Azərbaycan İdeyası

Bakı yenə su altında qaldı: Belə hava şəraitinə görə tədbirlər əvvəlcədən görülmidir ki... +FOTO!

Tarix:Bu gün, 12:22
Baxış Sayı:101



Bakıda hər yağışdan sonra şəhər sanki imtahana çəkilir: "Bu dəfə hansı küçə çökəcək, hansı yolda maşınlar batacaq, hansı dayanacaqda insanlar sığınacaq axtaracaq?"

Paytaxt sözün əsl mənasında yağışa təslim olur. Yollar nəqliyyat üçün çətinləşir, piyadalar isə alternativ “marşrutlar” axtarır. Problem təkcə islanmış ayaqqabılar və batmış avtomobillərlə bitmir – bəzən bu fəsadlar həyatlara da başa gəlir.

Xatırladırıq ki, 2024-cü ilin oktyabr ayında Bakının Sabunçu rayonu ərazisində yerləşən keçiddə güclü yağış nəticəsində faciə baş verib. Yağış suları sürətlə toplanaraq keçiddə gölməçə yaradıb və nəqliyyatın hərəkəti iflic olub. Hadisə zamanı avtomobildə köməksiz qalan iki nəfər suyun içində boğularaq həyatını itirib. Onların həyatını xilas etmək mümkün olmayıb.

Bu faciə bir daha sübut edir ki, yağış suyunun düzgün idarə olunması təkcə şəhər estetikasına deyil, həm də insan həyatının təhlükəsizliyinə birbaşa təsir göstərir.

Problem isə həllini tapmır.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "korrupsiya-q.az" saytına açıqlamasında bildirib ki, yağış həddindən artıq çox yağanda bir çox ərazilərdə subasmalar müşahidə olunur:

“Avropanın ən inkişaf etmiş ölkələrində belə subasmalar baş verir. Kanalizasiya və suqəbuledici qurğular maksimum yağış səviyyəsini qəbul etməyə uyğun şəkildə planlaşdırılmalıdır".

Onun sözlərinə görə, bu prosesin hesabatı son 100 ildə müşahidə olunmuş maksimum yağıntı miqdarına əsaslanmalıdır. Həmin yağıntının hövzəsi hesablanmalı və yığılan suyun ötürülməsi üçün lazım olan qurğular əvvəlcədən müəyyənləşdirilməlidir:

“Lakin bu proses hər yerdə mümkün olmur. Çünki bu qədər böyük həcmdə suyu ötürmək üçün iri korrektorlar və su toplayıcı qurğular lazımdır. Bu isə həm texniki, həm də maliyyə baxımından çətin və çox xərc tələb edən bir prosesdir".

Mütəxəssis əlavə edib ki, belə hadisələr adi yağış zamanı baş verməməlidir:

“Əgər baş verirsə, deməli sistemdə hansısa problem mövcuddur. Bəzi yolların və küçələrin səviyyəsi düzgün planlaşdırılmadığı üçün yağış suyu axıb gedə bilmir. Əksinə, aşağı nöqtələrdə toplanaraq gölməçələr yaradır. Bu, xüsusən “Bağırov körpüsü” kimi əyilmiş, “çökək” formalı ərazilərdə daha qabarıq hiss olunur”.



Yasin Mustafayev: Bu, həm texniki, həm də maliyyə baxımından çətin və çox xərc tələb edən bir prosesdir

Y.Mustafayev vurğulayıb ki, hazırkı yağışlar şiddətli olsa da, yağış sularının yığılıb gölməçə yaratmaması üçün preventiv tədbirlər görülməlidir:

“Belə hava şəraitlərinə qarşı tədbirlər əvvəlcədən həyata keçirilməlidir ki, bu cür hallarla üzləşməyək. Yağışdan öncə su axını sistemlərinin təmizlənməsi, nasos stansiyalarının işlək vəziyyətə gətirilməsi və təhlükəli ərazilərin yoxlanması kimi tədbirlər çox vaxt ya gecikdirilir, ya da ümumiyyətlə həyata keçirilmir".

Müsahibimiz vurğulayıb ki, Bakı kimi sürətlə urbanizasiya olunan şəhərlərdə illər öncə qurulan kanalizasiya və yağış suları sistemi bugünkü tələblərə cavab vermir. Artan tikililər, genişlənən asfalt sahələri suyun torpağa hopmasını çətinləşdirir və suyun axıdılması üçün lazım olan güc artdıqca sistem yüklənir:

“Bəzən elə olur ki, suqəbuledici qurğular yad cisimlər- kauçuk, plastik, parça və s. ilə tutulur. Bu qurğular daim nəzarətdə saxlanmalıdır ki, funksiyalarını fasiləsiz yerinə yetirə bilsinlər”.

OXŞAR XƏBƏRLƏR
Bakı yenə su altında qaldı: Belə hava şəraitinə görə tədbirlər əvvəlcədən görülmidir ki... +FOTO!
Bakı yenə su altında qaldı: Belə hava şəraitinə görə tədbirlər əvvəlcədən görülmidir ki... +FOTO!
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər
124 il həbs cəzasına məhkum edilən şəxs İstanbulda ələ keçirildi
124 il həbs cəzasına məhkum edilən şəxs İstanbulda ələ keçirildi
Abdullah Öcalan yaxın vaxtlarda azadlığa çıxa bilər
Abdullah Öcalan yaxın vaxtlarda azadlığa çıxa bilər
Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya
Sabirabad rayon prokurorluğundan şikayət  - Ekspert rəyi ilə mütəxəssis rəyi arasında manipulyasiya
Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb
Pasxadan sonra hava düzələcək: Təbiətdə baş verən pozuntular “Qarı nənə”nin ömrünü uzadıb
Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
“Sea Breeze”də fəhlə ustasını bıçaqladı- Söyüşə görə
“Sea Breeze”də fəhlə ustasını bıçaqladı- Söyüşə görə