Azərbaycan İdeyası

28 Mayda əfv gözlənilir: Rəşad Dağlı azadlığa çıxır?

Tarix:26-05-2025, 10:42
Baxış Sayı:111



Hər il Azərbaycanda 28 May - Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağına dair böyük ümidlər yaranır. Bu il də məlum sərəncamla bağlı ciddi gözləntilər var.

Məsələylə bağlı açıqama verən hüquq müdafiəçisi, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlının sözlərinə görə, Əfv Komissiyası işləyib, siyahını hazırlayıb, amma son sözü prezident deyəcək. Çünki kimlərin əfv edilməsi ölkə başçısının səlahiyyətindədir:

"Hamımız əfv gözləyirik. Əfv Məsələləri Komissiyası da çox gərgin işlədi. Bizdə olan məlumata görə, siyahı hazırlanıb, təqdim olunub. Yəqin, yaxın zamanlarda əfv sərəncamının verilməsinin şahidi olarıq".

Həbsdə olan bəzi media mənsubları və meyxanaçı Rəşad Dağlının da əfvə düşəcəyinə dair iddialara gəlincə, müsahibimiz hesab edir ki, bu gün kiminsə adını çəkmək etik deyil. Hüquq müdafiəçisi bildirib ki, cəmiyyətin müəyyən arzu və diləkləri var:

"İnsanlar kimlərinsə əfvə düşməsini istəyirlər, amma bu məsələni Əfv Məsələləri Komissiyası araşdırır. Bu, böyük işdir. Onun müəyyən kateqoriyaları var. Elə müddəalar mövcuddur ki, onlara mütləq əməl edilməlidir. Bu mənada ola bilər ki, o siyahıdakı adlar bizim arzularımızla üst-üstə düşməsin. Yenə qeyd edirəm ki, son sözü prezident deyəcək. Ümid edək ki, bu, cəmiyyəti sevindirəcək əfv sərəncamı olacaq".

"Əfvlə bağlı sizə müraciət edənlər vardımı" sualına cavab verən S.Bənənyarlı qeyd edib ki, bu yöndə ona da müraciət edənlər çox olub. Dediyinə görə, məhbusların yaxınları tez-tez müraciət edirlər. Gözləntilər böyükdür, amma bu, amnistiya aktı deyil ki, minlərlə adama şamil edilsin. Yenə də ümid edirik ki, xeyli adam azadlığa çıxacaq.

"Digər tərəfdən, vaxtından qabaq şərti azad olma komissiyası da işləyir. Hansısa məhbus üçün vaxtından əvvəl şərti azadolma hüququ yarandıqda, onların islah olmalarını nəzərə alaraq, komissiyada onların işinə baxırlar və sənədləri məhkəmələrə təqdim edirlər. Onların şərti azadlığa buraxılmasına məhkəmə qərar verir. Həmin o məhkumlara həm islah üçün, həm də şərti azadlığa çıxma üçün imkan yaranır", - deyə Səadət Bənənyarlı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir