Azərbaycan İdeyası

Azərbaycanda ŞOK OLAY: Kiberdələduz vətəndaşla 40 dəqiqə görüntülü danışdı və...

Tarix:9-04-2025, 13:35
Baxış Sayı:95



Xəbər verdiyimiz kimi, aprelin 8-də vətəndaşların 87 min manatdan çox pulu talanıb.

Xəbər verir ki, ayrı-ayrı vətəndaşların bank kartlarından 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 900, 850, 500, 350, 200, 107, 60, 56 və 50 manat məbləğində pul oğurlanıb.

Həmçinin Salyanda 17 min manatı talanan vətəndaşla 40 dəqiqə görüntülü danışıblar ki, kartınıza müdaxilə var, kömək edirik. Naməlum şəxs nə deyibsə, nə təlimat veribsə bir-bir icra edib. Hətta telefonun dilini də dəyişdiriblər ki, bildirişləri anlamasın, pulu çıxara bilsinlər.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev qeyd edib ki, kibertalamalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə polis tərəfindən xüsusi həssaslıqla yanaşılır:

“Görülən tədbirlərlə vətəndaşları müxtəlif üsullarla aldadıb vəsaitlərini talayan bir çox şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması polis tərəfindən təmin olunub”.

N.Əliyevin sözlərinə görə, araşdırmalar zamanı müşahidələr onu göstərir ki, kiberhücumların əksəriyyəti ölkə xaricindən baş verir.

Sonda Nurlan Əliyev vətəndaşlara bir daha xəbərdarlıq edib:

“Vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir