Azərbaycan İdeyası

Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: - “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!

Tarix:14-02-2025, 18:01
Baxış Sayı:1

Ümumilli lider Heydər Əliyev cənabları həmişə ölkədə özəl sektorun fəaliyyətinin genişlənməsi üçün mövcud imkanlardan maksimum istifadə edirdi.Yeni yaranan cəmiyyətdə,uzun illər ictimai təsərrüfat əsnanında formalaşan respublikada bu siyasəti birdən-birə həyata keçirmək mümkünsüzdür.
Bu da faktdır ki, ölkə prezidentinin 295 saylı 17.09.1998-ci il tarixli sərəncamına əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət proqramı təsdiq edilib. Həmin sərəncamla öz doğma torpaqlarına qayıdana qədər qaçqınların məskunlaşdığı mənzillərdən və işlədikləri yerlərdən kənarlaşdırılması qadağan olunub.
Bir qrup Ağdam, Şuşa və laçın qaçqını 1994-cü ildə dövlətdən aldıqları yardım pulu və şəxsi vəsaitləri hesabına “NSN” kiçik müəssisəsi yaradıblar. Onların müraciətindən sonra Bakı şəhəri, Nobel prospekti 23 ünvanında yerləşən “Azərneftyağ” İssterhsalat Birliyi zavodun strateji obyektlərindən kənarda - Xəqan Rüstəmov 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 1364 kv.m. ərazi pensiyaçılara icarəyə verilib.
“NSN” kiçik müəssisəsi icarəyə qəbul edilmiş həmin sahədə “Azərneftyağ” İstehsalat Birliyinin razılı ilə (İTS/512A saylı 15.12.1994-cü il tarixli razılıq məktubu) tikinti-təmir işləri apararaq, avtonmobillərə texniki xidmət göstərmək üçün bir neçə sex tikib külli miqdarda öz şəxsi vəsaitlərini xərcləmişdir.
...Maddi durumları xeyli ağırlaşan qaçqınlar müxtəlif dövlət orqanlarına, yüksək səlahiyyət sahiblərinə müraciət ediblər. Nəhayət ki, Qarabağda azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov Qaçqınlar və Məcburi köçkünlərlə İş Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məktub göndərəndən sonra Ramiz Mirzəyev İqtisadi Məhkəməsinə verilən ərizənin geri götürülməsi şərti ilə müəssisənin “Azərneftyağ” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərməsinə qərar verərək, onları aldatmışdır!!!
Belə ki, Ramiz Mirzəyev həmin müəssisədə öz adamlarını yerləşdirərək, kiçik müəssisənin təsisçiləri Elçın Abbasovu, Hüseyn Hacızadəni, İlham Abdullayevi sərmayədar kimi işə qəbul etsə də, sonradan heç bir səbəb olmadan onları işdən çıxartmış və müəssisəyə buraxmamışdır!!!
Nəticədə qaçqınlar hüquqlarının pozulması ilə əlaqədar Respublika Prezidentinə, İqtisadi İnkişaf naziri Fərhad Əliyevə müraciət ediblər. Bundan xəbər tutan Ramiz Mirzəyevin müavini M.İsgəndərzadənin başçılığı ilə hüquqşünas A.Ramazanov və sosial şöbənin rəisi İ.Əliyevdən ibarət müəssisəyə komissiya göndərib. Komissiya sərmayədarların problemlərini həll edəcəyinə söz verib. Onlardan ərizələr də alınıb. Ancaq bir müddət keçəndən sonra polis mühafizə dəstəsinin rəisi Rafiq Məmmədovun göstərişi ilə İlham Abdullayevin müəssisəyə gəlməsi qadağan olunub. Beləliklə, “Azərneftyağ” İB-nin niyyəti səhmdarlara bəlli olub!
“NSN” kiçik müəssisənin yerləşdiyi ərazinin strateji əhəmiyyətli zona olması, həmin ərazidə avtomobillərə texniki xidmət göstərilməsinin mümkünsüzlüyü bəhanəsi ilə müqaviləni pozan cənab Ramiz Mirzəyev nədənsə neçə illərdir müəssisənin vəsaiti hesabına tikilən sexlərdən öz malı kimi istifadə edir, həmin yerdə avtomobillərə texniki xidmətin göstərilməsini isə öz adamları təmin edir.
Bir qədər keçəndən sonra, 11 saylı sexin rəisi Mahir İmranovun vasitəsi ilə sərmayədarlara bildirlib ki, qoy onlar rəhbərliyə müraciət eədərək əmlakın dəyərini istəsinlər. Sərmayədarlar göstərişi icra edib. Bundan sonra, “Azərneftyağ” İstehsalat Birliyi əmlakın hesablanması üçün komissiya yaradıb, sərmayədarların iştirakı olmadan əmlak hesablanıb və “NSN” kiçik müəssisənin hesabına 42 milyon manat pul köçürülüb. Baxmayaraq ki, xərclənən vəsait bazar qiymətləri ilə hələ o vaxt 370 milyon manatdan çox olub. Bu günə qədr müəssisəyə əmlaklarının hansı preskurantlarla qiymətləndirilməsi məlum deyil.
Sərmayədarlar kiçik müəssisələrin bağlanmaması üçün ölkə prezidentinə də müraciət ediblər. Müraciətdə belə bir yer var: “Möhtərəm Prezident, göstərilənləri nəzərə alıb, Sizdən acizanə şəkildə xahiş edirik ki, bizim yaxamızı Ramiz Mirzəyevin əlindən qurtarasınız. Biz ancaq İqtisadi İnkişaf Naizrliyi ilə müqavilə bağlayıb, sərbəst fəaliyyət göstərmək istəyirik.”

“Ədalət qəzeti”-15.06.2005-ci il

OXŞAR XƏBƏRLƏR
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Bakıya qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
"Bu hakerlərin ən çox istifadə etdiyi yoldur" - AÇIQLAMA
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Bu metroların adları dəyişdirilir - Seçim belə olacaq
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Prezident Administrasiyasında hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət faktlarını gizlətmək məqsədiylə illərlə davam edən süründürməçilik variantından istifadə edilməsi həmin cinayət hadisələrindən minlərlə zərərçəkən vətəndaşların günd
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: - “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Qaçqınlar müəssisələrinin fəaliyyət göstərməsini istəyir: -  “Azərneftyağ”-ın rəhbərliyinin isə məqsədi başqadır!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
Ali Məhkəmənin hakimləri - Ş.Hidayevi, A.Hüseynovu, Z.M.Quliyevi “NSN” kiçik müəssisəsinin təsisçilərinə qarşı xüsusi ağır cinayət əməlləri törətməyə kim və nə təhrik etmişdir?!
“Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır!...” (Həqiqətdə isə baxılmamışdır!!!) -
“Baş prokurorluqdan Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır!...” (Həqiqətdə isə  baxılmamışdır!!!) -