1. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin hakimi Z.M.Quliyevi iddiaçı “Azərneftyağ” İstehsalat Birliyinin cavabdeh “NSN” kiçik müəssiəsəsinə, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən çıxarılmasını, 2.411.200 manat icra borcunun və 6.323.500 manat “zərərin ödənilməsi” barədə iddiaçının iddia tələbinin qismən təmin edilməsi barədə 30.11.2001-ci il tarixli ədalətsiz, saxta qətnamə qəbul etməklə, iş üzrə cavabdeh “NSN” kiçik müəssisəyə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə hakim Z.M.Quliyevi kim və nə təhrik etmişdir?!
Həmin qətnamənin 3-cü səhifəsində hakim Z.M.Quliyev təsdiqləyir: - Tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 73-cü maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxsin, indiki halda - iddiaçı “Azərneftyağ” İB-nin iddiası üzrə onun hüuqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) dövlət təşkilatlarının, kolxozların və kooperativ təşkilatların və s. ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə bir il müəyyən edilmişdir. İddiaçı isə bir illik müddətini buraxmışdır! Həmin Məcəllənin 82-ci maddəsinin I hissəsinə görə, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır!!! Göründüyü kimi, Z.M.Quliyev tətbiq etdiyi Mülki Məcəllənin həmin maddələrinin tələblərini əldə rəhbər tutub, iş üzrə iddiaçı “Azərneftyağ” İB-nin cavabdeh “NSN” kiçik müəssisəyə qarşı iddia tələblərini rədd etməyə borclu olduğu halda, lakin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, iddiaçı “Azərneftyağ” İB-nin iddiasının qismən təmin edilməsi barədə 30.11.2001-ci il tarixli, 1284/6-250 saylı qanunsuz, cinayət tərkibli qətnamə qəbul etmişdir!!!
Qeyd: 1 saylı Yerli İqtisad Məhkəməsinin “Azərneftyağ” İstehsal Birliyinin iddia tələbinin qismən təmin edilməsi barədə hakim Z.M.Quliyevin 30.11.2001-ci il tarixli saxta, ədalətsiz qətnaməsindən 7 il 5 aydan sonra 10.04.2009-cu il tarixində Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər Üzrə MK-nın hakimləri - A.Hüseynov, Ş.Hadıyev və həmin Z.M.Quliyevdən ibarət məhkəmə tərkibi iddiaçı “NSN” kiçik müəssisəsinin nümayəndəsi Hacızadə Hüseyn Hacı oğlunun iştirakı ilə iddiaçının cavabdeh “Azərneftyağ” Neft Emalı Zavoduna qarşı apellyasiya şikayəti vermək üçün müdətin bərpa edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Mübahisələrə Dair İş Üzrə Kollegiyanın ədalətli, hüquqi 23.01.2009-cu il tarixli ədalətli qərardadı ləğv edilərək, işə yenidən baxılması barədə ədalətsiz, saxta qərarını işin materialları ilə yeni apellyasiya baxışına qaytarmışlar! Bakı Apellyasiya İnzibati Mübahisələr Dair İş Üzrə Kollegiyası başqa məhkəmə tərkibində - İ.Dadaşov, S.Məmmədov və A.Abdullayeva Ali Məhkəmənin yuxarıda adları qeyd edilən saxtakar, rüşvətxor hakimlərinin Bakı Apellyasiya Məhkəməsinin ədalətli 23.01.2009-cu il tarixli qərardadını nə məqsədlə ləğv edildiyini başa düşüb, 2 saylı Yerli İqtisad Məhkəməsinin cavabdeh tərəfin “Azərneftyağ” Neft Emalı Zavoduna maraqlarıəna xidmət edən 30.12.2008-ci il tarixli, 2-6(04)-3/2008 saylı qərardadının dəyişdirilmədən saxlanılması barədə saxta, ədalətsiz qərardad qəbul etmişlər!!! Daha sonra... Bakı Apellyasiya Məhkəməsinin 27.05.2009-cu il tarixli, 2-1(103)-275/2009 saylı qərardadından “NSN” kiçik müəssisəsinin təsisçisi tərəfindən verilən kassasiya şikayəti təkrarən, işin nəticəsi ilə maraqlı olan Ali Məhkəmənin İnzibati Mübahisələr Dair İş Üzrə Kollegiyası Kolegiyasının hakimləri - Z.M.Quliyevin, Ş.Hidayevin və A.Hüseynovun icraatına verilir!!! Halbuki, Azərbaycan Respublikası MPM-in 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməməsi, həmin Məcəllənin 19.2.3-cü maddəsində hakimin əvvəlllər hakim kimi iştirak etdiyi tələb edilsə də, həmin adları qeyd edilən hakimlərin üçü də iddiaçı “NSN” kiçik müəssisəsi ilə cavabdeh “Azərneftyağ” Neft Emalı Zavodu arasında yaranan mübahisəli işin məhkəmə araşdırmasında iştirak etdikləri nəzərə alınmaqla, onların iddiaçı “NSN” kiçik müəssisəsinin təsisçisi Hacızadə Hüseyn Hacı oğlu tərəfindən verilən kassasiya şikayətini icraata qəbul etmək hüquqları olmadığı halda, onlar vəzifə səlahiyyətlərini aşaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, icraata qəbul edib, iddiaçı “NSN” kiçik müəssisəsinin kassasiya şikayətinin təmin edilməməsi barədə 01.07.2009-cu il tarixli, 2-1(102)-247/09 saylı saxta, ədalətsiz qərar qəbul etmişlər!
Ali Məhkəmənin adları yuxarıda qeyd edilən hakimlərinin “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri bu gündə açılmamış qalır!!!