Azərbaycan İdeyası

Xərçəng cavanlaşıb: Xəstəliyin ARTMA SƏBƏBLƏRİ

Tarix:22-04-2025, 16:37
Baxış Sayı:112



Dünyada hər gün minlərlə insan xərçəng xəstəliyindən həyatını itirir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, xərçəng hər il 10 milyondan çox insanın ölümünə səbəb olur ki, bu da gündə ortalama 27 mindən çox insan deməkdir. Azərbaycanda da bu tendensiya dəyişmir və xərçəng ölüm səbəbləri arasında ilk sıralarda yer almaqda davam edir.

Ən ağrılı məqam isə xəstəliyin getdikcə daha gənc yaşlarda rast gəlinməsidir. Xüsusən də savadlı və istedadlı gənclərimizin bu xəstəliklə mübarizədə həyatını itirməsi cəmiyyət üçün ağır zərbədir.

Xəbər veririk ki, MMA döyüşçüsü, 23 yaşlı Anar Salamov xərçəng xəstəliyi ilə apardığı mübarizəni ötən gün uduzub. Onun vəfatı sosial şəbəkələrdə və idman ictimaiyyətində dərin hüznlə qarşılanıb.

Bəs xərçəngin artma səbəbi nədir?


Afət Cabbarova: Xəstəliyin yalnız 10-15% hallarda genetik faktorlarla əlaqələndirilir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan həkim-onkoloq Afət Cabbarova qeyd edib ki, Azərbaycanda xərçəngin artma səbəbləri, bütün dünyada olduğu kimi, standart amillərlə əlaqəlidir:

"Siqaret çəkmək, düzgün olmayan qidalanma, fiziki aktivliyin azlığı, heyvani mənşəli və konservləşdirilmiş məhsullardan istifadə xərçəngin yayılmasına səbəb olan əsas amillərdəndir".

Həkim-onkoloq bildirib ki, xərçəng xəstəliyi yalnız 10-15% hallarda genetik faktorlarla əlaqələndirilir:

“Mədə-bağırsaq, yumurtalıq və süd vəzi xərçənginin yaranmasında əsas səbəblərdən biri passiv həyat tərzidir. Azərbaycanda hər iki cins arasında ən çox rast gəlinən xərçəng növü ağciyər xərçəngidir. Qadınlar arasında isə südvəzi xərçəngi geniş yayılıb. Dünyada da bu tendensiya müşahidə olunur".

Onun sözlərinə görə, 20 il əvvəl daha çox mədə xərçəngi qeydə alınırdısa, hazırda bağırsaq xərçəngi sürətlə artmaqdadır:

“Bütün şiş növlərinin müəyyən dərəcədə radiasiya ilə əlaqəsi var. Radiasiya dedikdə rentgen şüaları, radiasiya zonasına məruz qalmaq və ya müəyyən səbəblərlə əlaqədar şüa müalicəsi almaq nəzərdə tutulur. Lakin ümumi götürdükdə, radiasiyanın rolu çox böyük deyil, sadəcə olaraq müəyyən təsiri var”, – deyə Afət Cabbarova qeyd edib.


Eyyub Hüseynov: Xərçəng riskini artıran digər bir vacib faktor isə qidalanmadır

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, təsadüfi deyil ki, insan beyninin 85%-i, bədənin isə 75%-i sudan ibarətdir. Bu da göstərir ki, içdiyimiz suyun keyfiyyəti sağlamlığımıza birbaşa təsir göstərir:

"İçməli suyun tərkibi xüsusi diqqətdə saxlanılmalıdır. Bəzi bölgələrdə suyun tərkibindəki ağır metallar, pestisitlər və digər toksik maddələr xərçəng riskini artıran əsas amillərdən sayılır".

Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkəsində xərçəng xəstələrinin sayı Azərbaycandakı göstəricilərdən daha yüksəkdir

"Xərçəng riskini artıran digər bir vacib faktor isə qidalanmadır. Qızardılmış yeməklər, rəngləndirici və dadlandırıcı maddələr, eləcə də kimyəvi konservantlar Dünya Səhiyyə Təşkilatının kanserogen maddələr siyahısına daxil edilib",- deyə Eyyub Hüseynov bildirib.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir