Azərbaycan İdeyası

Dünyanın fırlanma sürəti artdı - Bu tarixlərdə gün qısalacaq

Tarix:7-07-2025, 11:05
Baxış Sayı:116



Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahidə etdiklərini və bunun nəticəsində tarixdəki ən qısa günün yaxın həftələrdə baş verə biləcəyini açıqlayıblar.

London Universitetindən astrofizik Qraham Cons bildirib ki, bu yay Yer üç müxtəlif tarixdə - 9 iyul, 22 iyul və 5 avqustda normaldan daha sürətli fırlanacaq. Həmin günlərdə zaman sırasıyla 1,30; 1,38 və 1,51 millisaniyə qısala bilər.

Moskva Dövlət Universitetindən alim Leonid Zotov isə vəziyyətin elmi çevrələrdə təəccüb doğurduğunu deyib: "Heç kim belə bir şeyi gözləmirdi. Bu sürətlənmənin səbəbi hələlik məlum deyil."

Hərçənd fərq millisaniyə səviyyəsindədir, mütəxəssislər bu dəyişikliklərin peyk sistemlərindən GPS dəqiqliyinə və zaman ölçüm texnologiyalarına qədər bir çox sahəyə təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Yer normalda bir tam fırlanmasını 24 saata - dəqiq desək, 86.400 saniyəyə tamamlayır. Lakin bu müddət təbii fəlakətlər, okean axınları və atmosferdəki hərəkətlər kimi amillərlə azacıq da olsa dəyişə bilir. 2020-ci ildən bu yana isə fırlanma sürətində rekord dəyişikliklər müşahidə olunmaqdadır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?