Azərbaycan İdeyası

ƏLİ KƏRİMLİNİN ƏMİSİ OĞLUNUN DƏLƏDUZLUĞU NİYƏ ÖRT-BASDIR EDİLİR?

Tarix:Bu gün, 12:25
Baxış Sayı:104

ƏLİ KƏRİMLİNİN ƏMİSİ OĞLUNUN DƏLƏDUZLUĞU NİYƏ ÖRT-BASDIR EDİLİR?

İş üzrə təqsirləndirilən Əfəndiyev Vüsal Musa oğlu iş üzrə zərərçəkən şəxsin – Həsənov Vilayət İlqar oğlunun ona 2700 AZN maliyyə vəsaiti verməsi barədə nə məqsədlə istintaqa bilə-bilə yalan məlumat vermişdir?!

Hələ 2023-cü ilin noyabr ayında müxalif AXCP lideri Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimovun 2021-ci ildə Vətən müharibəsi iştirakçısı, III qrup müharibə əlili Həsənov Vilayət İlqar oğluna I qrup əlillik statusu düzəldəcəyini vəd edərək ondan 2700 (iki min yeddi yüz) manat rüşvət alması, nəticədə nə işi düzəltməsi, nə də pulu qaytarmadığı barədə “Korrupsiya və Qanun” qəzetində məqalə dərc olunmuşdu. Məsələ qəzetdə ictimailəşdiriləndən sonra bir neçə hüquq-mühafizə və cinayət təqibi orqanlarında araşdırılaraq nəhayətdə V.Həsənovun pulu qaytarılmışdır. Lakin nədənsə Abşeron RPİ-nin müstəntiqi Cəfərov Rəşad Rahib oğlunun və daha əvvəl onun 1Yasamal RPİ-dəki həmkarının tərtib etdikləri sənədlərdə N.Kərimov məsuliyyətdən kənarda saxlanılmış, pulu Vilayətdən alan və polisin vasitəsilə ona qaytaran şəxsin yalnız Nuhəlinin vasitəsilə Vilayətin tanış olduğu Əfəndiyev Veysəl Musa oğlu olduğu qeyd edilmişdir. Di gəl, Abşeron rayon prokurorluğunun iş üzrə İttiham Aktında nə qədər səy göstərilsə də, N.Kərimovun dələduzluq əməlinin izi aydın müşahidə olunmaqdadır:
Abşeron rayon prokurorluğunun
250270028 saylı İ T T İ H A M A K T I N D A N

11.04.2025. Xırdalan şəhəri.

I. İş üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən Əfəndiyev Veysəl Musa oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunan tarixədək ailəsi birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 136, mənzil 31 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Bidirmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1; 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, etdiyi hərəkətlərə görə peşman olmuş və verilmiş ittihamla bağlı göstərmişdir ki, Həsənov Vilayət İlqar oğlunu əvvəllər tanımamış, Vilayətlə işin gedişatı zamanı tanış olmuş, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Bildirmişdir ki, tanışı Kərimov Nuhəli Qulamhüseyn oğlu ona Vilayət adlı şəxsin təqaüdə çıxmaq işini həll etməsini xahiş etmiş, o da etiraz etməmiş, yanına gəlməsini bildirmişdir. 01.05.2021-ci il tarixdə onlar Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi - 83 ünvanında yerləşən “Lider TV”- nin binasının yanında görüşən zaman Nuhəli Kərimov yanında adını sonradan bildiyi Vilayət Həsənovla gəlmişdir. O, Vilayətin sənədlərinə baxdıqdan sonra Vilayətə 2700 manat müqabilində köməklik edəcəyini bilmişdir. Vilayət onunla razılaşmış və onlar ayrılmışlar. Bundan bir neçə gün sonra, 05.05.2025-ci il tarixdə Vilayət Həsənovla Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi - 83 ünvanında yerləşən “Lider TV”-nin binasının yanında görüşən zaman Vilayət Həsənov ona 2700 manat pul vermişdir. Vilayətin pulu tərəfindən sonradan Vilayətə tam şəkildə qaytarılmışdır. Bildirmişdir ki, o, həmin 2700 manat puldan Nuhəli Kərimova və Şövkət Aydəmirova bir manat pul verməmişdir. Şövkət Aydəmirovla Nuhəli Kərimovun onun niyyətindən və əməlindən xəbəri olmamışdır.
İttiham aktı-səh-11.

II. İş üzrə zərərçəkmiş çəxs qismində dindirilmiş Həsənov Vilayət İlqar oğlu ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu Əbilkənd kəndində yaşayır. Əfəndiyev Veysəl Musa oğlunu əvvəllər tanımamış, Veysəllə işin gedişatı zamanı tanış olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Bildirmişdir ki, Kərimov Nuhəli Qulamhüseyn oğlunu təxminən 2020-ci ildən tanıyır, Nuhəli ilə münasibəti normal olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. 2020-ci ildə II Vətən müharibəsində iştirak etmiş və müharibədə yaralandıqdan sonra müalicə almağa başlamışdır. Yaşadığı evdə müalicə alarkən anası Ruhiyyə müxtəlif şəxslərin torpaq sahələrinə gedərək pambıq yığımı ilə məşğul olmuşdur. Həmin ərəfədə anası Ruhiyyə Saatlı rayonu, Azadkənd kəndində yaşayan Nuhəli Kərimova məxsus torpaq sahəsinə getmiş və orada pambıq yığmışdır. Anası Ruhiyyə söhbət zamanı onun xəstə olduğu və müharibədə iştirak etdiyi barədə danışmış, onun müharibədə yaralandığını demişdir. Sahədə olan Nuhəli Kərimovun gəlini qayınatasının pensiya və işə düzəltməklə məşğul olduğunu, onlara kömək edəcəyi barədə məlumat vermişdir. Bir müddət sonra Nuhəli anası Ruhiyyə ilə söhbət edərkən pensiya və müəyyən şəxsləri işə düzəltməyə köməklik etdiyini demişdir. Nuhəlinin mobil telefonuna zəng edərək yaşadıqları evə çağırıb pensiyaya çıxmasına köməklik etməsi üçün danışmağa başlamışlar. Nuhəli sənədlərə baxdıqdan sonra bu barədə kiməsə zəng edib danışdıqdan sonra ona 2700 manat pul qarşılığında pensiyaya çıxmasına kömək edəcəyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, “1700 manat pulu öncədən verməliyik, yerdə qalan 1000 manat pulu isə o bizə deyəndə verərik.” Onlar Nuhəli ilə razılaşmışlar və Nuhəli yaşadıqları evdən çıxıb getmişdir. Onlar həyətlərindəki heyvanları sataraq 1700 manat məbləğində pul hazır etmişlər. 12.04.2021-ci il tarixdə Nuhəliyə zəng edərək pulu hazırladığını və onlara gəlməsini demişdir. Nuhəli onlara gəldikdən sonra 1700 manat pulu və digər tibbi sənədləri anası Ruhiyyə Nihəliyə təqdim etmişdir. Nuhəli bir qəbz göstərərək bildirmişdir ki, “özü Bakı şəhərinə getməyəcək, pulu həmin qəbzdə göstərilmiş hesaba göndərəcək. ”27.04.2021-ci il tarixdə Nuhəli ona zəng edərək bildirmişdir ki, 1000 manat pulu Bakı şəhərində Şövkət adlə kişiyə çatdırsın. Nuhəli həmin Şövkət adlı şəxsin mobil nömrəsini ona vermişdir. O, Şövkətə zəng edərək görüş barədə razılaşmış və 27.04.2021-ci il tarixdə Bakı şəhərinə gələrək, Yasamal rayonundakı Respublika Xəstəxanasının həyətində özünü Aydəmirov Şövkət Məhəmməd oğlu kimi təqdim edən şəxslə görüşmüş və 1000 manat pulu Şövkətə vermişdir. Sonra Nuhəlinin daha əvvəl dediklərinə uyğun olaraq Şövkət onu “Lider” TV-nin yanındakı çayxanaya apararaq Veysəl adlı həkim kimi təqdim etdiyi şəxslə tanış etmişdir. Təxminən 5-10 gün sonra Nuhəli ona zəng edərək bildirmişdir ki, Şövkət və Veysəl ilə görüşsün. 2021-ci ilin may ayında Veysəl və Şövkətlə birlikdə “Lider” TV-nin yanındakı kafedə görüşmüşdür. Veysəl onunla Şövkəti Respublika Xəstəxanasına göndərmişdir. O, xəstəxananın həyətində gözləmiş, Şövkət isə içəri daxil olub çıxdıqdan sonra ona üzərində çoxlu yazılar olan balaca bir kağız parçası verərək bildirmişdir ki, “çıxıb gedim, qalan işləri özləri həll edəcəklər.” Təxminən 1 aydan sonra Nuhəliyə telefonla zəng edərək pensiya haqqında maraqlananda demişdir ki, “hələ ki sənədlər yığılır.” Təxminən 2-3 aydan sonra ona aid sənədləri rayona gətirmiş və o, pensiya düzəltmək üçün həmin sənədləri təqdim etməklə Saatlı rayonundan DSMF-yə müraciət etmişdir. 17-20 gün sonra ona imtina cavabı gəlmişdir. O, Nuhəliyə zəng edərək pensiya ilə əlaqədar imtina gəldiyini bildirmiş və onun üçün necə sənəd düzəltdiklərini soruşmuşdur. Nuhəli demişdir ki, “1-2 ay səbrli olum, sənədlərimi yenidən toplayacaq və biz təkrar müraciət edəcəyik.” O, Nuhəliyə inanmış və yenə də gözləməyə başlamışdır. Təxminən 6-7 ay ərzində o, mütəmadi olaraq Nuhəliyə zəng etsə də, Nuhəli hər dəfə müxtəlif bəhanələr gətirərək işi yubatmışdır. Həmin ərəfədə o, həmin sənədlərlə DSMF-yə müraciət etmiş, lakin yenə də imtina gəlmişdir. O, yenə də Nuhəliyə zəng edərək işini düzəldə bilmədiyini, pulunu qaytarmasını demişdir. Nuhəli əvvəl demişdir ki, “səbrli olum və işim düzələcək.” Sonrakı tarixlərdə ümumiyyətlə zənglərinə cavab verməmişdir. O, aldadıldığını görərək bu barədə DİN-in 102 xidmətinə zəng edərək RPŞ-nə ərizə ilə müraciət etmişdir. Daha sonra isə onun pulu Nuhəli Kərimovun vasitəsi ilə ona tam şəkildə qaytarılmışdır. Hazırda onun Veysəl Əfəndiyevdən, Nuhəli Kərimovdan və Şövkət Aydəmirovdan heç bir şikayəti və tələbi yoxdur. Bildirmişdir ki, 2700 manat pul ona məxsusdur.
İttiham aktı-20-22.
Bax: cild 04 iş/v_68-72

1(012) – 772/2025 saylı cinayət işi üzrə zərərçəkən şəxs Həsənov Vilayət İlqar oğlu Abşeron Rayon Məhkəməsinə 25.06.2025-ci il tarixli Vəsatət təqdim edərək dələduzluq yolu ilə onun 2700 manat vəsaitini mənimsəyən Kərimov Nuhəli Qulamhüseyn oğlunun, Aydəmirov Şövkət Məhəmməd oğlunun, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş Əfəndiyev Veysəl Musa oğlunun birlikdə məsuliyyətə cəlb edilməklə, iş üzrə obyektiv, tam, hərtərəfli araşdırılması məqsədilə cinayət işinin materiallarının təkrar istintaqa qaytarılmasını, özünün isə CPM-nin 89.1-ci maddəsinin tələbinə uyğun olaraq mülki iddiaçı kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
G.Pəlioğlu

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!