Azərbaycan İdeyası

İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır

Tarix:3-06-2025, 10:45
Baxış Sayı:27

İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, İmişli rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar İmişli rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.
Təcrübəli dövlət qulluqçusu, İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Elnur Rzayevin rəhbərliyi altında rayonda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Ötən ildə də rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.

Abadlıq-quruculuq işləri vüsət alır

Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki, yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir.
İmişli İcra Hakimiyyətinin təşəbbüsü ilə vaxtaşırı olaraq rayonun rayonunun ərazisində iməciliklər keçirilir. Rayon rəhbərliyinin iməcilik təşəbbüsünə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar qoşulurlar.
Ötən ay İmişli şəhərinin mərkəzində yerləşən və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan istirahət parkında aparılan əsaslı yenidənqurma və abadlaşdırma işləri tam şəkildə yekunlaşdırılıb. Layihə çərçivəsində park ərazisində müasir üslubda səki daşları və döşəmə plitələri döşənib, ərazidə müasir standartlara cavab verən LED işıqlandırma sistemi qurulub, estetik görünüşlü oturacaqlar və gəzinti yolları sakinlərin istirahətinin daha rahat keçməsi üçün istifadəyə verilib.
Bundan əlavə, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində parkda müxtəlif növ dekorativ ağaclar və gül kolları əkilib, yeni landşaft dizaynı tətbiq olunub. Görülən işlər parkın həm funksional, həm də estetik baxımdan müasir tələblərə cavab verməsini təmin edib, sakinlərin asudə vaxtlarını səmərəli və zövqlə keçirmələri üçün gözəl mühit yaradıb.

Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər diqqət mərkəzindədir

Rayonda vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır.
Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
İmişli Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən rayonun şəhid ailələri ilə mütəmadi görüşlərin keçirilməsi davam edir. Şəhidlərin doğum günü ilə əlaqədar olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayondan seçilmiş millət vəkilləri, digər idarə və müəssisə rəhbərləri, şəhidlərin hərbçi yoldaşları və ailələri ilə birlikdə şəhidlərin məzarları ziyarət olunur və üzərlərinə gül dəstələri qoyulur. Cənab Elnur Rzayev şəhid ailələrinə baş sağlığı verir və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirir. Bundan əlavə, ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğu və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırılır.
Təkcə ötən ay ərzində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Allahverdiyev İlham Yusif oğlunun atası Yusif Allahverdiyevin (01 may 2025-ci il) yas mərasimində, Bəhrəmtəpə qəsəbəsindən olan şəhid Ziyad Şükürovun atası Şükürov Vaqif Yadulla oğlunun (23 may 2025-ci il) yas mərasimində iştirak edib, Vətən Müharibəsi şəhidi İsmayılov Elçin Mikayıl oğlunun anası Balaxanım Qulamalıyevanı müqəddəs Həcc ziyarətinə getməsi münasibətilə yaşadığı ünvanda (21 may 2025-ci il) ziyarət edib, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş qəhrəmanımız, baş leytenant Cavid Səfərlinin anası Xatirə Səfərlinin övladının əziz xatirəsinə həsr etdiyi “Şəhid Cavidimin qəhrəmanlıq dastanı” adlı kitabın təqdimatı ilə bağlı tədbirdə (30 may 2025-ci il) iştirak edib.

İmişli rayonunda əhalinin məşğulluğunun təmini üçün əhəmiyyətli işlər görülür

İmişli rayonunda vaxtaşırı olaraq Dövlət Məşğulluq Agentliyinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkaları keçirilir. Yarmarkalarda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Ruslan Məmmədli, işəgötürənlər və işaxtaran vətəndaşlar iştirak edirlər. Yarmarkalarda işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən əmək yarmarkalarının əhəmiyyətindən danışılır, işəgötürənlər və işaxtaran şəxslər tədbirdə aktiv iştiraka dəvət edilir. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən anket məlumatları qəbul edilərək nəzərdən keçirilir, onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılır. Məsələn, qeyd edək ki, aprelin 18-də keçirilən hələlik axırıncı belə əmək yarmarkasında 15 müəssisə üzrə 150-yə yaxın vakansiya təqdim edilib.
İmişli rayonunda sahibkarlığın inkişafına dəstək göstərilir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda sahibkarlarla görüşlər keçirilir. Sənaye, pambıqçılıq, taxılçılıq, üzümçülük və heyvandarlıq sahələrində fəaliyyət göstərən yüzlərlə sahibkarın iştirak etdiyi belə tədbirlərdə görüşün formatına uyğun olaraq, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri də iştirak edirlər. Tədbirlərdə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət dəstəyi mexanizmləri, biznes sahəsində yeni çağırışlar, eləcə də rayonun iqtisadi potensialı və biznes imkanları barədə məlumat verilir. Qeyd olunur ki, sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud biznesin inkişaf etdirilməsi üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər və rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostu ofislərinə müraciət edə bilərlər. Tədbirlər çərçivəsində sahibkarların güzəştli kredit, KOBİA-nın dəstək mexanizmlərindən olan “Startap” şəhadətnaməsi və qrant aləti, regionda biznes fəaliyyəti üçün imkanlar və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilir, müvafiq məsələlərlə bağlı müzakirələr aparılıb, sualları cavablandırılır.
Bütün müşahidə olunanlar əminliklə söyləməyə əsas verir ki, İmişli rayonunun zəhmətkeş insanları, əmək kollektivləri, rayon rəhbərliyi, ictimaiyyət əl - ələ verib 2025-ci ilin qalan hissəsini də uğurlu göstəricilərlə başa vuracaqlar.

Bayraməli Yadigarov, İmişli rayon sakini, YAP üzvü

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur