Azərbaycan İdeyası

Tahir Budaqovdan yeni QƏRAR

Tarix:16-07-2025, 09:47
Baxış Sayı:110



Dövlət Statistika Komitəsi balıqçılıqla bağlı hesabat formalarında dəyişiklik edib.

Xəbər veririk ki, qərarı Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov imzalayıb.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Prezidentin 2024-cü il 19 dekabr tarixli 253 nömrəli Fərmanına uyğun olaraq bəzi rəsmi statistika hesabat formalarında dəyişiklik edib. Komitənin 30 iyun 2025-ci il tarixli 16/11 nömrəli qərarı ilə balıqçılığın və akvakulturanın idarəçiliyində yeni qurumun – Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsin adı sənədlərdə əks olunub.

Qərara əsasən, “Vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi haqqında” 5-(balıqartırma) №-li hesabat forması və onun doldurulma qaydalarında əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinad edilən bölmələr müvafiq olaraq yeni publik hüquqi şəxsin adı ilə əvəzlənib. “Təzə balığın ovlanmasına verilən kvota, istifadə edilən gəmilər, qayıqlar və işçilərin sayına dair” 3-balıq (kvota) №-li hesabat formasında da analoji dəyişikliklər edilib.

Qərara uyğun olaraq, sənədin qəbulundan sonra üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunması və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra 72 saat ərzində rəsmi dərc olunması nəzərdə tutulur.

İcra ilə bağlı vəzifələr Kənd təsərrüfatı statistikası şöbəsi və Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsi arasında bölüşdürülüb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı