Azərbaycan İdeyası

Hörmətli Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov cənabları!

Tarix:14-02-2025, 15:01
Baxış Sayı:105

Hörmətli Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov cənabları!



Uzun illər hüquqları pozulan vətəndaşların hüquqlarının bərpa olunması istiqamətində mübarizə aparan baş redaktor Quliyeva Xuraman Əhliman qızının mülkiyyət, əmlak hüquqlarına qəsd etməklə törədilən aşkar xüsusi ağır cinayət əməllərinin illərdən bəri açılmamış qalması faktı kimlərin maraqları çərçivəsində baş verir?!

26.02.2019-cu il tarixində Quliyeva Xuraman Əhliman qızına qarşı onun apellyasiya şikayəti əsasında qəsdən ədalətsiz, saxta qətnamə qəbul edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsənov Vüqar Təvəkkül oğlu tərəfindən xüsusi ağır cinayət əməli törədildikdən sonra onun daha yüksək vəzifəyə - Ali Məhkəmənin hakimi vəzifəsinə təyinat alması hansı qaranlıq məqamlardan xəbər verir?!

Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə

Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazova

“Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Əhliman qızı Quliyeva (İş yerinin ünvanı:Bakı şəh, Mətbuat prospekti, 529-cu məhəllə,“Azərbaycan Nəşriyyatı”, 3-cü mərtəbə, 102-ci otaq, tel. +994(50)-552-52-38) tərəfindən

Ə R İ Z Ə
Hörmətli Kamran Əliyev, Əli Nağıyev, Vilayət Eyvazov cənabları!
Nəzərinizə çatdırıram ki, dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun cavabdeh Quliyeva Xuraman Əhliman qızına qarşı “borc məbləğinin ipoteka ilə yüklü edilmiş” Bakı şəh., Ə.Hüseynzadə küç. - 28 ünvanındakı evinə yönəldilməsi və həmin evin, əşyanın açıq hərraca çıxarılması, satışdan əldə edilən vəsait hesabına onun iddiaçı - Dənyalov Elsaldar Şahmərdan oğluna olan 40.000 AZN maliyyə vəsait borcunun ödənilməsi barədə Yasamal Rayon Məhkəməsinin saxtakar, cinayətkar hakimi Məmmədova Südabə Əlislam qızı iş üzrə keçirilən 03.04.2009-cu il tarixli məhkəmə iclasında cavabdeh tərəf kimi - Xuraman Əhliman qızı Quliyevanın iştirakı, məlumatı olmadan iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girərək, 03.04.2009-cu il tarixli, 1485/2009 saylı Azərbaycan dövləti adından saxta və ədalətsiz qətnamə qəbul etməklə iddiaçının iddia tələbini təımin etmişdir. İş üzrə istər cinayətkar iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu, istərsə də onunla cinayət əlaqəsinə girən Məmmədova Südabə Əlislam qızı iş üzrə cavabdeh, məcburi köçkün ailəsi olan Xuraman Əhliman qızı Quliyevanın və onun övladlarının mülkiyyət, vərəsəlik hüquqlarına qarşı xüsusi ağır cinayət əməlləri törətdiklərini dəqiq başa düşdükləri səbəbindən, məsuliyyətdən yayınmaq məqsdilə həmin qətnamənin icrasının Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 8 və 12-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə icra olunmasında maraqlı olmamışlar. Həmin qətnamənin icrası, yalnız 5 il 4 ay ötdükdən sonra, növbəti dəfə iş üzrə cavabdeh Xuraman Əhliman qızı Quliyevanın məlumatı və iştirakı olmadan 22.09.2014-cü il tarixində onun mülkiyyətində olan evi icra məmurlarının gizli təklifi ilə hərraca çıxarılaraq, mütəxəssis tərəfindən heç bir qiymətləndirmə aparılmadan dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğluna 28.860 AZN maliyyə vəsaitinə satılır!!! Hərracın yekun protokolunu ələ alan kimi, Dənyalov Elsaldar Şahmərdan oğlu 9 saylı Notariat kontoruna gəlir və iş üzrə cavabdeh Xuraman Əhliman qızı Quliyevanın Bakı şəh., Ə.Hüseynzadə küç. - 28 ünvanındakı evinə mülkiyyət hüququnu təsdiqləyən “ÇIXARIŞ”-ı ləğv etdirərək, həmin evə öz adına “ÇIXARIŞ” əldə edir!!! Lakin bu dəfə də dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu və onunla cinayət əlaqəsinə girən cinayətkar hakim Məmmədova Südabə Əlislam qızı, cavabdeh Xuraman Əhliman qızı Quliyevaya qarşı törətdikləri cinayətin məsuliyyətindən yayınmaq məqsədi ilə hüquqi nöqteyi nəzərdən cinayətkar yolla mülkiyyətinə keçirtdiyi, lakin faktiki onun və övladlarının istifadələrində olan həmin evə onun və övladlarının yaşamaq hüquqlarına xitam verilməsi məqsədi ilə Yasamal Rayon Məhkəməsinə dərhal ərizə ilə müraciət etməyə bu dəfə də cəsarət etmir! Nəhayət, Yasamal Rayon Məhkəməsinə Quliyeva Xuraman Əhliman qızının və onun ailə üzvlərinin həmin ünvandakı evinə yaşamaq hüquqlarına xitam verilməsi barədə Dənyalov Elsaldar Şahmərdan oğlunun 27.02.2009-cu il tarixdə məhkəməyə ünvanladığı iddia ərizəsinin təmin edilməsi barədə Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın 03.04.2009-cu il tarixli cinayət tərkibli qətnamsindən 9 il 9 ay ötdükdən sonra iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu 2018-ci ilin noyabr ayında Xuraman Əhliman qızı Quliyevanın və onun ailə üzvlərinin Bakı şəh., Ə.Hseynzadə küç. - 28 ünvanında yaşamaq hüquqlarına xitam verilməsi barədə iş üzrə cavabdeh Xuraman Əhliman qızı Quliyevaya göndərilən 03.12.2018-ci il tarixli iş üzrə məhkəmə iclasında iştirak edərkən ona məlum olur ki, dələduz iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun iddia ərizəsi əsasında 03.04.2009-cu il tarixli, 2(004)-1485/09 saylı qətnamə ilə onun mülkiyyətində olan evinin hərraca çıxarılıb satılması barədə qətnamə qəbul edilib və həmin qətnamə qəbul edildikdən 5 il 6 ay sonra onun evi hərraca çıxarılaraq, Dənyalov Elsaldara 28.860 AZN maliyyə vəsaitinə satıb!!! Xuraman Əhliman qızı Quliyevanın Yasamal Rayon Məhkəməsinin 03.04.2009-cu il tarixli qətnaməsindən 9 il 10 ay keçdikdən sonra verdiyi apellyasiya şikayətini icraata qəbul edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının cinayətkar, xəyanətkar hakimləri, Yasamal Rayon Məhkəməsinin hakimi Məhərrəmova Xuraman Böyükağa qızının və onlarla cinayət əlaqəsinə girən iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun törətdikləri xüsusi ağır cinayət əməllərini gizlətmək məqsədi ilə Həsənov Vüqar Təvəkkül oğlunun sədrliyi, digər köməkçi hakimlər - Məmmədova Şərafət Asif qızı, Xəyal Ənvər oğlu Sarıyev və Cəfərov Namiq Şamil oğlu Yasamal Rayon Məhkəməsinin Dənyalov Elsaldar Şahmərdan oğlunun iddiası əsasında qəbul edilən 03.05.2009-cu il tarixlərində qanuni qüvvəyə minmiş qətnamədən MPM-in 360-cı maddəsində nəzərdə tutulan 1 ay müddətində apellyasiya şikayəti verilməsi nəzərdə tutulduğu halda, iş üzrə cavabdeh Xuraman Əhliman qızı Quliyevanın hansı səbəbdən apellyasiya şikayəti vermək üçün 1 ay müddətini 9 il 10 ay müddətinə ötürməsinə aydınlıq gətirmədən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Xuraman Əhliman qızı Quliyevanın Rayon Məhkəməsinin 03.04.2009-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin rədd edilməsi barədə 26.02.2019-cu il tarixli, 2(103)-2327/2019 saylı cinayət tərkibli qətnamə qəbul edirlər!!! Saxtakar hakim Həsənov Vüqar Təvəkkül oğlu qeyd edilən sifarişlə ədalətsiz, xüsusi ağır cinayət əməlləri törətdiyi nəzərə alınmaqla o, Ali Məhkəmədə daha yuxarı vəzifəyə təyin edilir!!! Həmin cinayət əməllərini törətməkdə ona köməklik edən digər iki hakimlər isə.... Xuraman Əhliman qızı Quliyevanın kassasiya şikayəti, əlavə kassasiya şikayəti, eləcə də iddia ərizəsi əsasında Ali Məhkəmənin MK-nın, Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi hakimlərinin bir-biri ilə cinayət əlaqəsinə girərək, ona qarşı mütəşəkkil cinayətkar dəstə halında törətdikləri xüsusi ağır cinayət əməlləri barədə onun rəhbərlik etdiyi “Korrupsiya və Qanun” qəzetində dərc olunan 12-17.02.2019-cu il tarixindən 30.11.2024-cü il tarixli silsiləli məqalələr, o cümlədən, buraxılışlarında - “Dələduz cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğlunun Xuraman Əhliman qızı Quliyevaya qarşı iddia tələblərinin təmin edilməsi barədə qətnamə qərar qəbul edən hakimlər Dənyalov Elsaldardan da artıq ictimai təhlükəli cinayətkarlardırlar!!!” başlıqlı məqalə də dərc edilmişdir! Həmin qəzetlərdə dərc edilən materiallar aidiyyatı üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Daxili İşlər nairi Ramil Usubova, ondan sonra həmin vəzifəyə təyin edilən cənab Vilayət Eyvazova, DTX-nin rəisi cənab Əli Nağıyevə göndərilmişdir!!! Lakin......
Yasamal Rayon Məhkəməsinin hakimləri - Südabə Əlislam qızı Məmmədovanın, Xuraman Böyükağa qızı Məhərrəmovanın, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin MK-nın “Korrupsiya və Qanun” qəzetinin 12-27.12.2019-cu il tarixindən 20.11.2024-cü il tarixinədək buraxılışlarında 16 dəfə dərc edilən materiallarda adları, soyadları qeyd edilən hakimlərin Quliyeva Xuraman Əhliman qızına qarşı cinayətkar dəstə halında törətdikləri xüsusi ağır cinayət əməllərindən Prezident Administrasiyasının Hüquq Mühafizə orqanları ilə iş üzrə şöbə müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Fuad Ələsgərov, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, onun birinci müavini Rüstəm Usubov, keçmiş Daxili İşlər naziri Ramil Usubov, hazırki Daxili İşlər naziri Vilayət Eyvazov və baş prokuror Kamran Əliyev, onun müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Heydər Məmmədov cənabları məlumatlıdırlar!!! Lakin məlum olmayan səbəbdən həmin cinayətkar hakimlər bu günədək məsuliyyətə cəlb edilərək ifşa olunmayıblar, onların aşkar törətdikləri xüsusi ağır cinayət əməlləri bu günədək baxılmamış qalır!!!..... Niyə, nə məqsədlə?!
Hakimlərin qrup halında Xuraman Əhliman qızı Quliyevaya qarşı törətdikləri aşkar xüsusi ağır cinayət əməlləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Hüquq-Mühafizə orqanları rəhbərlərinə ünvanlanan cinayət faktları barədə “Korrupsiya və Qanun” qəzetinin səhifələrində 2019-cu ilin noyabr ayından 2024-cü ilədək dərc olunan materiallara Azərbaycan Respublikası Ali Məhkəməsindən, Məhkəmə-Hüquq Şurasından, Ədliyyə Nazirliyindən, Baş prokurorluqdan Xuraman Əhliman qızı Quliyevaya göndərilən yuxarıda qeyd edilən saxta, ziddiyyətli, qeyri-qanuni cavabları imzalayan nə adları göstərilən vəzifəli şəxsləri, nə də həmin saxta cavabların yazılmasına göstəriş verən həmin dövlət orqanlarının rəhbərləri 90-cı illərin ortlarından başlayaraq Prezident İlham Əliyevin müdaxiləsindən sonra, yəni, 2005-ci ilin fevral ayında Daxili işlər Nazirliyinin Mərkəzi Aparatında həmin nazirliyin və Baş prokurorluğun rəhbərliyinin gözləri qarşısında vətəndaşlara qarşı soyğunçuluğu, quldurluq, silsiləli qətl hadisələri törətmiş Cinayət Axtarış Baş idarəsinin Baş əməliyyatçısı Hacı Məmmədovun adı ilə hallanan cinayətkar dəstənin əməllərinin üstü açılaraq ifşa olduqdan sonra onların əməllərinin hansı qeyri-insani nəticələrə gətirib çıxardığından və hansı fəlakətlərə səbəb olmasından özləri üçün hələ də nəticə çıxarmayıblar!!! Xüsusi ağır cinayət əməlləri törətmiş, ölkədə ədalət mühakiməsinə xəyanət edən cinayətkar hakimləri ifşa edib məsuliyyətə cəlb etmək əvəzinə, onların cinayət əməllərini gizlətmək məqsədilə illərlə süründürməçiliyə yol verməklə, həmin cinayətklar hakimlərin cinayət əməllərinə şərait yaradırlar!!! Onların törətdikləri xüsusi ağır cinayət əməllərindən kimlər mənfəət əldə edirlər?!
Qoşma: “Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır....” başlıqlı material əlavə edilir.

Qeyd: Ərizənin sürəti tərəfimizdən Azərbaycan Respublikasının bütün hüquq-mühafizə orqanlarının şəhər, rayon prokurorlarına ,polis idarə və şöbə rəislərinə göndəriləcək!

İmza:
“Korrupsiya və Qanun” qəzetinin
Baş redaktoru

Quliyeva Xuraman,
Şamıyev Vəli Asif oğlu,
Şamıyev Emin Asif oğlu,
Şamıyev Sənan Asif oğlu
Abbasov Altay Əhliman oğlu
Hüquqşünas: Güloğlan Hüseynov

Tarix: 02.02.2025

OXŞAR XƏBƏRLƏR
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: - “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: -  “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
“Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır!...” (Həqiqətdə isə baxılmamışdır!!!) -
“Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır!...” (Həqiqətdə isə  baxılmamışdır!!!) -