-16/2-6/3769-7/1007-9/5294 saylı ekspert rəyləri əldə edildiyi təsdiqlənir. Belə olan halda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə Bəxtiyarova Aytəkin Çingiz qızının üzərindən götürülən qızıl-zinət əşyaları ilə əlaqədar Dövlət Gömrük Komitəsi Hava Nəqliyyat limanında Baş Gömrük İdarəsində kim tərəfindən və nə məqsədlə 3 dəfə ekspertiza təyin edildiyinə də Xəzər Rayon Məhkəməsinin 09.02.2024-cü il tarixli qərarında aydınlıq gətirilməyib!!! Daha sonra, həmin məhkəmə qərarının II səhifəsində Bəxtiyarova Aytəkin Çingiz qızı barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 14.12.2023-cü il tarixli, 10000-00129/23 saylı İXM-nin 482.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını da xahiş etməmişlər!!! Niyə?! Ona görə ki, həmin inzibati protokolu tərtib edən mstəntiq cənab Arif Quliyev dəqiq bilirdi ki, onun Bəxtiyarova Aytəkin Çingiz qızı barəsində tərtib etdiyi 14.12.2023-cü il tarixli inzibati protokol saxtadır!!! Belə ki, 232970131 saylı cinayət işi üzrə həmin işlə bağlı istintaqa ifadə verən, təqsirləndirilən, istər - Nəbiyeva Leyla Məhəmməd qızı, istərsə də şahid qismində dindirilən şəxs İbrahimova Bəsti Eldar qızı istintaqa verdiyi ifadələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük postunda Bəxtiyarova Aytəkin Çingiz qızından müsadirə edilən qızıl-zinət və digər malların, məhz onlara məxsus olduğunu təsdiqləyirlər!!! Bu fakt cinayət işinin istintaqını aparan müstəntiq Arif Quliyevin işin istintaqını apararkən yol verdiyi aşkar növbəti vəzifəsindən sui-istifadə, vəzifə saxtakarlığı kimi cinayət əməlləri törətdiyini təsdiqləyir!!! (Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 09.02.2024-cü il tarixli, 3(003)-55/2024 saylı qərarını əlavə edirəm)
Digər tərəfdən, əgər doğrudan da mən - Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu Bəxtiyarova Aytəkiun Çingiz qızı ilə qabaqcadan əlbir olub, cinayətkar niyyətlə dövlət qeydiyyatından keçirilməyən Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında gömrük postunda yoxlama aparılarkən onun üzərindən götürülən dərman vasitələrindən savayı, qızıl-zinət və digər malların, telefon, papiros qutularından da məlumatı olmaqla yanaşı, mənim də iştirakım olmalıydı! Bu fakt özlüyündə, mən - Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu nə Bəxtiyarova Aytəkin Çingiz qızının, nə də Ayhan Sakinin 18.06.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında gömrük postunda götürülən istər dərman vasitələrinin, istərsə də qızıl-zinət əşyalarının qabqcadan, ümumcinayətkar niyyətlə əldə edilməsinin iştirakçısı olmadığımı təsdiqləyir! 2321910131 saylı cinayət işi üzrə dərman vasitələrini qabaqcadan əlbir olub, qaçaqmalçılıq yolu ilə Bakıya gətirən digər təqsirləndirilən şəxslər barəsində müstəntiq cənab Quliyev Arif Sakin Ayhan Mustafa oğlu barəsində 25.10.2023-cü il tarixində həbs qətimkan tədbiri, Marghany Teymur Elsayad oğlu barəsində 24.11.2023-cü il tarixdə xərçəng xəstəliyi ilə əlaqədar müayinə olunmaq məqsədi ilə İstanbul şəhərinə gedən Bəxtiyarova Aytəkin Çingiz qızının barəsində isə 22.11.2023-cü il tarixində İstanbul şəhərində Aytəkinə Bakıya gəlməsi üçün ona 18.06.2023-cü tarixində bilet alıb, ona qızıl-zinət əşyaları verib, əvvəllər yaxından tanıdığı sevgilisi Sakin Ayhanla Bakıya yola salan Nəbiyev Leyla Məhəmməd qızı barəsində isə yalnız beş aydan sonra, yəni 12.01.2024-cü il tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmişdir! Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, cinayət işinin istintaqına 25.08.2023-cü il tarixdə başlayan müstəntiq Quliyev Arif iş üzrə təqsirləndirilən Nəbiyeva Leyla barəsində 4 aydan da artıq davam edən istintaq müddətində qətimkan tədbiri seçməkdə çətinlik çəkmiş və onu həmin müddətdə cinayət məsuliyyətinə cəlb etmək niyyəti də olmamışdır. Niyə?! Bu və digər sulların cavablandırılması müstəntiq Quliyev Arif Mahmud oğlu tərəfindən 5 ay istintaqı aparılan cinayət işi üzrə 29.01.2024-cü il tarixində onun tərtib etdiyi ittiham aktını 02.02.2024-cü il tarixdə təsdiqləyən Baş prokurorun müavini Elmar Camalovun və Baş prokuror cənab Kamran Əliyevin səlahiyyətlərinə aid olduğundan, həmin sualların cavablandırılması onlara ünvanlanmalıdır.
Həmin ittiham aktı 02.02.2024-cü il tarixində Baş prokurorun müavini cənab Elmar Camalov tərəfindən təsdiqlənərək, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, təqribən 4-5 gün keçəndən sonra məhkəməyə daxil olmuş və hakim cənab Fərid Namazovun icraatına verilmişdir. Təqsirləndirilən şəxslərin vəkillərindən kiminsə iş üzrə keçirilən məhkəmə iclasına gəlməməsi və bu kimi formal bəhanələrlə 2321910131 saylı cinayət işi üzrə məhkəmə istintaqı 11 aydan artıqdır süründürülür!!! Halbuki, həmin cinayət işi üzrə sübut kimi istinad edilməklə təqsirləndirilən şəxslərdən götürülən dərman vasitələrinin adları, miqdarı və dəyərləri müəyyən edilməklə, ittiham aktında 5-6 dəfə təkrarlanmışdır! Bu fakt bir daha təsdiqləyir ki, məhkəmə istintaqı zamanı əlavə hansısa sübutların araşdırılmasına, tələb olunması zərurət olmadığı halda 2321910131 saylı cinayət işinin məhkəmə istantaqının bir il süründürülməsinin hansı səbəbdən baş verdiyi sualı məhkəmə istintaqı aparan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Fərid Namazovdan soruşulmalıdır!!! 2321910131 saylı cinayət işinin ibtidai və məhkəmə istintaqının ümumilikdə 1 il 7 ay davam etdirilməsi səbəbindən həmin cinayət işi üzrə kifayət qədər sübut olmadığı halda, iş üzrə təqsirləndirilən Marghany Teymur Elsayed Muhamed Ahmed oğlu həmin müddət ərzində yaşadığı Türkiyə Respublkikasına qayıtmaq, ailə üzvlərinə, anasına, iki azyaşlı övladlarına, həyat yoldaşına qovuşub onlarla yaşamaq, istirahət etmək, işləmək kimi konstitutsion hüquqlarından qanunsuz mərhum edilməklə, mütəmadi mənəvi-psixoloji terrora məruz qalmış və nəticədə özü Azərbaycan Respublikasında - Bakı şəhərində, ailə üzvləri isə Türkiyə Respublikasında mənəvi əzablara məruz qalmaqla yanaşı, işləyəcəyim halda, xüsusi külli miqdarda 2.00.000 dollar məbləğində qazana biləcəyim maddi vəsaitdən də məhrum olmaqla müflisləşib, nəticədə, Türkiyə, Misir Respublikalarının vətəndaşı olan Marghany Teymur Elsayed Muhamed Ahmed oğlunun ailə üzvləri də son dərəcə çətin maddi maddi vəziyyət içində yaşamağa məhkum olmuşlar!!! Maddi vəziyyətimin son dərəcə pisləşməsi səbəbindən kiçik oğlum Yusif özəl məktəbdən də çıxarılmışdır! Həyat yoldaşım Kateryna Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana ailəmizin həmin müddət ərzində üzləşdikləri vəziyyətin dözülməz olduğu barədə, eləcə də azyaşlı uşaqlarımızın gərgin psixoloji durumda olduqları barədə müraciət etməklə, həyat yoldaşının, yəni mənim Azərbaycan Respublikasında dustaqlıq həyatından azad edilərək ailəsinə qovuşmaqda ona köməklik göstərməsini xahiş etmişdir! Lakin onun həyat yoldaşının konstitutsion hüquqları Bakı şəhərində bir il yarım müddət ərzində davam edən, süüründürülən ibtidai məhkəmə istintaqı nəticəsində kobud şəkildə pozulması davam etməkdədir!!! Bu müddət ərzində mən - Türkiyə Respublikası və Misir Ərəb Respublikası vətəndaşı Marghany Teymur Elsayed Muhamed Ahmed oğlunun əsassız, saxtalaşdırılmış faktlar əsasında Azərbaycan Respublikası CM-nin 200-1.2.2; 200.1.2.3 və 206.3.2-ci maddələri ilə ittiham olunmaqla, həmin cinayət faktları ilə əlaqədar davam edən ibtidai-məhkəmə istintaqı dövründə səhhətimdə ciddi xəstəlik yaranmışdır ki, nəticədə Bakı şəhərində Milli Onkologiya Mərkəzinə müraciət etmək məcburiyyətində qaldım. Həmin tibb mərkəzinin həkimi mənə “Hiatal hernia.Reflüks ezofaqit. Panqastrit.Bulbit.” kimi diaqnoz qoymaqla, təcili əməliyyat olunmağımın zəruriliyini mənə bildirdi! Həmin Milli Onkologiya Mərkəzinin şöbə müdiri cənab Fərid Quliyev və həkimi Aydın Abbasovun mənə verdiyi 09.12.2024-cü il tarixli tibbi sənədi də əlavə edirəm.
Hörmətli İlham Əliyev, Rəcəb Tayyib Erdoğan, Kamran Əliyev,İnam Kərimov, Hişam Mohamed Nağı Abdel Həmidi, Cahit Bağcı, İsmayıl Xəlilov cənabları!
Yuxarıda qeyd etdiyim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Əməliyyat İstintaq Baş İdarəsinin müstəntiqi Quliyev Arif Mahmud oğlu tərəfindən 232970131 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1.2.2; 200.1.3 və 206.3.2-ci maddələri ilə Türkiyə Respublikasının və Misir Ərəb Respublikasının vətəndaşı Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu barəsində əsassız və tamah məqsədiylə qərəzli olaraq 29.01.2024-cü il tarixində ittiham aktı tərtib edilmiş və ittiham aktı 02.02.2024-cü il tarixdə Baş prokurorun müavini Elmar Camalov tərəfindən təsdiqlənərək, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bir ildir ki, lüzumsuz aylarla davam edən süründürülən məhkəmə istintaqı nəticəsində mənim həm Azərbaycan Respublikası, həm də vətəndaşı olduğum Türkiyə Respublikası və Misir Ərəb Respublikasının Konstitusiyalarında nəzərdə tutulan insan hüquq və azadlığı, əmək, istirahət, sağlam yaşamaq kimi bir il 7 ay müddətində kobud şəkildə və qəsdən pozulan konstitutsion hüquqlarımın bərpa edilməsi hazırda Türkiyə Respublikasında yaşayan ailə hüquqlarımın bərpa olunmaqla, ailə üzvlərimə qovuşub onlara maddi və mənəvi köməklik göstərməyim, eləcə də, hazırda səhhətimdə yaranan ağır xəstəliklə əlaqədar Vətənim - Türkiyə Respublikasına qayıtmaq və sərbəst, azad yaşamaq üçün müdaxilə etməyinizi sizdən özüm və bir il 7 aydır ki, saxta ittiham aktı əsasında ayrı düşdüyüm ailə üzvlərim adından xahiş edirəm.
Qoşma:
1. 09.12.2024-cü il tarixli Milli Onkologiya Mərkəzinin “diaqnostika” şöbəsinin şöbə müdiri Fərid Quliyevin verdiyi sənəd.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.02.2024-cü il tarixli, 3(003)-55/2024 saylı qərarı.
İmza: Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu,
Misir vətəndaşı anası Hanım Ahmed Osman qızı,
Türkiyə və Ukrayna vətəndaşı Kateryna Marghany
Tarix: 08.01.2025.