Azərbaycan İdeyası

Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya

Tarix:11-04-2025, 14:00
Baxış Sayı:262

Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya

Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya

Sabirabad  rayonunun Qəzli kənd sakini, haqsızlığa və təzyiqlərə məruz qaldığını bildirən Məmmədov Arif Məhəmmədoğlu ikinci dəfə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına üz tutmuşdur. Xatırladaq ki, vətəndaş Arif Məmmədovun birinci müraciətindən sonra onun şikayətində ehtiva olunan məsələlərlə bağlı “Korrupsiya və Qanun” qəzetinin internet əlavəsi olan “korrupsiya-q.az” veb-saytında “SABİRABAD RAYON VƏ ŞİRVAN APELLYASİYA MƏHKƏMƏLƏRİNDƏ RƏZALƏT” sərlövhəli,  “432 hektarı zəbt edən mülki məsuliyyətə, 10 sot torpağı zəbt etməsi ehtimal olunan şəxs isə cinayət məsuliyyətinə cəlb edilir” yarımbaşlıqlı məqalə dərc olunmuşdu. Vətəndaş A.Məmmədov növbəti müraciətində həmin mövzuya əlavələr etmişdir.

Müraciətnaməni olduğu kimi təqdim edirik:


Yazıb sizə bildirirəm ki, Mən - Məmmədov Arif  Məhəmməd oğlu mənə olunan haqsıqlarla bağlı, mənə edilən təzyiqlərin nəticələrində məcburiyyət qarşısında qalıb ikinci dəfə sizin redaksiyaya üz tutdum. 2011-ci il tarixindən mənə məxsus olan 5 ha torpaq sahəmdən, guya, mənə deyirlər ki, sən əlavə olaraq 0,48 ha torpaq sahəni qanunsuz olaraq zəbt etmisən. 28.01.2025-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Sahəmə ekspert baxışı nəticəsində müəyyən etdilər ki, mənə məxsus olan torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, təqdim edilmiş mütəxəssis rəyində Sabirabad rayonunun Quruzma kəndində yerləşən 0.10 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilməmişdir. Ekspartiza baxış zamanı Sabirabad rayonu Quruzma kəndində yerləşən mübahisələndirilən torpaq sahəsində A.M.Məmmədov tərəfindən özbaşına istifadə olunan (zəbt olunan) 0.10 ha,0.0197 ha və 0.0043 ha torpaq sahəsi müəyyən edilməmişdir. Mənə məxsus torpaq sahəsində şimal, şərq və qərb tərəfdən zinə sularının aparılması üçün nəzərdə tutulmuş kollektorla cənub tərəfdən beton kanalla əhatə olunmuş  kollektorun mühafizə zolağı, dambası və bermasının ölçüləri müəyyən olunmamış və ekspert rəyində qeyd edilməmişdir. Ekspert rəyi olmadan müəyyən ediblər ki, Sabirabad rayonu Quruzma bələdiyyəsinə məxsus Qəzli kəndində yerləşən 0,48 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir, uqodiyası isə çoxillik əkmələrdir. Bununla bağlı mən - 18.03.2025 və 25.03.2025-ci il tarixlərində Sabirabad rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim, lakin, Sabirabad rayon prokuroru cənab Fəxrəddin Pənahov mənim işlərimə rədd materialı yazaraq işə xitam verib.

Onu da qeyd edim ki, Sabirabad rayon Quruzma bələdiyyəsinin nəzdində olan 5 kəndlərin - Kovlar, Quruzma, Qaraqaşlı, Qəzli və Yenikənd kəndlərində cəmi-2562-1124.3-1437.7 ha torpaq sahələrini kənd camaatına deyil, Bakı şəhərində müxtəlif ərazilərdə yaşayan insanlara müəyyən məbləğ müqabilində qanunsuz olaraq satılır”.

“Korrupsiya və Qanun”     

Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026